|
Ötən gün Bakıda müşahidə olunan güclü külək Zığ qəsəbəsində yerləşən “Dədə Qorqud” qəbiristanlığında iki şəhid məzarına zərər vurub.
Sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsinə görə rüsumların dərəcələri artırılır.
"Azəriqaz" İstehsalat Birliyindən problemə aydınlıq gətirildi
Qarşıdan gələn sərt qış yayda unudulan qaz problemini yenidən yada saldı.
Sirr deyil ki, bu gün daha çox yeni yaşayış massivlərində özlərinə yuva quranlar qaz sarıdan əziyyət çəkirlər. Bu dəfə Binə qəsəbəsi Südçülük sovxozu adlanan ərazinin oxşar problemindən danışacağıq. Mavi yanacağın olmaması səbəbindən sakinlər məişətdə daha çox odundan istifadə edir. Hər evdə yandırılan odun isə sakinlərə əlavə xərc və ya qırılan ağac deməkdir. Məhəllədə odun tapan odun, qazı balonlarla əldə edən isə balon qazı yandırır. Məsələnin ən maraqlı və sual doğruan tərəfi də odur ki, qonşu məhəllələrdə mavi yanacaq olsa da, massivin bu məhəlləsinə qaz xətti hələ də çəkilməyib. Təxminən 80-ə yaxın ailənin yaşadığı məhəllə illərdir təbii qaz üzünə həsrət qalıb. Halbuki, magistral qaz xətti elə həmin məhəllənin bir addımlığında dayanıb.
Burada yaşayanlar mavi yanacağın olmaması ucbatından yemək bişirmək üçün məcbur olub qaz balonundan istifadə edirlər. Bu hal isə hər an onları ölüm riski ilə üz-üzə qoyur. Hamamın suyunu isitmək üçün şam və küknar ağacının qozalarını, odun qırıntılarını yığaraq yandırırıq deyir sakinlər. Onlar odun almaq üçün qəsəbə mərkəzinə yaxud paytaxta getmək məcburiyyətində qalır ki, bu onlara daha da baha başa gəlir. Üstəlik, odunun qiyməti də necə deyərlər, ceyran belinə çıxıb.
Uzun sözün qısası, qış aylarında əhalinin qaz sarıdan yaşadığı problemlər sakinlərin az qala onun qədər vacib digər problemlərini sözün əsl mənasında unutdurur. Yaranmış vəziyyətə "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev aydınlıq gətirdi. Məlum oldu ki. sözügedən ərazidə qaz sarıdan olan vəziyyət heç də ürəkaçan deyilmiş.
Təəssüf ki, bayaqdan qayğılarından söz açdığımız qəsəbənin qaz problemini aradan qaldırmaq olduqca qəliz, hətta mümkünsüz məsələdir. Ona görə də, min bir əziyyətlə yuva quran vətəndaşlar sadəcə boş torpaq sahəsi olsun deyə yox, yaşadıqarı ərazinin infrastruktur baxımından da bir çox detallarını nəzərdən keçirməlidir. Elə zamanında.
Milli.Az
Bakı-Qazax yolundan 4 km məsafədə yerləşən Kürdəmirin Muğanlı kəndinə sonuncu dəfə asfalt örtüyü sovet dövründə salınıb.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.
Bununla əlaqədar olaraq bu il sentyabrın 27-də bir sıra tədbirlər keçiriləcək.
Təşkilat Komitəsindən verilən məlumata görə, Anım Günündə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunacaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunacaq.
Saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
Axşam saatlarında xüsusi işıqlandırma ilə bir sıra binalarda, o cümlədən Heydər Əliyev Mərkəzinin binasının və “Alov qüllələri”nin üzərində Azərbaycan bayrağı əks olunacaq. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən anım tədbirləri keçiriləcək.
Anım Günü ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti strukturları ölkə miqyasında bir sıra tədbirlər təşkil edəcək, eləcə də ölkəmizin xaricində anım mərasimləri keçiriləcək.
Abşeron rayonun Masazır kəndi ərazisində qanunsuz olaraq məişət tullantıları polioqnu yaradılıb. Tonlarla yığılan zibillərin hər gün yandırılması yaxınlıqda yaşayan sakinləri narahat edir. Aidiyyatı qurum isə məsələ ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verildiryini deyir
Yenikirpi.az xezerxeber.az-a istinadən xəbər verir ki, qalaq-qalaq yığılan məişət tullantıları, ətrafı bürüyən tüstü. Hətta bu üfunət evlərə qədər gəlib çatır. Görüntülər Abşeron rayonu Masazır kəndindəndir.
Masazır kəndinin Yoncalıq adlanan ərazisində yaşayan sakinlər bildirir ki, ərazi zibil poliqonuna çevrilib. Hər gün çoxsaylı avtomobillər bura məişət tullantıları boşaldır. Ardınca həmin tullantılar yandırılır. Qatı tüstü və üfunət onların yaşadığı evə qədər gəlir. Bu isə sakinləri narahat edir.
Qeyd edək ki, ərazidə qanunsuz olaraq yaradılan məişət tullantıları poliqonu artıq 2 ildir fəaliyyət göstərir. Məsələ ilə bağlı Masazır kənd bələdiyyəsi ilə əlaqə saxladıq. Sözü gedən qurumdan bildirildi ki, problemdən xəbərləri var. Göl olan əraziyə bələdiyyə tərəfindən deyil, hansısa MMC və şirkətlər tərəfindən qanunsuz olaraq məişət tullantıları daşınır. Bununla bağlı hüquq mühafisə orqanlarına məlumatda verilib.
Bildirildi ki, vətəndaşların haqlı narazılığı qısa vaxt ərzində aradan qaldılacaq.
“Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradovun qanunsuz əməlləri ilə əlaqədar daxil olan materiallar əsasında aparılan araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işinin istintaqı yekunlaşıb.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, aparılan istintaq-əməliyyat tədbirləri ilə Vidadi Muradovun qeyd olunan vəzifədə işləyərkən təsisçisi olmaqla faktiki rəhbərliyi həyata keçirdiyi “Azər-İlmə” MMC-nin Bakı şəhəri ərazisində yerləşən inzibati binasının “Azərxalça” ASC-yə mövcud bazar qiymətlərindən yüksək qiymətə icarəyə verilməsi, “Azərxalça” ASC-yə məxsus pul vəsaitinin xalça istehsalı üçün nəzərdə tutulan ipin alınması üçün formal müqavilənin bağlanması yolu ilə ayrı-ayrı hüquqi şəxslərə məxsus bank hesablarına köçürülərək sonradan nağdlaşdırılması, ölkə ərazisində tikintisi həyata keçirilən 23 müəssisə üzrə smeta sənədlərində iş həcmlərinin və qiymətlərin əsassız olaraq şişirdilməsi, işlərin daha ucuz və keyfiyyətsiz işlərlə əvəz edilməsi və ya yerinə yetirilməməsi və digər qanunsuz üsullarla ona etibar edilən, ümumilikdə, 21 milyon 673 min manat məbləğində pul vəsaitini mənimsəmə və israf etmə yolu ilə talaması, habelə xüsusilə külli miqdar təşkil edən cəmi 640 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən qəsdən yayınması, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi və vəzifə saxtakarlığına yol verməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanan kifayət qədər sübutlar əsasında Vidadi Muradova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 213.3 (vergiləri ödəməkdən yayınma - xüsusilə külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə - ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İstintaq zamanı dövlətə dəymiş ziyanın ödənilməsi məqsədilə təqsirləndirilən şəxs Vidadi Muradov və onun ailə üzvlərinin adlarına olan ümumi dəyəri 30 milyon 587 min manat təşkil edən yaşayış və qeyri-yaşayış sahələri, habelə “Azər-İlmə” MMC-nin səhm paylarının və aktivlərinin üzərinə məhkəmə qərarı ilə həbs qoyulması təmin edilib.
Vidadi Muradovla birgə cinayət əməllərinin törədilməsində iştirak edən digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaq davam etdirilir.