|
Milli Məclisin İntizam komissiyasının iclası başlayıb.
Bir neçə gündür davam edən Qurban bayramı geridə qaldı. Bayramdan sonra yaranan fəsadlar isə təəssüf doğurur.
Bu gün Azərbaycanda milli mətbuatın yaranması günüdür.
Çox hörmətli cənab prezident !
Bu mənim sizə 16-ci müraciətimdir. Məlumunuz olsun ki, mənim 15-ci müraciətimə də siz tərəfdən heç bir cavab verilmədi.artiq mən təəcüb hissi keçirirəm. Mənə bir məsələ olduqca qəribə gəlir.Hələ 1991-ci ildə ölkədə digər hakimiyyət dövründə mən ulu öndər Heydər Əliyevin yolunda gözlərimi qırpmadan, qorxmadan, çəkinmədən Prezident Ayaz Mütəllibova, Milli Məclisin sədri Elmira Qafarovaya, Milli Məclisin sədrinin 1-ci müavini Telman Orucova və digər səlahiyyətli şəxslərə məhz Heydər Əliyevi 1991-ci il fevral sesiyasında tənqid etdiklərinə görə onlara ən kəsərli sözümü demişəm və bildirmişəm ki, hamınıza ayıb olsun ki, Heydər Əliyev sizə çörək verib, siz isə o kişiyə nankor çıxdınız. Həmin müraciətin bir sürətini Naxçıvan şəhərinə ulu öndərin özünə göndərmişəm. Mən Heydər Əliyevin yolunda bu cür cəfakeşli yollardan keçmişəm. İndi necə olur ki, onun oğlu bu gün ölkə Prezidenti, cənab Prezident siz, mənim ədalətli hüquqlarımın bərpa edilməsində mənə köməklik göstərib, dəstək durmusunuz. Belə çıxır ki, mənə deyirlər ki, o dövrdə elədiyin yaxşı işlərə görə sağ ol. Bu gün sən daha bizə lazım deyilsən. Məntiq bunu deyir.
Cənab Prezident mənə 2017-ci ildə Prezident mükafatını, 2018-ci ildə isə Respublikanın “Əməkdar Müəllimi” fəxri adını sərəncamla siz vermisiniz. Bu gün Təhsil Naziri Emin Əmrullayev və onun əlaltıları Eşqi Bağırov, Rəşad Musayev Rəşad Xanlarov,Orxan Abbasov və Gəncə şəhər Təhsil idarəsinin müdiri Anar Qədiməliyevin mənim barəmdə verdiyi qeyri-qanuni xitam əmri mənə qarşı yox, bir başa sizə qarşı hörmətsizlik və saymamazlıqdır. Mənə qəribə gələn odur ki, Gəncə şəhəri Təhsil idarəsinin müdiri Anar Qədiməliyevin sağlamlıq durumu yerində deyil. Onun psixoloji durumunda problem var. Bir psixoloq kimi, bir təcrübəli pedaqoq kimi mənim düşüncəmə görə bu ilk növbədə onun baxışlarından və insanlarla davranışından hiss olunur. İkinci bu adam özünü mini Prezident kimi aparır. Təhsili bilmədiyi qalsın bir tərəfdə, bu adam heç kimi saymır. Müəllimləri qəbul etmir və deyir ki, mən heç kimdən qorxmuram. Konkret olaraq bildirir ki, “burda mənəm Bağdatda kor xəlifə”.Yaxşı, tutaq ki bu adam mənəvi cəhətdən xəstədir. İnsani keyfiyyətlərdən və insani hislərdən uzaqdır. Bəs Emin Əmrullayevə nə olub? Belə bir adamın dikdəsi və sifarişi ilə məni və mənim kimi digər təcrübəli pedaqoq Valeh müəllimi 65 yaşla bağlı işdən azad edirlər. Amma Respublikada 300 nəfərə yaxın, o cümlədən Gəncədə 1 nəfəri, yəni 70-85 yaş arasında ya yuxarıdan tapşırıq əsasında, ya da rüşvət alıb saxlayırlar. Bizə isə əsassız şablon məktublar yazmaqla öz işlərini bitmiş hesab edirlər.
Cənab Prezident bizi şəxsən Prezident aparatında siz və yaxud digər səlahiyyətli bir şəxs qəbul edərsə, o zaman əlimizdə olan bütün faktları açıb ortaya qoya bilərik. Bundan sonra qeyd edim ki, bəzi ağzı göyçəklər Ramiz Mehdiyevi tənqid edirlər, onu bəyənmirlər. Hansı ki, Ramiz Mehdiyev 40 ildən çox dövlətə və dövlətçiliyə xidmət edib. Şəxsən Heydər Əliyevi dəstəkləyib. Ondan bərk qorxurdular. O obyektiv adam idi. Vaxtı ilə ona yazdığım bir müraciətə dərhal sabahı cavab verilib, qəti tədbir görmüşdülər. Amma indi onun yerində işləyən Samir Nuriyevə və sizin köməkçiniz Ədalət Vəliyevə 4 ay bundan qabaq müraciət etmişəm, bu günə kimi həmin müraciətlərdən xəbər yoxdur.Bu da bizim gənc və cavan kadırlarımız. Belə kadırlardan gələcəkdə nə gözləmək olar? Bunların işi gücü,məqsədi məramı sizin adınıza sadə xalq tərəfindən xələl gətirməkdir. Sonda mən bir şeyi başa düşüb,dərk edirəm hər halda siz yuxarıda qeyd etdiyim kimi Heydər Əliyevin oğlusunuz, sizə də İlham Əliyev deyərlər. İnanıram ki, mən və Valeh müəllimin qanunsuz işdən çıxmağımızı xüsusi nəzarətə götürüb, bu barədə öz ciddi göstərişinizi verəcəksiniz. Mən və Valeh müəllim göydə Allah, yerdə sizə və Mehriban xanıma güvənirik. İnanırıq ki, əsil təqsirkarlar öz cavablarını tezliklə alacaqlar.
Hörmətlə : Həsənov İlham Musa oğlu .
Əməkdar müəllim
Əlaqə telefonu : 050-333-40-27
Bu gün Azərbaycanın mühüm beynəlxalq nəqliyyat dəhlizlərinin funksionallıqlarının təmin olunmasında rolu getdikcə daha da artır. O cümlədən Şimal-Cənub və Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizləri üzərində yerləşən ölkəmiz sahib olduğu geosiyasi mövqeyinə görə bütün bu istiqamətlərdə həyata keçirilən beynəlxalq daşımaların ən önəmli tranzit qovşağı kimi çıxış edir. Xüsusilə Vətən müharibəsində əldə olunmuş tarixi Qələbədən sonra regionda yaranmış yeni reallıqların və bu zəmində açılan daha geniş iqtisadi əməkdaşlıq perspektivlərinin fonunda Azərbaycan Cənubi Qafqaz regionundan keçən bütün beynəlxalq logistik dəhlizlərin səmərəli istifadəsi baxımından əsas söz sahiblərindən birinə çevrilmişdir.
1 saylı Kliniki Tibbi Mərkəzdəki (Semaşko) tibbi avadanlıqların fəaliyyətində problemlər yaranıb.
Bu barədə “Report”a orada müayinələr zamanı sözügedən problemlə üzləşən pasiyentlər məlumat verib.
Taksikoloji-kimyəvi müayinələrin aparılması üçün istifadədə olan tibbi avadanlığın işlək olmaması xəstələr (onlar daha çox böyrək və qaraciyər köçürülmüş pasiyentlərdir) arasında narazılıqla qarşılanıb. Pasiyentlər aparatın işləməməsinin səbəbini soruşduqda həkimlər cavab verməyiblər. Amma xəstələrə bildirilib ki, sözügedən cihaz hələ daha bir müddət işləməyəcək.
1 saylı Kliniki Tibbi Mərkəzdən bildirilib ki, sözügedən aparat bir müddətdir fəaliyyətini dayandırıb. Qeyd olunub ki, bu, cihazın ehtiyat hissələrində yaranmış nasazlıqla əlaqədardır.
Həmçinin bildirilib ki, artıq avadanlığın dəyişilməsinə zəruri olan detalların xarici ölkədən gətirilməsi üçün sifariş edilib:
“Biz də gözləyirik, bu həftəyə və yaxud gələn həftəyə gəlməlidir. Bu cihazlar bahalıdır və ehtiyat hissələri də xaricdən gətirilir. Ona görə də buna zaman lazımdır”.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 1 saylı Kliniki Tibbi Mərkəz TƏBİB-in tabeliyində olsa da, xəstəxanadakı laboratoriya onların tabeliyində deyil. Bu səbəbdən Səhiyyə Nazirliyinə müraciət edilməsi tövsiyə edilib.
Səhiyyə Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.
Qeyd edək ki, bu ilin aprel ayında “Semaşko”nun direktoru İlham Qafarov işdən çıxarılıb. Yeni direktor vəzifəsinə isə Könül Ələkbərova təyin olunub.
Ömrünün 22 ilini Vətənə xidmətə həsr edən Sadiq Məmmədov 44 günlük Qarabağ müharibəsində yaxından iştirak etmiş və 26 Oktyabr 2020-ci il tarixində Şəhid olmuştur.
Mərhum Xalq artisti Arif Quliyevin məzar daşının hazırlanması üçün ailəsinin maddi imkanı yoxdur. Aktyorun ailə üzvləri bunun üçün Mədəniyyət Nazirliyindən dəstək gözləyir.