Xanbulan gölünə giriş niyə ödənişlidir?




Lənkəran rayonunda yerləşən Xanbulan gölünün ətrafına giriş üçün 2 manat ödəniş tələb olunur.

Bu barədə “Qafqazinfo”ya həmin əraziyə səfər edən vətəndaşlar bildiriblər. Onlar qeyd ediblər ki, ödəniş tur şirkətlərinin qiymətinə daxil deyil.

Məsələ ilə bağlı araşdırma apardıq. Məlum oldu ki, sözügedən göl Hirkan Milli Parkının ərazisinə daxildir. Parka giriş üçün isə Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2 manat ödəniş nəzərdə tutulur.

Ekoturistlər parka həftə ərzində saat 9:00-dan 18:00-dək daxil ola bilərlər. Vətən Müharibəsi Qəhrəmanları, Milli Qəhrəmanlar, ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslər (müvafiq təsdiqedici sənədi təqdim etməklə), məktəbəqədər uşaqlar, məktəblilər və onları müşayiət edən müəllimlər giriş haqqından azaddırlar.

Qeyri-rəsmi mənbələrdən əldə etdiyimiz məlumata görə, bundan əvvəl də parka girişə üçün ödəniş nəzərdə tutulsa da, bir çox hallarda vətəndaşlar həmin ödənişi etməkdən imtina edirdilər.

Qeyd edək ki, Xanbulan gölü Lənkəranın əsas turistik ərazilərindəndir və rayonun eyniadlı kəndində yerləşir.

 

 

 
 

 

 

 

 
 
 
 

AQTA Qurban bayramı ilə əlaqədar əhaliyə çağırış edib





“Bir daha vətəndaşları, heyvan kəsimi və satışı ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə, kəsim və satışı yalnız müəyyənləşdirilmiş yerlərdə həyata keçirməyə çağırırıq”.

“Report”un xəbərinə görə, bunu AQTA-nın mətbuat katibi Aysel Fərziyeva brifinqdə deyib.
“Bayram günlərində satış üçün nəzərdə tutulan heyvanların sağlamlığı şübhə doğurduqda, eyni zamanda qanunvericiliyin tələblərinə məhəl qoyulmadan küçə və yol kənarlarında antisanitar şəraitdə heyvan kəsimi və satışı hallarına rast gəldikdə vətəndaşlardan hüquq-mühafizə və yerli icra orqanlarına, o cümlədən Agentliyin “1003 − Çağrı Mərkəzi”nə müraciət etmələri xahiş olunur”, - o əlavə edib.
AQTA sözçüsü bildirib ki, AQTA-nın 400-dən çox əməkdaşı Qurban bayramı günlərində kəsim və satış məntəqələrinə cəlb ediləcək:
“Səhiyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən dezinfeksiya işlərinin vaxtında həyata keçirilməsi, tullantıların daşınmasına nəzarət həyata keçiriləcək”.






Bu çağırışdan bir müddət vaxt keçməsinə baxmayaraq  indiyə qədər də Hökməli dairəsində vəziyyət bərbad olaraq qalır.



Bakıda Kamil, İstanbulda Nüsrət... - Bir milyard manatlıq cinayət



Bakıda qanunsuz sahibkarlıqla məşğul olan Qənbərov Kamil Səfadil oğlunun məhkəməsi başa çatıb.

Yenukirpi/az  Qafqazinfo-ya istinadla xəbər verir ki, işə Nərimanov Rayon Məhkəməsində baxılıb.

Araşdırmalar zamanı məlum olub ki, Q.Kamil lisenziyası olmadığı halda faktiki olaraq bank fəaliyyəti göstərib. Belə ki, o, Bakı şəhəri üzrə pul vəsaitlərinin 0,4 faizi məbləğində, Rusiyanın Moskva, Ukraynanın Kiyev, Gürcüstanın Tiflis və Türkiyənin İstanbul şəhəri üzrə isə pul vəsaitlərinin 0,2 faizi məbləğində xidmət haqqı müqabilində qanunsuz olaraq ayrı-ayrı şəxslərdən qəbul olunması və həmin şəxslərin sifarişi ilə üçüncü şəxslərə təhvil verilməsi üzrə xidmət göstərib.

O, bu işdə istintaqla şəxsiyyətləri müəyyən edilməyən Moskvada Sahil, Ukraynada Saşa, Gürcüstanda Baço, Türkiyədə isə Nüsrət adlı şəxslərlə əlbir olub.

Bu səbəbdən 34 yaşlı Kamil hakim qarşısında 192.2.3 maddəsi (Qanunsuz sahibkarlıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə) ilə ittiham olunub.

Qeyri-qanuni bankın ofisi isə paytaxtın Nərimanov rayonu, K.Kazımzadə küçəsi, ev 7 ünvanında yerləşən “Green Park” yaşayış kompleksinin 29 nömrəli mənzili olub.

Vüsal burada ona müraciət edən ayrı-ayrı şəxslərdən qeyd edilən qaydada müxtəlif məbləğlərdə pul vəsaiti alıb və qəbul etməli olan şəxslərə şəxsən və əlbir olduğu şəxslər vasitəsilə təhvil verilməsini həyata keçirib. Təqdim etdikləri pul vəsaitinin məbləğinə görə isə faiz alıblar.

Belə ki, qruplaşma 2019-cu ilin noyabrından 2021-ci ilin sentyabrınadək ümumilikdə 92.740.581,65 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 157.658.988,81 manat məbləğdə valyutanın faktiki olaraq qeyri-qanuni şəkildə köçürmə - həvalə yolu ilə əvəzləşdirilməsi həyata keçirilib. Bu işə görə həmin məbləğin 0,4 faizi olan 370 962 dollar, yəni 630 635 manat qazanc kimi götürülüb.

Ümumilikdə həmin dövrdə Bakı, Moskva, İstanbul, Kiyev və Tiflis şəhərlərində qeyd edilən 4 ölkə ərazisi üzrə ofislərdə 625.138.174,17 ABŞ dolları, yəni həmin dövrün rəsmi məzənnəsi ilə 1.062.734.896,09 manat məbləğdə pul vəsaitinin qanunsuz sahibkarlıq fəaliyyəti üzrə dövriyyəsini həyata keçirilib. Bunun qarşılığında isə ümumilikdə 2.756.105 manat gəlir əldə edilib.

Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Kamil Qənbərov elan edilmiş ittihamla özünü qismən təqsirli bilib. O, etdiyi əməli adi borc münasibəti və xidməti adlandırıb. Təqsirləndirilən şəxs bu müddət ərzində qazancının 70-80 min dollar olduğunu bildirib.

Hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesin yekununda hökm oxunub. Kamil Qənbərova 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onun cəzası 2 il 6 ay sınaq müddəti təyin edilməklə şərti hesab edilib.

Xəbər lenti