Sanki meşə yox, zibil poliqonudur - VİDEO




Bu  görüntülər əslində meşəlik ərazidə  lentə alınıb. Amma ilk baxışdan hər birinizə zibil poliqonunu xatırladacaq. Hətta, deyərdim ki, vəziyyət bir az da belə davam edərsə burada ağacların sıxılığından deyil zibilin çoxluğundan hərəkət etmək mümkün olmayacaq. Belə bir  mənzərə tovuzun qoşa kəndindəki meşəlikdə yaradılıb. 

Ardını oxu...

Qış parkının “iflic” pilləkənləri: Onlar bizi hara aparır? - VİDEO




Şəhərin mərkəzində yəqin ki, işləməyən eskalatorları çox yerdə görmüsünüz. Bu problem modern Bakımızın üz qarasıdır desək, yanılmarıq. Axı niyə günü-gündən texnologiyanın inkişaf etdiyi dövrdə belə bəsit problemləri aradan qaldırmırlar? İnsanlar nə qədər şikayət etsin ki, bu problem bir dəfəlik yoxa çıxsın?

Ardını oxu...

Azərbaycanda təbiətə 200 min manatlıq ziyan vuruldu



Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılmış araşdırma nəticəsində Ağdaş, Bərdə, İmişli, İsmayıllı, Oğuz və Qax rayonlarının ərazilərində qanunsuz ağac kəsmə faktına görə 10 cinayət işi başlanılıb.

Ardını oxu...

Ərazi hasarlanıb, yol bağlanıb - 10 ildən çoxdur tikinti aparılmır - VİDEO


Yenikirpi.az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Metronun Həzi Aslanov stansiyasının ətrafı, Xudu Məmmədov və Məhəmməd Hadi küçələrinin kəsişməsindən gedir. Nəhəng qaldırıcı kranlar buranın daimi sakininə çevrilblər. Sözügedən vəziyyətdən ən çox əziyyət çəkənlər isə başqa sakinlərdir - burada yaşayan insanlar. Onlar illərdir ki, daraldılmış səkilərlə, hasarların dibi ilə hərəkət etmək məcburiyyətində qalırlar. 

Ardını oxu...

Xırdalanda külək məktəbin damını uçurdu - Video





Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin damı uçub.

Hadisə güclü külək nəticəsində baş verib. Valideynlər belə havada övladlarını məktəbə göndərməkdən qorxduqlarını qeyd ediblər. 

***

Məsələ ilə bağlı Abşeron Rayon Təhsil Şöbəsi tərəfindən “Qafqazinfo”nun sorğusu cavablandırılıb: “Əsən güclü külək nəticəsində Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub. Hadisə nəticəsində xəsarət alan olmayıb. 

Vəziyyətlə bağlı məktəbdə dərhal ilkin təhlükəsizlik tədbirləri həyata keçirilib, aidiyyəti qurumlara məlumat təqdim olunub. Ən qısa zamanda dam örtüyünün bərpa işlərinə başlanacaq”.

Lamiyə Məmmədova

 


 

Yanan “Diqlas”ın yeri niyə hələ də boşdur?



2019-cu il martın 26-da dəhşətli yanğın nəticəsində yararsız hala düşən “Diqlas” ticarət mərkəzi həmin ilin avqustunda sökülmüşdü. Lakin ticarət mərkəzinin söküntüsü başa çatsa, hələ də yerində heç bir obyekt tikilməyib.

Ardını oxu...

"Araz"da ucuz, müəmmalı, ziyanlı kolbasa: - "Bu, ət deyil..."



"Araz" marketlər şəbəkəsi mal ətindən hazırlanan 400 qramlıq kolbasanın qiymətinə 50 faizdən artıq endirim tətbiq edib – məhsula alıcı cəlb etmək üçün 5.99 manatdan 2.89 manata endirib. Maraqlıdır, satışa verilən kolbasanın satış dəyəri digər xərcləri qarşılayırmı? Tərkibi nə dərəcədə təmizdir?

Ardını oxu...

Xəbər lenti