|
Kürdəmirin Ərəbqubalı, Çöl-Qubalı kəndinin interneti, xəstəxanası olmayan sakinləri etiraza qalxıblar.
“Çoxmənzilli taxta evimiz 20 ildir ki, gözümüzün qabağında uçub-tökülür. Bütün dövlət qurumlarına müraciət etmişik, amma heç bir tədbir görülməyib. Bizə ancaq yazılı şəkildə təsdiq olunur ki, bina qəzalı vəziyyətdədir. Bəs sonra? Belə şəraitdə necə yaşaya bilərik?”
Bu şikayətlə Media.Az-ın redaksiyasına Yasamal rayonu, Bəşir Səfəroğlu, 86 ünvanında yaşayan Zeynəb Həsəncanova müraciət edib.
“İki il əvvəl hamam tikdik. Biz bağ evimizdə olanda o, aşağı mərtəbədəki mənzilin üstünə çökdü. Allaha şükür ki, qonşular evdə olmayıb. Təsəvvür edin, 21-ci əsrdə Bakının mərkəzində hamamsız yaşayırıq və çimmək üçün qohumların yanına getməli oluruq”, - deyə Z.Həsəncanova bildirib.
Belə şəraitdə nəinki Zeynəb Həsəncanova və övladları, əri, hətta ikinci qrup əlil bacısı da yaşamalı olurlar. Qadının sözlərinə görə, binada yaşayan digər ailələr də bu problemlə üzləşirlər:
“Kirayə mənzilə köçmək imkanımız yoxdur. Binamızın bərpası da real deyil. Problem həll olunana qədər heç olmasa, təhlükəsiz yerə köçürülmək istərdik”.
Məsələ ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinə müraciət edilib. Qurumun mətbuat xidmətindən bildirilib ki, sakinlər rayonun İcra Hakimiyyətinə müraciət etməlidirlər:
“İstismarda olan binalarla bağlı müraciətlər balansında olduqları müəssisə və təşkilatlara göndərilir”.
Yasamal Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin 2021-ci ilin may ayında verdiyi rəyə əsasən, bu bina “istismar müddəti bitmiş və bərpası mümkün hesab edilməyən” tikililər siyahısına daxil edilib.
“Sözügedən məsələ ilə bağlı rayon icra hakimiyyəti aidiyyəti strukturlara müraciət edib”, - deyə Yasamal Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən əlavə edilib.
Lakin məsələ hələ də həllini tapmayıb.
Ümid edirik ki, səlahiyyətli orqanlar sakinlərin problemini diqqətsiz qoymayacaq və onların təhlükəsizliyini təmin edəcək.
Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov rayondan olan xanımları “iməcilik” adı altına məcburi əməyə cəlb edib.
Bununla bağlı bir qrup şəhər sakini Demokrat.az-a şikayət göndərib.
Şikayətçilər iddia edirlər ki, martın 11-də İcra Hakimiyyəti rəhbərliyinin tapşırığı ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının tibbi heyəti də daxil olmaqla, rayonda çalışan qadınlara “ümumşəhər iməciliyinin keçirilməsi” adı altında məcburi şəkildə küçələr təmizlətdirilib.
Məlumata görə, iməciliyə çıxan qadınlara Şirvan şəhər İcra Hakimiyyəti rəsmilərinin müşayiəti ilə yol kənarlarındakı tullantılar və səkilər təmizlətdirilib, digər abadlıq işləri gördürülüb.
Sakinlərin sözlərinə görə, Şirvan şəhər İcra Hakimiyyəti rəhbərliyi texnika ilə görülməsi nəzərdə tutulan işləri qanunsuz şəkildə şəhərdə çalışan xanımlara gördürür.
Məsələ ilə bağlı Şirvan şəhər İcra Hakimiyyətindən telefon zənglərinə cavab verilməyib.
Fasadları 6 il əvvəl sökülmüş yaşayış binaları indiyə kimi təmir edilməyib.
Paytaxtın Nərimanov rayonu Əliyar Əliyev 7 ünvanının sakinləri narazıdırlar.
Apteklərə üz tutanlar ya əliboş qayıdır, ya da axtardığı dərmanın əvəzedicisini almağa məcbur olurlar. Ölkədə bəzi dərman vasitələrinin xüsusilə uşaq dərmanlarının tapılması müşkülə çevrilib.
Quba rayonunda küçədə acınacaqlı vəziyyət yaranıb.