BUNDAN SONRA KİMİ İNANDIRMAQ OLAR?! (Rüsvayçılığın rəsmiləşdirilməsi mərasimi)








AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin başçılığı altında əmələ gələn, elmi möhtəvadan məhrum, rüsvayçı plagiat kitabın təqdimat mərasiminə "Məqsədyönlü siyasətin məntiqi davamı" adını veriblər (?!). Bu da elmi tərəqqi!
Dövlətə, xalqa ziyan vurmağı "məqsədyönlü siyasətin məntiqi davamı" kimi dərk edib tətbiq edən alim-akademik ordusu olan ölkənin vəziyyəti pis olmayıb yaxşı olmalıdırmı?!
Azərbaycan dilçiliyinin üz qarasının təqdimat mərasiminə belə başlıq seçilməsinə adam söz tapmır deməyə.
Qızıl suyuna çəkilmiş belə gözqamaşdırıcı təqdimat mərasimləri ilə nəyinsə elmiliyinə-filana artıq heç kimi inandırmaq olmaz.
PS. Akademik mühit üçün belə təqdimatlarla gözə kül üfürüb elmi inkişaf etdirmək adı altında dövlətdən titul, vəzifə, pul qoparıb, xımır-xımır yeyib qəşş etməyin, sən demə, başqa bir zövqü var imiş. Burundan gəlməsi olmaya!

İdris Abbasov
filologiya elmləri doktoru, professor

Xəbər lenti