|
Şirvanın “Köhnə şəhər” adlanan yaşayış massivində sakinlər uzun illərdir ki, kanalizasiya xətləri ilə bağlı problem yaşayırlar. Ölkənin sənaye şəhərlərindən biri olan Şirvanın bir sıra küçələrində vəziyyət o qədər də ürəkaçan deyil.
“Köhnə şəhər” ərazisində ümumiyyətlə kanalizasiya xətləri yoxdur, digər yerlərdə isə kanalizasiya suları açıq kanallar vasitəsilə Kür çayına axıdılır.
Vətəndaşlar 10 ildir ki, bu açıq kanalların üfunətinə dözür. Qışda pis qoxu və xoş olmayan mənzərə, yayda isə xəstəlik mənbəyi olan ağcaqanadlar əsl problemə çevrilir.
Kanalizasiya tullantıları sakinlər tərəfindən hər ay müvafiq xərc müqabilində xüsusi maşın vasitəsilə daşınır. Bu həm natəmizliyə, həm də ətrafda dəhşətli qoxunun yaranmasına səbəb olur.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik: