|
![]() |
![]() |
![]() |
![]() ![]() |
Bakıda xəstəxana xəstəlik yuvasına bənzəyir.
Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.
Belə ki, həkim-radioloq Aydın Əliyev 5 N-li Şəhər Xəstəxanasından paylaşdığı fotolarda xəstəxananın bərbad vəziyyətdə olduğunu qeyd edərək, İcbari Tibbi Sığorta və Səhiyyə Nazirliyinin bu xəstəxanaya yardım etməyə imkanı çatmadığını da vurğulayıb.
Məsələ ilə bağlı 5 saylı Şəhər Kliniki Xəstəxanasından Oxu.Az-a verilən açıqlamaya görə, məlumatda bəhs olunan həmin sanitar qovşaq işlək vəziyyətdə deyil:
“Ümumiyyətlə, xəstəxananın təmirə ehtiyacı var və ilin sonuna qədər təmiri nəzərdə tutulub”.
Paylaşılan fotolardan da vəziyyəti aydın görmək olur: