Nəriman Əliyevin ağac kəsdirməsi ilə bağlı araşdırma başladı



Bakıda Nərimanov rayonunda qanunsuz ağac kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan materiallar əsasında Baş prokurorluqda araşdırma başlanılıb.

 

Yenikirpi.az bildirir ki, Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının iştirakı ilə qeyd edilən əraziyə baxış keçirilib, zəruri şəxslərin izahatları alınıb və xüsusi texnika vasitəsilə torpaq qatı qazılaraq müvafiq nümunələr götürülməklə hazırda da qazıntı işləri davam etdirilir.

Müəyyən edilib ki, qeyd edilən torpaq sahəsində mövcud olmuş sərv və şam cinsli ağaclar qanunsuz olaraq kəsilərək götürülüb.

Qeyd edək ki, "Qafqazinfo" sözügedən ərazidə sabiq deputat, "Ştutqart" şirkətinin sahibi Nəriman Əliyevin ağacları kəsdirməsini üzə çıxarmışdı. Ərazidə 37 ağacın kəsilməsi və işdən çıxan əməkdaşların maaşları verməməsi ilə bağlı "Ştutqart" MMC-nin keçmiş əməkdaşının müraciəti yayımlanmışdı.

Ətraflı oxuyun: “Ştutqart”ın sahibi olan eks-deputata qarşı ağır ittihamlar - Fotolar

Xəbər lenti