|
Qəsəbənin bu vəziyyətə düşməsinə səbəbkar olanlar sözüm sizədir, inanın ki, hər birinizin qapısı döyüləcək.
İcra başçısını və digər rəhbər şəxsləri görəndə qəsəbənin problemlərini bilə-bilə dilə gətirməyib adını "ağsaqqal" qoyanlar, heç utanıb yerə girirsinizmi? Vicdan əzabı çəkirsinizmi?
Qəsəbənin bu vəziyyətə qalmasında kiçikdən-böyükə qədər, hər birimizin günahı var. Nə qədər ki,problemləri görə-görə, bilə-bilə dilə gətirməkdən qorxacağıq sonda belə problemlər ilə üz-üzə qalacağıq.
Təsəvvür edin ki, Ələt kimi böyük nüfuza sahib olan bir qəsəbənin kanalizasiya sistemi yox, yollar bərbad haldadır. İnsanların öz asudə vaxtlarını keçirmələri üçün nə bir park nə bir mədəniyyət mərkəzi vardır. Hərəkət etmək və gəzib istirahət etmək üçün cəmi bir yollarımız qalıb, o da gördüyünüz kimi yağış yağan zaman bu hala düşür. Biz əsl Ələt qəsəbəsini göstəririk. Ağız dolusu danışıb, gecə-gündüz kimlərəsə yaltaqlanmaq üçün heç bir tərifə uyğun gəlməyən qəsəbəni tərif etmək, həmin "insan"ların özünün böyük faciəsidir. Ağız dolusu tərifdən danışanlar, bu görüntülərə baxıb nə hisslər keçirdiniz? Vicdan əzabı oyandımı? Çətin ki, oyana...
Sizində küçələrdə belə bərbad hal varsa səhifənin mesaj bölməsinə göndərin, işıqlandıraq. Bəlkə səbəbkarlar gördü, vicdan əzabı çəkdi...
GündəmXəbər.Az