Qusar xəstəxanasının direktoru rüşvət alarkən SAXLANILIB

Qusar xəstəxanasının direktoru rüşvət alarkən
“Qusar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktorunun qanunsuz əməlləri barəsində daxil olan məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Müəyyən edilib ki, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-in direktoru Zeynalov Mübariz Ağakərim oğlu həmin tibb müəssisəsinin həkim-stomatoloqunun xidməti istifadəsinə veriləcək stomatoloji qurğunun adının xəstəxana tərəfindən büdcə vəsaiti hesabına alınacaq avadanlıqların siyahısına salınmaqla ona təqdim edilməsi müqabilində sonuncudan rüşvət qismində istədiyi 2 000 manat pul vəsaitinin 1 000 manatını alıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri ilə Mübariz Zeynalov tələb etdiyi rüşvətin qalan 1 000 manat məbləğini 19.10.2021-ci il tarixdə xəstəxanadakı xidməti otağında rüşvət qismində alarkən cinayət başında yaxalanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanaraq, Mübariz Zeynalov şübhəli şəxs qismində tutulub

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Qeyd edək ki, bu ilin yanvar ayında Mübariz Zeynalovun barəsində Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb.

Dəfələrlə çəkib göstərmişik, yenə də göstəririk





Qəsəbənin bu vəziyyətə düşməsinə səbəbkar olanlar sözüm sizədir, inanın ki, hər birinizin qapısı döyüləcək.


İcra başçısını və digər rəhbər şəxsləri görəndə qəsəbənin problemlərini bilə-bilə  dilə gətirməyib adını "ağsaqqal" qoyanlar, heç utanıb yerə girirsinizmi? Vicdan əzabı çəkirsinizmi?

Qəsəbənin bu vəziyyətə qalmasında kiçikdən-böyükə qədər, hər birimizin günahı var. Nə qədər ki,problemləri görə-görə, bilə-bilə dilə gətirməkdən qorxacağıq sonda belə problemlər ilə üz-üzə qalacağıq.

Təsəvvür edin ki, Ələt kimi böyük nüfuza sahib olan bir qəsəbənin kanalizasiya sistemi yox, yollar bərbad haldadır. İnsanların öz asudə vaxtlarını keçirmələri üçün nə bir park nə bir mədəniyyət mərkəzi vardır. Hərəkət etmək və gəzib istirahət etmək üçün cəmi bir yollarımız qalıb, o da gördüyünüz kimi yağış yağan zaman bu hala düşür. Biz əsl Ələt qəsəbəsini göstəririk. Ağız dolusu danışıb, gecə-gündüz kimlərəsə yaltaqlanmaq üçün heç bir tərifə uyğun gəlməyən qəsəbəni tərif etmək, həmin "insan"ların özünün böyük faciəsidir. Ağız dolusu tərifdən danışanlar, bu görüntülərə baxıb nə hisslər keçirdiniz? Vicdan əzabı oyandımı? Çətin ki, oyana...

Sizində küçələrdə belə bərbad hal varsa səhifənin mesaj bölməsinə göndərin, işıqlandıraq. Bəlkə səbəbkarlar gördü, vicdan əzabı çəkdi...

GündəmXəbər.Az 

 
 
 

“Atlant”ın rəhbəri həbs edildi

Xaçmaz rayonu Nabran qəsəbəsində yerləşən "Atlant" İstirahət və Əyləncə mərkəzində epidemiya əleyhinə karantin rejiminin kobud şəkildə pozulması halları aşkar olunub. 

Ardını oxu...

Bir rəisin inanılmaz sərvəti…

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun məhkəməsində onun Xidmətə 5 milyondan çox zərər vurduğu üzə çıxıb.

Dəhşətli rəqəmdir. Bu rəqəmin yalnız bir şəxsin mədəni irsə vurduğu ziyan olduğunu düşünmək isə ondan da dəhşətlidir.

Ən dəhşətlisi isə qarşıdakı informasiyadır: Z.Sultanov zərərin 4 milyon manatını nağd şəkildə ödəyib, digərlərini isə 600 min dollarlıq (1 milyon manatdan çox), 130, 20 və 10 min manatlıq əmlakları ilə kompensasiya edib.

2014-cü ildə bu vəzifəyə təyin edilib, 2020-ci il 9 mayında azad edilib. Tam 6 ilə 6 milyona yaxın zərər – ilə bir milyon!

Ancaq bu, bilinən, üzə çıxandır, korrupsiya faktıdır. Bəs, aldığı rüşvətlər, üzə çıxarılası mümkün olmayanlar?

DTX-nin onun iş yerində və evində keçirdiyi əməliyyatlar zamanı maddi sübut kimi külli miqdarda vəsait götürülmüşdü, o vəsitlərin hansı yerlərdən “otkat” olmasını əks etdirən sübutlar vardı.

Bunlar maddi sübutlardır, məhkəməyə qədər onlardan istifadə mümkün deyil və prosesin predmetidir. Belə çıxır ki, Z.Sultanovun nağd şəkildə ödədiyi 4 milyon manatın son korrupsiya əməliyyatlarına aidiyyəti yoxdur.

Ona görə “daha dəhşətli”dir deyirik: evində, bağında, işində olan vəsaitlər müsadirə edilib, maddi sübut kimi götürüləndən sonra 4 milyon manatı da nağd şəkildə ödəməyi bacarırsa, bu mədəni irsin qorunması ilə məşğul olan şəxs nələr edib, haraları çapıb-talayıb ki, bu qədər sərvəti var? Hardaymış o 4 milyon manat ki, DTX-nin müsadirəsindən kənarda qalıb?

Başgicəlləndirici məbləğlərin bir “mədəniyyət” məmurundan çıxması adamı sadəcə şoka salır və məsələ də burasındadır ki, bu məbləğlərin “son” olduğunu düşünmək üçün heç bir “son” yoxdur – ardı gəldikcə gəlir, qazdıqca çıxır və bəlkə də dünyanın hansısa banklarına qədər uzanır.

Bu adam nələr oğurlayıb? İndiyə qədər konfort həyatına oğurladıqlarından nələr xərcləyib? Nə qədər dövlət pulunu göyə sovurub?

Belələri üçün hədd-hüdud yoxdur, bunların tamahının sərhədi mövcud deyil; belələri üçün ölçü vahidi də yoxdur, dövlətin milyonlarını heç bir zəhmət çəkmədən, sadəcə, oğurluqla ələ keçirdiklərindən, pulun həcmi haqda real təsəvvürləri olmur. Çünki zəhmətlə, normal bizneslə qazanmırlar və ona görə də milyonlar haqda qəpik-quruş kimi düşünürlər. Belələrinin bir əyləncəsinə milyonlar xərcləməsi də bu səbəbdəndir.

DTX-nin həbs etdiyi və evindən külçə qızıllardan tutmuş preslənmiş valyutalara qədər, böyük sərvət çıxan icra başçıları da araşdırılmalıdır: bu dövlətdən daha nələr oğurlayıb, haralara yerləşdirib-gizlədiblər?

Araz Musayevin qanunsuz tikintisi dayandırıldı - Rəsmi




Xəbər verdiyimiz kimi, Xırdalan şəhərinin Şıxəli Qurbanov küçəsində qanunsuz olaraq çoxmənzilli apartman binasının tikintisinin aparılması ciddi narazılığa səbəb olmuşdu. 30-dan çox sakin şikayətçi olduğunu dilə gətirmişdi.

Ardını oxu...

Xəbər lenti