"Burda mənəm Bağdatda kor xəlifə”-deyən Təhsil idarəsinin müdürü kimdir?

Azərbaycan Respublikasının Prezidenti
                                  cənab İlham Əliyevə.
                                         
Sürəti :            Azərbaycan Respublikasının 1-ci vitse 
                      Prezidenti Mehriban xanım Əliyevaya.

 

Çox hörmətli cənab  prezident !

Bu mənim sizə 16-ci müraciətimdir. Məlumunuz olsun ki, mənim 15-ci müraciətimə də siz tərəfdən heç bir cavab verilmədi.artiq mən təəcüb hissi keçirirəm. Mənə bir məsələ olduqca qəribə gəlir.Hələ 1991-ci ildə ölkədə digər hakimiyyət dövründə mən ulu öndər Heydər Əliyevin yolunda gözlərimi qırpmadan, qorxmadan, çəkinmədən Prezident Ayaz Mütəllibova, Milli Məclisin sədri Elmira Qafarovaya, Milli Məclisin sədrinin 1-ci müavini Telman Orucova və digər səlahiyyətli şəxslərə məhz Heydər Əliyevi 1991-ci il fevral sesiyasında tənqid etdiklərinə görə onlara ən kəsərli sözümü demişəm və bildirmişəm ki, hamınıza ayıb olsun ki, Heydər Əliyev sizə çörək verib, siz isə o kişiyə nankor çıxdınız. Həmin müraciətin bir sürətini Naxçıvan şəhərinə ulu öndərin özünə göndərmişəm. Mən Heydər Əliyevin yolunda bu cür cəfakeşli yollardan keçmişəm. İndi necə olur ki, onun oğlu bu gün ölkə Prezidenti, cənab Prezident siz, mənim ədalətli hüquqlarımın bərpa edilməsində mənə köməklik göstərib, dəstək durmusunuz. Belə çıxır ki, mənə deyirlər ki, o dövrdə elədiyin yaxşı işlərə görə sağ ol. Bu gün sən daha bizə lazım deyilsən. Məntiq bunu deyir.

     Cənab Prezident mənə 2017-ci ildə Prezident mükafatını, 2018-ci ildə isə Respublikanın “Əməkdar Müəllimi” fəxri adını sərəncamla siz vermisiniz. Bu gün Təhsil Naziri Emin Əmrullayev və onun əlaltıları Eşqi Bağırov, Rəşad Musayev Rəşad Xanlarov,Orxan Abbasov və Gəncə şəhər Təhsil idarəsinin müdiri Anar Qədiməliyevin mənim barəmdə verdiyi qeyri-qanuni xitam əmri mənə qarşı yox, bir başa sizə qarşı hörmətsizlik və saymamazlıqdır. Mənə qəribə gələn odur ki, Gəncə şəhəri Təhsil idarəsinin müdiri Anar Qədiməliyevin sağlamlıq durumu yerində deyil. Onun psixoloji durumunda problem var. Bir psixoloq kimi, bir təcrübəli pedaqoq kimi mənim düşüncəmə görə bu ilk növbədə onun baxışlarından və insanlarla davranışından hiss olunur.  İkinci bu adam   özünü mini Prezident kimi aparır. Təhsili bilmədiyi qalsın bir tərəfdə, bu adam heç  kimi saymır. Müəllimləri qəbul etmir və deyir ki, mən heç kimdən qorxmuram. Konkret olaraq bildirir ki, “burda mənəm Bağdatda kor xəlifə”.Yaxşı, tutaq ki bu adam mənəvi cəhətdən xəstədir. İnsani keyfiyyətlərdən və insani hislərdən uzaqdır. Bəs Emin Əmrullayevə nə olub? Belə bir adamın dikdəsi və sifarişi ilə məni və mənim kimi  digər təcrübəli pedaqoq Valeh müəllimi 65 yaşla bağlı işdən azad edirlər. Amma Respublikada 300 nəfərə yaxın, o cümlədən Gəncədə 1 nəfəri, yəni 70-85 yaş arasında ya yuxarıdan tapşırıq əsasında, ya da rüşvət alıb saxlayırlar. Bizə isə əsassız şablon məktublar yazmaqla öz işlərini bitmiş hesab edirlər.

             Cənab Prezident bizi şəxsən Prezident aparatında siz və yaxud digər səlahiyyətli bir şəxs qəbul edərsə, o zaman əlimizdə olan bütün faktları açıb ortaya qoya bilərik. Bundan sonra qeyd edim ki, bəzi ağzı göyçəklər Ramiz Mehdiyevi tənqid edirlər, onu bəyənmirlər. Hansı ki, Ramiz Mehdiyev 40 ildən çox dövlətə və dövlətçiliyə xidmət edib. Şəxsən Heydər Əliyevi dəstəkləyib. Ondan bərk qorxurdular. O obyektiv adam  idi. Vaxtı ilə ona yazdığım bir müraciətə dərhal sabahı cavab verilib, qəti tədbir görmüşdülər. Amma indi onun yerində işləyən Samir Nuriyevə və sizin köməkçiniz Ədalət Vəliyevə 4 ay bundan qabaq müraciət etmişəm, bu günə kimi həmin müraciətlərdən xəbər yoxdur.Bu da bizim gənc və cavan kadırlarımız. Belə kadırlardan gələcəkdə nə gözləmək olar? Bunların işi gücü,məqsədi məramı sizin adınıza sadə xalq tərəfindən xələl gətirməkdir. Sonda mən bir şeyi başa düşüb,dərk edirəm hər halda siz yuxarıda qeyd etdiyim kimi Heydər Əliyevin oğlusunuz, sizə də İlham Əliyev deyərlər. İnanıram ki, mən və Valeh müəllimin qanunsuz işdən  çıxmağımızı xüsusi nəzarətə götürüb, bu barədə öz ciddi göstərişinizi verəcəksiniz. Mən və Valeh müəllim göydə Allah, yerdə sizə və Mehriban xanıma güvənirik. İnanırıq ki, əsil təqsirkarlar öz cavablarını tezliklə alacaqlar.

  Hörmətlə :                                    Həsənov İlham Musa oğlu .

                                                       Əməkdar müəllim

  Əlaqə telefonu :                              050-333-40-27

Bölmənin digər xəbərləri

29 Mart 2023 İnterneti, xəstəxanası olmayan kəndin sakinləri etiraza qalxdılar - VİDEO
16 Mart 2023 Qubada kənd sakinləri AYAĞA QALXDI: ”BU İŞİ DAYANDIRIN CƏNAB NAZİR” – REPORTAJ
16 Mart 2023 Quba meşələrində DƏHŞƏTLİ GÖRÜNTÜLƏR:”Nəfəsimizi belə kəsirlər”
15 Mart 2023 “XXI əsrdə Bakının mərkəzində hamamı olmayan uçuq-sökük evdə yaşayırıq” - ŞİKAYƏT
13 Mart 2023 İcra başçısı tibb işçilərinə küçədəki tullantıları təmizlətdirdi - FOTO
09 Mart 2023 Quruyan təkcə Kür deyil....
07 Mart 2023 Abşeronda 37 yaşayış binası “sahibsiz” qalıb - VİDEO
20 Fevral 2023 Bakıda bina su quyusunun üstündə tikilib? - Su basmış həyətin sakinləri şikayətçidir - FOTO/VİDEO
03 Fevral 2023 Apteklərdə bəzi dərmanlar niyə tapılmır? - VİDEO
02 Fevral 2023 Qubadakı küçənin acınacaqlı vəziyyəti ilə bağlı AÇIQLAMA - FOTO/VİDEO
31 Yanvar 2023 Hövsanda yollar bərbad vəziyyətdədir - VİDEO
30 Yanvar 2023 Xəzər dənizinin suyunun azalması ilə bağlı ŞOK AÇIQLAMA - RƏSMİ +VİDEO
24 Yanvar 2023 Günlərdir qalaqlanan məişət tullantıları - VİDEO
20 Yanvar 2023 Qanlı 20 Yanvar faciəsindən 33 il ötür
16 Yanvar 2023 Xırdalanda əhalinin üzləşdiyi acınacaqlı MƏNZƏRƏ - VİDEO
10 Yanvar 2023 Xətai rayonunda 35 ailənin həyatı təhlükədədir -
09 Yanvar 2023 " Bakı qışa tam hazırdır"
09 Yanvar 2023 Bakı istiqamətində uzunluğu 1 km-ə çatan tıxac yarandı - VİDEO
06 Yanvar 2023 Hökməlidə hökm sürən antisanitariya - VİDEO
06 Yanvar 2023 İtlərin hücumuna məruz qalan 41 yaşlı qadın öldü - Video

Xəbər lenti