“Azəriqaz” “İlin qaz təminatçısı” mükafatına layiq görüldü



“Azəriqaz” İstehsalat Birliyi “İlin qaz təminatçısı” mükafatına layiq görülüb.

 

“Azəriqaz”dan "Qafqazinfo"ya bildirilib ki, mükafat Birliyin baş direktoru Ruslan Əliyevə təqdim olunub. “Caspian Business Award 2020” beynəlxalq mükafatının təqdimetmə mərasimində diplomatik missiyaların nümayəndələri, dövlət qurumlarının, nazirliklərin, Caspian Energy Clubun üzv şirkətlərinin rəhbərləri iştirak ediblər. Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş döyüşçülərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 Daha sonra Caspian Energy Clubun sədri və baş icraçı direktoru Telman Əliyev bildirib ki, ilin yekunlarına görə mükafat COVİD-19 pandemiyası dövründə Azərbaycan və Xəzər-Qara dəniz regionu ölkələrinin iqtisadiyyatının inkişafına xüsusi töhfə vermiş şirkətlərə təqdim olunub. Nominantlar 1500-dən çox şirkətin yüksək və orta səviyyəli menecerləri arasında keçirilən sorğu əsasında müəyyənləşib.

Xəbər lenti