Bomjların məkanına çevrilən kinoteatr binası - FOTOREPORTAJ


Bura Abşeron rayonu, Xırdalan şəhərində səfillərin məkanına çevrilən və xarabalığı xatırladan keçmiş kinoteatr binasıdır. 



Məkanda 1989-cu il Mədəniyyət Nazirliyinin tərkibində “Azərkinovideo” İB yaradılıb. Azərbaycan SSR Nazirlər Sovetinin 20 may 1989-cu il tarixli əmrinə və Azərbaycan Mədəniyyət Nazirliyinin 31 may 1989-cu il tarixli qərarına əsasən “Azərbaycanfilm” Kinostudiyası “Azərkinovideo” İB-nin tərkibinə daxil edilib.

1991-ci ildə isə “Azərkinovideo” İB Mədəniyyət Nazirliyinin tərkibindən çıxarılıb və müstəqil fəaliyyət göstərib. 

2001-ci ilin aprelində ilə “Azərkinovideo” İB ləğv olunub, əvəzinə Mədəniyyət Nazirliyində Kino İşləri Baş İdarəsi təşkil olunub.

“Global Photo Stock”un əməkdaşı xarabalığı xatırladan və bomjların məkanına çevrilən kinoteatr binasından görüntüləri lentə alıb.


Xəbər lenti