|
Ömrünün 22 ilini Vətənə xidmətə həsr edən Sadiq Məmmədov 44 günlük Qarabağ müharibəsində yaxından iştirak etmiş və 26 Oktyabr 2020-ci il tarixində Şəhid olmuştur.
Ali Baş Komandan İlham Əliyev tərəfindən medal və ordenlərlə təltif olunan Sadiq Məmmədovun 6 nəfərlik ailəsi Qax rayonunda dözülməz şəraitdə yaşayır, Qaxın icra başçısı Musa Şəkiliyev və Qax Bələdiyyəsinin sədri Eyvaz Orucov Şəhid ailəsinə hösmətsizlik edərək, onlardan rüşvət tələb ediblər.
Şəhid Anası Səadət Məmmədova yaşadığı rayonun icra başçısı Musa Şəkiliyev və Qax Bələdiyyəsinin sədri Eyvaz Orucovdan çox narazı olduğunu ifadə edib.