“Qobu Park-1”də qalaq-qalaq yığılan tullantılar niyə təmizlənmir? - FOTO/VİDEO



Qaradağ rayonunun sakinləri məişət tullantılarının toplanmamasından şikayətçidirlər. 

 

Bu barədə Oxu.Az-ın redaksiyasına daxil olan şikayətdə qeyd edilib. 

Söhbət rayonun “Qobu Park-1” yaşayış kompleksindən gedir. Vətəndaşların sözlərinə görə, 20 min insanın yaşadığı ərazidə məişət tullantıları vaxtında yığışdırılmadığı üçün antisanitar vəziyyət yaranıb. İddia edilir ki, uzun müddətdir ki, zibillər toplanmır. 

Məsələ ilə bağlı Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə sorğu ünvanladıq. Birlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin ərazidə olan tullantıların toplanması birliyin nəzarətində deyil:

“Məişət tullantıları “Qobu Park”ın müqavilə əsasında çalışdığı şirkətlərdən biri tərəfindən daşınmalıdır. Bu müqavilə əsasında həmin tullantıların daşınması həyata keçirilməlidir. Bununla əlaqədar olaraq sözügedən ərazi Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin xidməti ərazisi deyil”.

Xəbər lenti