|
Sabirabadın Narlıq kəndi rayon mərkəzindən 16 km məsafədə yerləşir.
Bakıda aramsız yağan yağışlar bəzi yollarda gölməçələrin yaranmasına səbəb olub.
İnsan təkamül prosesi ilə müasir formaya sahib olub, ancaq xarakter və zehniyyətimizdə hələ də təkamüldəki vərdişlər özünü büruzə verir.
Uzun-uzadı insanın təkamül periodunu izah etmək niyyətindən uzağıq, mövzumuza uyğun bir məqamı qeyd etməklə kifayətlənəcəyik: Təqribən 70 min il bundan öncə təfəkkür inqilabı başlayıb. Sonrakı dövrlərdə aqrar inqilab və ardınca elmi inqilab təfəkkürün müasir ölçüyə gəlməsinin mühərrikinə çevrilib.
Təəssüf ki, bu gün insan təkamül keçmişinə söykənən davranışları şüurunun prioritetlərinə daxil etməkdən əl çəkə bilmir.
Bu, bütün dünyada, cəmiyyətlərdə müşahidə edilən bir haldır, ancaq Azərbaycan kimi ölkələrdə bu tendensiyalar spesifiklik qazanıb.
Səbəblər çoxdur, məsələn yüz illərə davam edən müstəmləkə siyasətinin qurbanına çevrilmək, işğal, milli özünəinamın dibə vurması və hələ də üzüyuxarı qalxmaması və sair.
Nəticələr isə acınacaqlı bir mənzərə ortaya qoyur, şüurlarda, sözlərin birləşərək ifadə etdiyi cümlələrdə bunun şahidi oluruq.
Bilirik, təfəkkür inqilabı başa çatmayıb, proses davamlıdır, gələcəkdə insan beyninin hansı formalara yiyələnəcəyi barədə də müzakirələr gedir.
Bununla belə, ictimai təfəkkürdə kütləvi hal alan qıy-qışqırıq, səbəbi bəlli olmayan narazılıq, heç nəyi bəyənməmək və özünün də tərəqqi üçün tələb olunan ən sadə parametrə cavab verməməsi əzablı təzadın mənzərəsidir.
İctimai xəyali quruluşun təməllərində ziddiyyətlərin mövcudluğuna dair bir neçə nümunə gətirək:
1. Hamı rüşvət və korrupsiyanın pis olmasından danışır. Amma çoxları sürücülük vəsiqəsini oxuyub almaq əvəzinə “1 000 manat verim alım da ... ” düşüncəsi ilə yaşayır. Açığını deyək, rüşvət çoxumuz üçün bir sıra hallarda sərfəlidir. Məsələn, bir sürücü qayda pozduğu halda qanuni şəkildə 100 manat cərimə olunmasını istəmir və 10 manat “şirinliklə” yaxasını qurtarmağa çalışır.
2. Hamı mənimsəmənin, korrupsiyanın dövlətə ziyan vurduğunu deyir, amma bir çoxu öz övladlarını korrupsiyanın birbaşa subyekti olan orqanlarda işə düzəlməsini istəyir.
Əsas niyyət: Mənim də övladım palaza bürünüb ellə sürünsün və özünə var-dövlət yığsın, gün ağlasın.
3. Hamı şəffaflıqdan danışır, amma nə qədər insanımız var ki, min bir yolla özünə saxta sənəd düzəldir və imtiyazlar qazanır. Bu aşkara çıxarılanda isə şəffaflığa dair tezislərini özü darmadağın edir və “əşi, bu ölkədə qanun təkcə mənim üçündürmü?” deyir.
Belə olan təqdirdə sual olunur: Rüşvətxor məmur, büdcəni öz dədə malı kimi sağa-sola xərcləyən vəzifəli şəxslə, sürətlə qeyri-qanuni yolla varlanmaq istəyən bir vətəndaş arasında fərq varmı? Fərq yalnız onların statusundadır, şüur olaraq isə hər ikisi eyni düşüncələri bölüşür. O məmur kimdir? Bəlkə həmin məmur kosmosdan, ya da başqa ölkədən gəlib? Xeyr, o da bizdən biridir.
Heç inandırıcı gəlmir ki, hansısa valideyn övladının polis, müstəntiq olmasını ona görə arzulasın ki, övladı əsl məmur kim xalqına xidmət edəcək. Rüşvətxorluq üçün zəminin kökü isə onda qoyulur ki, valideyn bir neçə min manatından keçib övladını “akademiyaya qoyur”, bitirdikdən sonra isə həmin akademiyanı oxuyanlar xərclərinin əvəzini qarşılamaq üçün qeyri-qanuni yollara baş vurur. Dövlət işinə biznes ideologiyası ilə baxmağın arxasında “filan qədər pul vermişəm, mayamı çıxartmalıyam” gizlənir.
Güman edirəm ki, gətirdiyimiz bir neçə nümunə vəziyyətə dair aydın təsəvvür yarada bilər, yəni, oxucu nə demək istədiyimizi anlayar.
Hələ özünü ictimai əzabkeş kimi təqdim edərək az qala “Kefli İsgəndər” statusu qazananların ictimai rəyi manipulyativ fikirlərlə yönləndirənlərini də bura əlavə etsək, vəziyyətin dalana dirəndiyini deyə bilərik.
Bunlar keflidirlər, amma İsgəndər deyillər, Cəlil Məmmədquluzadənin yaratdığı İsgəndər obrazı təhsilli, dünyagörüşlü biri idi, həqiqətən də aydınlığa səsləyirdi. Ancaq İsgəndər obrazını iyrənc şəkildə təqlid edənlərin məqsədi cəmiyyəti qaranlığa sürükləməkdir, yalan-palan, məntiq xətaları ilə zəngin olan malalama cəhdləri burada onları təmizə çıxara bilməz.
Təsəvvür edək, şüurlar necə korlanıb ki, ictimai tərəqqidən danışıldığı halda, tərəqqinin qarşısına maneə olaraq keçən şəxslər bəh-bəhlə, alqışlarla qarşılanır, “ura”, “səndən yoxdur”, “sən cansan” kimi şüarlar sosial şəbəkə səhifələrində gündəm kimi gözə girir.
Hərçənd, araşdırılmır ki, dərin inam bəslədikləri “maarifpərvər” şəxslər nəyi yalan deyir, nəyi düz, ümumiyyətlə yanaşması nə qədər səmimidir. Xeyr, əksinə, sən o “ziyalının” səhvlərini deyəndə amansız şəkildə psevdomüasirlərin kütləvi status hücumuna məruz qalırsan və beləliklə də ölkədə intellektual böhran dərinləşir.
Kiminsə fikri kontekstdən çıxarılır, həmin o “tərəqqipərvər” zəhərli ideya daşıyıcıları bilərəkdən bunu şişirdir, ictimai rəyi də buna qarşı hücuma hazırlayırlar.
Deməli bu cür adamlar heç nəyi araşdırmır, ümumiyyətlə isə yanaşmasından tutmuş savadına qədər hamısı başdan-ayağa qüsurlarla zəngindir.
Digər bir məqam, kimlərsə kontekstdən çıxarılmaya etiraz edir. Amma baxır kimin fikri kontekstdən çıxarılıb.
Yəni burada ədalətə prinsiplər üzərindən deyil, şəxslərə münasibətlər müstəvisində qiymət verilir. Açığını deyim ki, belələri də başqa cür malalama ustalarıdır.
Bəli, məhz belə! Necə olur ki, xoşuna gəlməyən adamın fikri kontekstdən çıxarılıb söyüləndə sən prinsipi əlində rəhbər tutmursan, amma digərinə münasibətdə bunu ifadə edirsən? Əsla, tərəfdarı deyilik ki, kimsə kiməsə vəkillik etsin, ancaq heç olmasa, nəyəsə münasibət bildirəndə bir araşdır. Bilirəm, prinsiplərlə yanaşmaq kütləvi tərəfdar toplamır, tərəfdar toplamaq üçün ya kimisə söyməlisən, ya da ki ağıllı sözlərin arxasında gizlənib mahiyyətcə mövzu ilə əlaqəsi olmayan tənqidlər səsləndirməlisən.
Görürsünüzmü, kimlərsə şüurunda digərinə kollektiv hücum hazırlayan ideyalar istehsal edir və bunu ictimai təfəkkürün istehlakına təqdim edir. Zamanı hələ ki, geri qaytarmaq, ya da irəli aparmaq mümkün deyil, ancaq şüurdakı təzahürlər təkamülün hansısa dövründəki davranışlara istinad edir, təbii ki, bu, bilərəkdən edilmir.
Bir sözlə, bu düşüncənin hakim olmasını istəyənlər bizi hansı mütərəqqi aləmə apara bilər? Təfəkkür inqilabı baş verib, ancaq bəzi insanların təfəkkürü sadəcə müasir tələblərə uyğunlaşmağa cəhd edir və nəticədə deyə bilərik ki, bu inqilabın belələrinə aidiyyəti yoxdur.
Təkamüllə niyə əlaqələndirdik?
Bir nümunə verək: Pula, var-dövlətə hərisliyin qədim forması insanların yığıcılıqla məşğul olaraq özlərinə qida anbarı yaratmaqdır. Daha sonra bu instinkt inkişaf edərək müasir hərislik şəklinə gəlib çıxan təkamül yolunu keçib.
Bəs şüurun hansısa məcraya yönləndirilməsi? Bəli, fikir verək, insanın təkamülü prosesində qəbilələr formalaşmamışdan öncə belə əcdadlarımızın hansısa nümayəndəsi dəstəni ələ alıb və onu yönləndirib...
Aqşin Kərimov
Goranboy rayonu ərazisində yerləşən Korçay Dövlət Təbiət Qoruğunda yerləşən göl qurudulub.
Astara rayonunun Şiyəkəran kəndində yararsız vəziyyətdə yol ilə bağlı problem həllini tapmayıb.
Şirvanın “Köhnə şəhər” adlanan yaşayış massivində sakinlər uzun illərdir ki, kanalizasiya xətləri ilə bağlı problem yaşayırlar. Ölkənin sənaye şəhərlərindən biri olan Şirvanın bir sıra küçələrində vəziyyət o qədər də ürəkaçan deyil.
“Qiymət artımı şirkətlərə yox, əhalinin alıcılıq qabiliyyətinə təsir edir. Ticari şəbəkədə böyük rol oynayan şirkətlər də bu hallara uyğun məhsulunu istehsal etdikdə, keyfiyyəti aşağı salırlar”.
Bu gün Azərbaycanın 44 günlük müharibədə tarixi qələbə qazanmasından bir il ötür – xalqımız Zəfər Gününü qeyd edir.
, 2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsi Azərbaycanın döyüş meydanında parlaq qələbəsi və tarixi ədaləti bərpa etməsi ilə nəticələnib.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edib.
Döyüş meydanında ordumuzun göstərdiyi şücaət düşməni təslim olmağa məcbur qoyub. Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli bəyanat imzalanıb. Bu, Ermənistan üçün kapitulyasiya aktı idi. Beləliklə, bir güllə belə atılmadan işğalçı Ermənistan üç rayonu Azərbaycana təhvil verib.
Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verilib. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olunub.
Noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi işğaldan azad edilib.
Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verilib. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşıb.
44 günlük Vətən müharibəsi Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi ilə Azərbaycan Ordusunun Ermənistana döyüş meydanında tarixi dərs verməsinə səhnə olub. Ali Baş Komandanın çoxsaylı çıxışlarında qeyd etdiyi kimi, Müzəffər Ordumuz bir an belə geri çəkilmədən daim irəli gedib işğala son qoymağı düşünüb. Yekunda isə Ordumuz qarşıya qoyulmuş tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirərək Azərbaycanın ərazi bütövlüyünü bərpa edib.
Azərbaycanın şanlı zəfəri onun qəhrəman övladlarının qanı hesabına başa gəlib. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu günədək 2908 şəhidimizin dəfn olunduğunu açıqlayıb. 6 hərbçimiz itkin düşüb.
Şəhidlərimizin qanı, qazilərimizin mübarizəsi və şücaəti Zəfər Gününü Azərbaycan xalqına bəxş edib. Azərbaycan Ordusu Suqovuşan, Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan, Qubadlı, Şuşa uğrunda uğurlu hərbi əməliyyatlar keçirib. Müharibənin ilk günlərində düşmənin iftixar mənbəyinə çevirdiyi “Ohanyan xətti” darmadağın edildi. Ermənilər bu müdafiə xəttinin keçilməzliyi ilə bağlı miflər yaratsalar da, Azərbaycan Ordusunun peşəkar zabitləri, igid əsgərləri həmin o mifi də məhv etdilər. Suqovuşan, Füzuli, Cəbrayıl istiqamətlərində düşmənə vurulan sarsıdıcı zərbə, müdafiə xəttinin məhv edilməsi ermənilərə qorxu saldı. Zəngilan və Qubadlı uğrunda döyüşlərdə pərən-pərən salınan düşmən tək çarəni mövqeləri tərk edib geri çəkilməkdə gördü. Azərbaycan Ordusunun məhv etdiyi düşmən “taktiki olaraq geri çəkildiyini” iddia etsə də, döyüş meydanında tətbiq olunan yalnız bir taktika vardı. O da Azərbaycan Ordusunun daim irəli şüarı ilə həyata keçirdiyi peşəkar əməliyyat taktikası.
Laçın dəhlizinə çıxdıqdan sonra hədəf Qarabağın mədəniyyət beşiyi Şuşa oldu. Qəhrəman hərbçilərimizin misilsiz şücaəti və dünya hərb tarixinə düşən əməliyyat planı ilə Qarabağ xanı Pənahəli xan Cavanşirin əsasını qoyduğu Şuşa şəhəri əsarətdən qurtarıldı.
Parlaq zəfərlərlə dolu əməliyyatlara səhnə olan Vətən müharibəsi 10 noyabr tarixində üçtərəfli bəyanatla başa çatdı. Qalib və Müzəffər Ordunun Ali Baş Komandanı kimi İlham Əliyev bütün dünyanın gözü qarşısında bəyanatı imzaladı. Ordusu məhv edilən, separatizm ideyaları darmadağın olan, rüsvayçı şəkildə məhv edilən Ermənistan baş naziri Nikol Paşinyan isə gizlində kapitulyasiya aktına öz imzasını çəkməli oldu.
44 günlük müharibə ilə tarix yazan Azərbaycan həmin tarixi Zəfər Günü ilə əbədiləşdirdi. Bu gün hər bir azərbaycanlı Vətən müharibəsində qazanılmış şanlı zəfəri qeyd edir, şəhidlərimizin müqəddəs xatirəsi yad edilir, qazilərimizə qayğı və ehtiram göstərilir.
Zəfər günü Azərbaycanın müstəqillik tarixində ən önəmli hadisələrdən biri kimi tarixə düşdü. Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, Azərbaycan dövlətinin qüdrəti və nəhayət ordumuzun qəhrəmanlığı ilə unudulmaz zəfər qazanıldı. İllərin həsrətinə son qoyuldu, qisas alındı, ədalət bərpa olundu, Qarabağ öz Vətəninə qaytarıldı, onun bağrından zorla qoparılan xarıbülbül yenidən çiçək açdı... 8 noyabr tarixi hər bir azərbaycanlının iftixar mənbəyinə çevrildi.
İftixar günümüz – bundan sonra hər zaman xalqımızın müqəddəs amal uğrunda mübarizəsinin müqəddəsliyini bizə xatırladacaq. Həmin müqəddəs mübarizə bizə hər zaman növbəti Zəfərlərə daşıyacaq!
Oxu.Az kollektivi Zəfər Günü münasibətilə başda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva olmaqla Azərbaycan xalqını təbrik edir!