|
Paytaxtın Nərimanov rayonu Əliyar Əliyev 7 ünvanının sakinləri narazıdırlar.
Buna səbəb binanın həyətini su basmasıdır.
Sakinlər iddia edirlər ki, ərazidəki yaşayış binası qanunsuz tikilidir və o, su quyusunun üzərində inşa olunub.
Şikayətçinin sözlərinə görə, sakinlər bu barədə "Azərsu” ASC-yə şikayət edib. Müvafiq qrumun əməkdaşları əraziyə baxış keçirib və həqiqətən də həmin tikilinin qanunsuz olmasını, su quyusunun üzərində tikilməsi faktını təsdiq edib. Lakin tikilinin sahibi, "Mənim icradan icazəm var", - deyərək heç bir tədbir görmür.
Bundan başqa, Nərimanov rayon icra hakimiyyətinə də müraciətlər olunub, lakin iddialara görə qurum vətəndaşların şikayətinə baxmır.