“Ətin sümüyünü bişirirlər, özünü aparırlar” - Bakıdakı uşaq evində nələr baş verir? + VİDEO









Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evindən şikayət var.

 

Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Orada qalan uşaqlardan biri iddia edib ki, müəssisədə uşaqlara quru çörək verirlər:

“Uşaq evinə gələn ərzağı aparırlar. Ətin sümüyünü bişirirlər, özünü aparırlar. Meyvələri, südü aparırlar”.

O qeyd edib ki, direktor onun ömürlük psixi sağlamlıq mərkəzinə yerləşdirilməsi üçün polis bölməsinə müraciət edib və telefonunu əlindən alıb. 

Xəbər lenti