Mənzil-Kommunal Təsərrüfatı Departamenti haqsız tənqidə niyə məruz qalıb?


 

        Əslində tənqidə qalsa, biz elə özümüz də bu mətbuat dünyasına göz açdığımız ilk gündən tənqidin başında durmuşuq. Hamı da yaxşı bilir ki, Kirpinin tikanları çox qalın gönləri belə dəlib keçməyi yaxşı bacarır. Amma biz hər zaman haqlı tənqidin tərəfdarı olmuşuq, daha böhtanın, yalanın yox. Bir kəsin də böhtana məruz qaldığını görəndə səssiz dura bilmirik. Həm burada şəxsi simpatiya heç bir rol oynamır. Bizi qıcıqlandıran budur ki, niyə bəziləri cəmiyyətdə kifayət qədər nöqsanlı halların yanından düz keçib, əvəzində öz işini məsuliyyətlə görən, vəzifələrinin öhdəsindən lazımınca gələn qurum və müəssisələrə, onların rəhbərlərinə ürcah olurlar?

Ardını oxu...

65 yaşlı direktor rektor Ədalət Muradovdan niyə incik düşüb?






 

Son illər dövlət büdcəsindən maliyyəşən təşkilatlarda 65 yaşı catmış şəxslərin bəh bəhlə təqaüdə göndərilməsi yerlərdə alqışla qarşılanır.Bu tendensiyanın uğurla davam etməsi,gənc nəslin vəzifə pilləsində irəliləməsi ücün imkanların yaradılması dövlətin maraq dairəsindədir.

Ardını oxu...

COVID pasportu iyuldan tətbiq olunacaq




“Yoluxma risklərinin azaldılması məqsədilə açılacaq idman-sağlamlıq mərkəzlərinin işçilərinin vaksinasiya və ya immunitet pasportu tələbi nəzərdə tutulur. Bu tələb iyul ayının 1-dən etibarən tətbiq olunacaq”. 

Ardını oxu...

“Girov götürülmüş” ağacları xilas edən tapılacaqmı?

 

Bir neçə gün əvvəl peşə bayramlarını qeyd edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir qrup əməkdaşı Prezident İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif edildi. Bir tərəfdən, peşə bayramının, digər tərəfdən isə sözügedən mükafatlandırmanın sevincini yaşayan nazirlik əməkdaşları yəqin ki, Bakının Nizami rayonunda böyük bir yaşıllıq sahəsinin məhvolma təhlükəsi ilə üz-üzə qalmasından xəbərsizdirlər. Əks təqdirdə, bu rəzalətə laqeyd qalmazdılar. Məsələ burasındadır ki, Şərifli-25 ünvanında, Nəsimi küçəsi ilə kəsişən yerdə böyük bir ağaclıq sahəsi xeyli vaxtdır ki, dəmir hasara alınıb. Bunun da nəticəsində həmin ağacların sulanması məsələsi mümkünsüz olub. Belə davam edərsə, bir müddət sonra ərazidəki ağacların tamamilə quruyub məhv olması qaçılmaz olacaq. Görünür ki, ağacları dəmir hasarda mühasirəyə alanların da məqsədi elə budur.

Ardını oxu...

“Baydenin bəyanatı Zəngəzur dəhlizinə qarşı yönəlmiş addımdır”

“Baydenin bəyanatı Zəngəzur dəhlizinə qarşı yönəlmiş addımdır”
 

 

“ABŞ prezidenti Cozef Baydenin “erməni soyqırımı”nı məhz indi tanıması sırf geosiyasi addımdır və xüsusilə 44 günlük Vətən müharibəsindən sonra regionda mövqeləri xeyli zəifləmiş Vaşinqtonun ehtiyaclarından irəli gəlir. Bu bəyanat lokal miqyasda Ermənistandakı parlament seçkilərinə təsirsiz ötüşməyəcək. Regional anlamda isə təbii ki, Zəngəzur dəhlizinə qarşı yönəlmiş addımdır”.

Ardını oxu...

Mirələmov bu vəzifəsindən azad edildi

Biz də bu hadisə barədə görüntüləri əksəriyyət kimi sosial şəbəkələrdə gördük və izlədik.

Yenikirpi.az xəbər verir ki, bunu Report-a açıqlamasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov deyib.

Sözçü bildirib ki, Hüseynbala Mirələmov ADNSU-nun Qaz Neft Mühəndisliyi fakültəsinin kafedra müdiri vəzifəsindən azad edilib:

"O öz ərizəsi ilə işdən azad olunub".

Xəbər lenti