İmişli Dəmir Yolu Sahəsinin rəisi dövlət sifarişlərini necə sabotaj etməyə çalışır...



 

Bu gün Azərbaycanın mühüm beynəlxalq nəqliyyat dəhlizlərinin funksionallıqlarının təmin olunmasında rolu getdikcə daha da artır. O cümlədən Şimal-Cənub və Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizləri üzərində yerləşən ölkəmiz sahib olduğu geosiyasi mövqeyinə görə bütün bu istiqamətlərdə həyata keçirilən beynəlxalq daşımaların ən önəmli tranzit qovşağı kimi çıxış edir. Xüsusilə Vətən müharibəsində əldə olunmuş tarixi Qələbədən sonra regionda yaranmış yeni reallıqların və bu zəmində açılan daha geniş iqtisadi əməkdaşlıq perspektivlərinin fonunda Azərbaycan Cənubi Qafqaz regionundan keçən bütün beynəlxalq logistik dəhlizlərin səmərəli istifadəsi baxımından əsas söz sahiblərindən birinə çevrilmişdir.

 

Təbii ki, sözügedən logistik dəhlizlərin əsas nəqliyyat növü məhz dəmir yolu nəqliyyatıdır. Buna görə də Azərbaycanda hal-hazırda dəmir yolu nəqliyyatının təkmilləşdirilməsi və inkişafı istiqamətində xüsusi tədbirlər həyata keçirilir. Ölkəmizdə dəmir yollarının inkişaf strategiyasında qənaət, xidmət keyfiyyətinin artırılması və mənfi ekoloji təsirin azaldılması kimi mühüm amillər nəzərdə tutulur. Yeri gəlmişkən, bir neçə gün bundan öncə, iyun ayının 27-də keçirilmiş “Azərbaycan Dəmir Yolları” QSC-nin Müşahidə Şurasının növbəti iclasında çıxış edən QSC-nin Müşahidə Şurasının sədri, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev strategiyada əksini tapacaq investisiya qoyuluşu, rəqəmsal transformasiya, insan resursları sahəsində idarəetmənin təkmilləşdirilməsi, eləcə də dəmir yollarının beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası və digər məsələlərlə bağlı mühüm rəy və təkliflərini bildirib. Həmçinin QSC-nin sədri Cavid Qurbanov da həmin toplantıda çıxış edərək bildirib ki, dəmir yolu şəbəkəsinin inkişafı konseptual yanaşma tələb edir və buna görə də Korporativ Strategiya planında bütün istiqamətlər nəzərə alınıb.

Göründüyü kimi, bu sahədə dinamik inkişafın təmin olunması məqsədilə dövlətimiz tərəfindən qarşıya qoyulmuş vəzifələrin vaxtında və səmərəli icrası üçün “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi bütün resurs və potensialları səfərbər etməkdədir. Lakin çox təəssüf olsun ki, bəzən bir struktur bölmə rəhbərinin məsuliyyətsizliyi və yaxud da yol verdiyi daha ciddi qanun pozuntusu faktı nəhəng bir qurumun çoxşaxəli və səmərəli fəaliyyətinə kölgə sala bilir. Bu günlərdə İmişli Dəmir Yolu Sahəsinin rəisi Təvəkkül bəyin yol verdiyi qanun pozuntusu da belə əməllərdəndir. 

Bölmənin digər xəbərləri

29 Mart 2023 İnterneti, xəstəxanası olmayan kəndin sakinləri etiraza qalxdılar - VİDEO
16 Mart 2023 Qubada kənd sakinləri AYAĞA QALXDI: ”BU İŞİ DAYANDIRIN CƏNAB NAZİR” – REPORTAJ
16 Mart 2023 Quba meşələrində DƏHŞƏTLİ GÖRÜNTÜLƏR:”Nəfəsimizi belə kəsirlər”
15 Mart 2023 “XXI əsrdə Bakının mərkəzində hamamı olmayan uçuq-sökük evdə yaşayırıq” - ŞİKAYƏT
13 Mart 2023 İcra başçısı tibb işçilərinə küçədəki tullantıları təmizlətdirdi - FOTO
09 Mart 2023 Quruyan təkcə Kür deyil....
07 Mart 2023 Abşeronda 37 yaşayış binası “sahibsiz” qalıb - VİDEO
20 Fevral 2023 Bakıda bina su quyusunun üstündə tikilib? - Su basmış həyətin sakinləri şikayətçidir - FOTO/VİDEO
03 Fevral 2023 Apteklərdə bəzi dərmanlar niyə tapılmır? - VİDEO
02 Fevral 2023 Qubadakı küçənin acınacaqlı vəziyyəti ilə bağlı AÇIQLAMA - FOTO/VİDEO
31 Yanvar 2023 Hövsanda yollar bərbad vəziyyətdədir - VİDEO
30 Yanvar 2023 Xəzər dənizinin suyunun azalması ilə bağlı ŞOK AÇIQLAMA - RƏSMİ +VİDEO
24 Yanvar 2023 Günlərdir qalaqlanan məişət tullantıları - VİDEO
20 Yanvar 2023 Qanlı 20 Yanvar faciəsindən 33 il ötür
16 Yanvar 2023 Xırdalanda əhalinin üzləşdiyi acınacaqlı MƏNZƏRƏ - VİDEO
10 Yanvar 2023 Xətai rayonunda 35 ailənin həyatı təhlükədədir -
09 Yanvar 2023 " Bakı qışa tam hazırdır"
09 Yanvar 2023 Bakı istiqamətində uzunluğu 1 km-ə çatan tıxac yarandı - VİDEO
06 Yanvar 2023 Hökməlidə hökm sürən antisanitariya - VİDEO
06 Yanvar 2023 İtlərin hücumuna məruz qalan 41 yaşlı qadın öldü - Video

Xəbər lenti