|
Sumqayıtda məişət tullantıları poliqonundan qalxan tüstü şəhəri bürüyüb.
Bu barədə Oxu.Az-ın redaksiyasına görüntülər göndərilib.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Məişət Tullantıları Poliqonunda baş vermiş yanğınla bağlı araşdırma və monitorinqlər aparılır:
“Sumqayıt şəhəri Məişət Tullantıları Poliqonunda 4 aprel 2022-ci il tarixində saat 10 radələrində yanğın hadisəsi baş verib”.
Bəhruz Məhəmmədov bildirib ki, yerli ekologiya idarəsinin əməkdaşları hadisə yerinə yollanıb.
Xidmət rəsmisinin sözlərinə görə, hazırda mütəxəssislər tərəfindən atmosferə atılan tullantıların miqdarını müəyyən etmək məqsədilə araşdırma və monitorinqlər aparılır.
Hadisənin görüntülərini təqdim edirik: