|
Bakının Xətai rayonunda qəzalı vəziyyətdə olan binanın sakinləri təhlükə ilə üzləşib.
Havaların istiləşməsi və gündən-günə yaxınlaşan dondurma mövsümü hətta dondurma sevməyənləri də arada bu təamdan dadmağa sövq edir. Amma son zamanlar sosial şəbəkələrdə dondurmadan yaranan mədə-bağırsaq nasazlıqları ilə bağlı şikayətlər də çoxalıb. Əksər istehlakçı dondurma yedikdən sonra mədə pozuntularının olduğunu deyir.
Bu görüntülər əslində meşəlik ərazidə lentə alınıb. Amma ilk baxışdan hər birinizə zibil poliqonunu xatırladacaq. Hətta, deyərdim ki, vəziyyət bir az da belə davam edərsə burada ağacların sıxılığından deyil zibilin çoxluğundan hərəkət etmək mümkün olmayacaq. Belə bir mənzərə tovuzun qoşa kəndindəki meşəlikdə yaradılıb.
Şəhərin mərkəzində yəqin ki, işləməyən eskalatorları çox yerdə görmüsünüz. Bu problem modern Bakımızın üz qarasıdır desək, yanılmarıq. Axı niyə günü-gündən texnologiyanın inkişaf etdiyi dövrdə belə bəsit problemləri aradan qaldırmırlar? İnsanlar nə qədər şikayət etsin ki, bu problem bir dəfəlik yoxa çıxsın?
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılmış araşdırma nəticəsində Ağdaş, Bərdə, İmişli, İsmayıllı, Oğuz və Qax rayonlarının ərazilərində qanunsuz ağac kəsmə faktına görə 10 cinayət işi başlanılıb.
Yenikirpi.az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Metronun Həzi Aslanov stansiyasının ətrafı, Xudu Məmmədov və Məhəmməd Hadi küçələrinin kəsişməsindən gedir. Nəhəng qaldırıcı kranlar buranın daimi sakininə çevrilblər. Sözügedən vəziyyətdən ən çox əziyyət çəkənlər isə başqa sakinlərdir - burada yaşayan insanlar. Onlar illərdir ki, daraldılmış səkilərlə, hasarların dibi ilə hərəkət etmək məcburiyyətində qalırlar.
Bakı-Qazax yolunda güclü toz müşahidə olunur.
Sumqayıtda məişət tullantıları poliqonundan qalxan tüstü şəhəri bürüyüb.
Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin damı uçub.
Hadisə güclü külək nəticəsində baş verib. Valideynlər belə havada övladlarını məktəbə göndərməkdən qorxduqlarını qeyd ediblər.
***
Məsələ ilə bağlı Abşeron Rayon Təhsil Şöbəsi tərəfindən “Qafqazinfo”nun sorğusu cavablandırılıb: “Əsən güclü külək nəticəsində Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Vəziyyətlə bağlı məktəbdə dərhal ilkin təhlükəsizlik tədbirləri həyata keçirilib, aidiyyəti qurumlara məlumat təqdim olunub. Ən qısa zamanda dam örtüyünün bərpa işlərinə başlanacaq”.
Lamiyə Məmmədova