Buzovna qəsəbəsində qanunsuz hasarların və tikililərin sökülməsi davam etdirilir.
Bir həftə ərzində 7 daş hasar sökülüb. Hazırda villaların hasarları sökülür. Qayaların üstündə cəmi 5 villa tikilib. Bu səbəbdən 2 villanın yarıya qədər, 3 villanın isə tamamilə sökülməsi nəzərdə tutulub. Bundan əlavə, söküləcək qayaların üzərində ayrıca beton platforma da var.
Həmçinin qayalar üzərində tikilən "Sherlocks" restoranı da sökülüb.
Buzovna sakinlərinin Azərbaycan prezidenti İlham Əliyevə müraciətindən sonra qanunsuz tikililərin sökülməsinə başlanılıb.
İyunun 22-də rəsmən başlayan söküntü işləri Bakı şəhəri və Xəzər rayon icra hakimiyyətləri tərəfindən aparılır.