Yasmin" qalmaqalı daha da böyüyür: İndi də, "Xalq Bank" adıyla, Biznes Mərkəzindəki qapıları bayıra açılan obyekt və ofislərin sahiblərinin başlarına oyun açılır







“İlin sahibkar düşməni” adını da alan “Xalq Bank” ASC-ni idarə edənlər, qanunsuz əməlləriylə, "Yasmin" olaylarında yalanla həqiqət arasındakı sərhədi daha da dumanlandırırlar

Qalib MƏMMƏDOV:
"Vətənin igid övladları qudurğan düşmənlərimizi zəbt etdikləri halal torpaqlarımızdan çıxara bildilər, bizsə, paytaxt Bakıdakı halal mülklərimizi zəbt edənlərlə bacarmırıq! Bu da, qaranlıq çox məqamlardan xəbər verən "Yasmin" olaylarında yalanın həqiqəti və reallığı üstələməsinin daha bir sübutudur!"

Ölkə mətbuatının, xəbər saytlarının, sosial şəbəkələrin, eləcə də araz.az xəbər portalının çoxsaylı yazılarında, ətrafında 2015-ci ildən başlayan, getdikcə böyüyərək, hətta ictimai qınağa çevrilən intriqa və qalmaqalların məkanı olaraq cəmiyyətə təqdim olunan "Yasmin" Biznes Mərkəzindən, illərin əzab-əziyyətləri hesabına topladıqları bir ətək halal pullarını verərək, özlərinə olduqca baha qiymətə obyekt və ofislər alan 20 nəfərdən çox iş adamına -- halal mülk sahiblərinə qarşı "Xalq Bank" ASC-nin başında duranların əsl düşmən mövqeyi nümayiş etdirdikləri açıq-aşkar göz qabağındadır. Düşmən mövqeli bu nüfuz sahibləri əvvəlcədən göz dikdikləri “Yasmin”in baxımlı binasını, "ağına-bozuna baxmadan" ələ keçirməkdə israrlıdırlar. Elə, buna görə də, heç bir qanun çərçivəsinə sığmayan istədikləri hərəkətləri etməkdən çəkinmirlər. Konkret desək, onlar, zərərçəkən bu iş adamlarının hər birinin binanın içərisində yerləşən, eləcə də qapıları bayıra açılan müxtəlif ölçülü halal mülklərinə hiylə, fırıldaq, iftira... dolu iyrənc planlı oyunlardan çıxmaqla əl qoya, qanun və vicdan çərçivəsinə sığmayan vasitələrlə, ən əsası isə, qanunsuz təşkil etdirdikləri hərracla, reallıqda 60 milyon manata yaxın dəyər qiymətli "Yasmin"i, vur-tut 22 milyona öz banklarının adına ala biliblər. Bir sözlə, artıq, saxta hərrac vasitəsilə, “Yasmin”inin ələ keçirdikləri binasını tam zəbt etməklə, sahiblərini, çoxdandır ki, Biznes Mərkəzinin içərisində yerləşən mülklərinə yaxın buraxmırlar. Son vaxtlar isə, qapısı bayıra açılan mülk sahiblərinin də başlarına oyun açırlar. Buna dözməyən obyekt və ofis sahibləri birləşsələr də, indiyədək, “krışa”sı yüksəkdə olduğu deyilən bu bankı idarə edənlərin qanunsuz əməllərinin öhdəsindən gəlmələri mümkün olmayıb. Polis, prokurorluq və məhkəmə orqanlarında mülk sahiblərinin şikayətləri əsasında başlanan araşdırma, istintaq-əməliyyat, eləcə də açıq məhkəmə proseslərinin ədalətli təmin edilməməsi ucbatından və əlacsızlıqdan, sonda, “Mars -- M” MMC-nin və “Xalq Bank”ın fırıldağına məruz qalan iddiaçı iş adamları Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutublar.
Hər şey göz qabağında olduğundan, açıq-aydın görmək olur ki, özü də, "Xalq Bank" rəsmiləri istədiklərini çox fərasətsiz şəkildə həyata keçiriblər. Bunun əsas sübutu, bankın bu binanı tikən “Mars -- M” MMC-nin, eləcə də Biznes Mərkəzinin özünün hazırda həbsdə yatan sahibi və direktoru Mərhəmət Bəşirova, 2013-cü ilin oktyabrından 2014-cü ilin mayınadək, bu sahibkarlara qanun çərçivəsində, rəsmi şəkildə satılmış əmlakları ilə bərabər, adi xəbərdarlıq belə olmadan, "Yasmin"in binasının girov qoyulması müqabilində, 14 milyon manat kredit verməsidir. Bu kreditin təyinatı binanın tikintisi və təmiri üzrə olsa da, kredit üzrə ödənişdə dərhal problem yaranıb. Buna baxmayaraq, 2015-ci ilin iyulunda “Xalq Bank”, “Mars -- M”-ə 17 milyon dollar məbləğində yeni daha bir kredit də ayırıb. Bu kreditin verilməsində əsas məqsəd isə, ölkədə baş verən devalvasiyaya görə, əvvəlki kreditin bağlanmasına köməklə, habelə binanın tikintisi və təmirini sürətləndirməklə bağlı olub. Guya, “Xalq Bank” bunu özünü növbəti devalvasiyadan qorumaq üçün edib. Bankın müvafiq filialı kreditin verilməsinə etiraz etsə də, Müşahidə Şurası kreditin verilməsində israrlı olub. Beləcə, hər iki kredit açıq-aşkar qanunsuz ayrılıb. Bütün bunlar isə, bu kreditlərin verilməsində əsas gizli mətləbləri üzə çıxarıb. Həqiqət və reallıq ona işarə vurub ki, bu Biznes Mərkəzinin paytaxt Bakının ən elitar ərazilərindən birində -- Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən, mürəkkəb tikinti quruluşlu 7 mərtəbəli baxımlı binası kredit verənlərin diqqətini, kreditlərin vaxtında qaytarılmasından daha çox cəlb edib. Onlar, elə, buna görə də, bu qatı cinayəti törədiblər. Mülk sahibləri, törədilən bu qatı cinayət barədə, dövlət başçısını da, onun ünvanına göndərdikləri aşağıdakıWhatsApp Image 2022 01 18 at 18.20.20Müraciətlə daha ətraflı məlumatlandırıblar:
"Möhtərəm Prezident!
Bu qatı cinayətin baş verməsinin əsas səbəbi, "Yasmin" Biznes Mərkəzi binasının “Xalq Bank”a girov qoyulmasıdır. Mərhəmət Bəşirov, ümumi sahəsi 22 min kvadratmetrdən çox olan 7 mərtəbəli bu binanın, 16 min kvadratmetrlik 5 mərtəbəsini banka girov qoyaraq, bizdən xəbərsiz iki dəfə külli miqdarda kredit götürüb. Bu hadisə, biz bu binadakı ofis və obyektlərimizə maliyyə arayışları aldıqdan 5 il sonra baş verib. Dəhşət ondadır ki, biznes mərkəzinin özü tam təhvil verilmədən, yəni, binası girov obyektinə çevrilməmişdən əvvəl bank rəhbərliyi bu əməliyyatlara razılıq verib. Bank rəhbərliyi kreditlər vaxtında ödənilmədiyi üçün, qanunlarımızın tələb etdiyi məcburiyyətdən məhkəməyə müraciət də edib. Elə, girov predmeti olan və çoxdan göz saldığı bu gözəgəlimli binanı ələ keçirmək istəyini reallaşdırmaq üçün, üzərinə müxtəlif xoşagəlməz üsullardan istifadə etməklə, məhkəmə Qərarıyla həbs qoydurmağa nail olub.
Bəli, “Xalq Bank”ı idarə edənlər "Yasmin"in bu gözəgəlimli binasına çoxdan göz dikibmiş; Həmişə bu tikilini ələ keçirmək arzusunun çin olması üçün, yollar düşünürmüş. Elə, Mərhəmət Bəşirovun cinayət işində zərərçəkmiş kimi tanınması da, onların bu arzularının çin olmasında xüsusi rol oynayıb. Danılmaz bu həqiqəti isə, biz, sonradan bilmişik.
Ümumiyyətlə, bizim bu banka qarşı heç bir iddiamız yoxdur. Sadəcə, bizim də hüquqlarımızın, əlimizdə olan sənədlərin tanınmasını istəyirik. Axı, göz qabağındakı onlarla obyektin işinə mane olmaq yaxşı iş deyil. Daha doğrusu, göz qabağındakı bu boyda işlək obyektləri bu vəziyyətə salmaq ən böyük cinayətdir. Bunu sübut etməyə savad da lazım deyil. Krediti, vətəndaşların pulunu ora-bura səpələməyin başqa izahı yoxdur. O saat başa düşülür ki, ortalıqda pullar bölünərək, mənimsənilib. Əvəzində, vətəndaşların əmlakı girov götürülüb.WhatsApp Image 2022 01 18 at 18.20.49
Möhtərəm Prezident!
Qısa və konkret desək, kriminal təfəkkürlü Mərhəmət Bəşirov özünəməxsus kriminal süjet xətti olan bu "kredit hekayəsi" ilə, bizim hamımızı bəlaya düçar edib. Buna baxmayaraq, uzun zaman onun xətrinə, törətdiyi bu səs-küylü cinayətin şiddətinə görə dəyən tapılmayıb. Dəhşət ondadır ki, onun cinayət əməlləri ilə bağlı gedən məhkəmə proseslərində belə haqq-ədalət qalib olmağı bacarmayıb. Belə olmasaydı, Yasamal Rayon Məhkəməsində gedən səs-küylü prosesdə, bu boyda kreditlər götürüb, qaytara bilməyən, buna görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2. və 308.2. maddələri ilə ittiham edilərək, cinayət məsuliyyətinə cəlb olunan bu vəzifə sahibinə dövlət ittihamçısı -- prokuror 6 il 6 ay cəza tələbi qoymaz, hakim isə, bu qatı cinayətkarı, vur-tut 4 il 6 ay azadlıqdan mərhum etməzdi.
Yeri gəlmişkən, onu da qeyd edək ki, Mərhəmət Bəşirovla “Mars -- M” şirkətində 25 faizlik payçı olan, o vaxtlar milli təhlükəsizlik naziri vəzifəsində oturan Eldar Mahmudovun ən sadiq adamlarından biri kimi tanınan, hazırda “İnterpol” xətti ilə axtarılan “Akula Akif” ləqəbli Akif Mustafayev, şərikinin istədiyi hərəkətlər etməsindən, bankirlərlə gizli sövdələşmələrə getməsindən xəbər tutandan sonra, bərk qəzəblənib. Adı yuxarılara bağlı olan "Xalq Bank"ın başında duran imkan sahiblərinin Mərhəmət Bəşirova güclü dəstək göstərmələrinə baxmayaraq, “Akula Akif” də, “Mars -- M” MMC-yə və onun rəhbərinə qarşı xüsusi ittiham qaydasında məhkəmə iddiası qaldıra bilib. Başlanan bu məhkəmə çəkişməsi, sonda, iddiaçının şərikinə olduqca ağır başa gəlib. “Akula Akif”in özünün və onun MTN-dəki dostlarının təkidiylə, məhkəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və dələduzluq etməkdə təqsirli bildiyi Mərhəmət Bəşirovun 11 il müddətinə azadlıqdan məhrum edilməsi barədə Qərar çıxarıb. Bu yerdə, məlumat üçün onu da bildirək ki, o vaxtadək, Akif Mustafayevin “Mars -- M”də 25 faizlik paya hansı şərtlər daxilində sahib olduğunu belə bilən olmayıb...
...Biz, vaxtilə, hətta "Yasmin" qarşısında açıq etiraz aksiyalarına da qalxdıq, deyilənlər barədə jurnalistlərə açıqlamalar verdik. Bildirdik ki, əzab-əziyyətlə topladığımız külli miqdarda pullarımız müqabilində aldığımız obyektlərimiz artıq əlimizdən çıxmaq təhlükəsi ilə üz-üzədir: Çoxdandır ki, biznesimizi davam etdirməyə də imkan verilmir. "Xalq Bank", "Yasmin"in girişinə qanunsuz olaraq, mühafizə qurumunun mühafizəçi işçilərini də yerləşdirib və onlar tərəfindən öz halal obyektlərimizə daxil olmağımıza belə qanunsuz qadağalar qoyub. Bir sözlə, obyektlərimizin əksəriyyəti Biznes Mərkəzinin içində yerləşdiyindən, fəaliyyətimiz zorla dayandırılıb.
Ölkənin uğuru onun biznesinin inkişafından daha çox asılı olduğu üçün, bu məqsədlə ortaya qoyulan dövlət siyasətinə, cənab Prezident, Sizin siyasi iradənizə hörmət və ehtiram göstərilməli, dövlət qurumları, təşkilatlar inkişafa maneçilik törətməməli, əksinə, buna daha yaxından kömək edib, şərait və imkan yaratmalıdırlar. Lakin Azərbaycan dövlətinin rəhbəri olaraq, Sizin özünüzə məxsus ciddi ittiham xarakterli belə göstərişlərinizdən hələ də çəkinməyərək, "Xalq Bank"ın başında duranlar birbaşa ölkə biznesinin inkişafına əngəl yaradırlar. Əslində isə, bu bankla Mərhəmət Bəşirovun aralarında nə olubsa, özləri bilməli, problemlərini özləri həll etməliydilər. Çünki, bir daha deyirik, sahibkarın əmlakını ağına-bozuna baxmadan zəbt etməyə heç bir Azərbaycan qanunu yol vermir. Bir sözlə, vətəndaşın əmlakı kiminsə etdiyi cinayətə görə, mənimsənilə bilməz.
Biznes Mərkəzi önündə baş tutan aksiyamızın birində, biz zərərçəkənlər, bu olaylar barədə önəmli məqamları jurnalistlərin diqqətinə çatdırarkən, bank rəhbərliyinin binanın qapısını bağlatdırıb, obyekt sahiblərini içəri buraxmamalarına ciddi göstəriş vermələri bir yana, hətta onların mühafizə xidməti əməkdaşlarının əliylə törətdikləri qanunsuz hərəkətlər etməkdən çəkinmədiklərinin daha bir sübutuna çevrildi. Konkret desək, onların göstərişləri ilə, mühafizə xidmətinin əməkdaşları bizimlə qarşıdurma yaratdılar. Üstümüzə hücum edərək, bizi zor-gücünə çölə çıxaran mühafizəçilər, hətta bu davada qadın obyekt sahiblərinə qarşı zor tətbiq etməkdən belə çəkinmədilər. Nəticədə, ciddi bədən xəsarətləri alanlarımız oldu.WhatsApp Image 2022 01 18 at 18.21.18
Cənab Prezident!
Özümüzə qarşı belə sayğısızlığı görub, ölkə rəhbəri olaraq, Sizə, eləcə də hüquq-mühafizə orqanlarına dəfələrlə müraciət etmək məcburiyyətində qaldıq. Lakin bu zaman da, o vaxtadək etirazlarımıza məhəl qoyan tapılmadığı kimi, daha çox əziyyət çəkənlərin şikayətlərinin belə əhəmiyyəti olmadı. Fırlldaq nəticəsində haqqımızın pozulmasının, əmlaklarımızın qanunsuz ələ keçirilməsinin qarşısının alınması, bu ciddi məsələnin vicdan çərçivəsində həllini tapması və şikayətlərimizi təcili nəzarətə götürməyiniz üçün, dövlət rəhbəri olaraq, bir daha Sizə səslənirik. Tam əminik ki, gec-tez bu işdə bizim tərəfimizdə olacaqsınız! Çünki “Mars -- M” firmasının sahibi 2009-cu ildən başlayaraq, yəni, hələ “Yasmin”i inşa edib, binasını hazır etmədən öncə bizə qeyri-yaşayış sahələri satıb. Orta hesabla, aldığımız hər bir obyektin qiyməti 100 -- 600 mın manat arasında olub. 2010-cu ilin sonunda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti binanı qeydiyyata alıb və bizə bu barədə məlumat verilməyib. Adətən, həmin xidmət qurumu belə binaları könüllü olaraq qabaqcadan qeydiyyata almır, yalnız məhkəmə qərarı əsasında bunu edir. Görünən odur ki, lap əvvəldən bu fırıldağın arxasında çox güclü nüfuz sahibi məmurlar dayanıb.
Onu da qeyd edək ki, "Xalq Bank" adından ilk dəfə məhkəməyə müraciət ediləndə, birinci instansiya məhkəməsi 2016-cı ildə “Mars -- M”-dən 19,5 milyon dollar borcun tutulmasını, o cümlədən girov qoyulmuş “Yasmin”inin binasının tutuma yönəldilməsini qət edib. Yalnız bundan sonra, biz sahibkarlardan iki nəfər bu fırıldaqdan xəbər tutub və məhkəməyə müraciət ediblər. 2017-ci ildə onların şikayəti həm Bakı Apellyasiya Məhkəməsi, həm də Ali Məhkəmə tərəfindən təmin olunub. Binanın girov müqaviləsi onlara satılmış obyektlər hissəsində etibarsız hesab edilib. Lakin "Xalq Bank" Konstitusiya Məhkəməsinə müraciət edib. Sonuncu 2018-ci ildə Qərar verib ki, sahibkarların xeyrinə qərar verən məhkəmələr Daşınmaz Əmlakın Dövlət Reyestrinin mötəbərlik prezumpsiyasını, əmlak əldə edənin vicdanlılıq məsələsini nəzərə almayıb, buna görə də, işə yenidən baxılmalıdır. İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə isə, yalnız reyestrin mötəbərlik prezumpsiyasını rəhbər tutaraq, bankın xeyrinə qərar veriblər. Yəni, guya, bank reyestrə etimad edərək, binanı girov götürüb. Amma bu əsnada “Xalq Bank”ın vicdanlılıq məsələsinə qiymət verilməyib.
Əslində isə, “Xalq Bank” Biznes Mərkəzini girov götürərkən vicdanlı olmayıb. Çünki bank onu yaxşı bilib ki, Azərbaycanda heç bir bina tikintisinin əsas hissəsi şirkətinin öz vəsaiti hesabına həyata keçirilmir. Tikinti başlayan kimi binanın hissələri (yaşayış və qeyri-yaşayış sahələri) satılır, tikinti əldə edilən vəsait hesabına davam etdirilir və yekunlaşdırılır. Bunu, hamı bilir. Banka gəldikdə isə, o, “Banklarda kreditlərin verilməsi Qaydaları”na əsasən, “Mars -- M”in maliyyə hesabatları əsasında asanlıqla müəyyən edə bilərdi ki, “Yasmin” borc alanın öz hesabına inşa edilmir. Bank bunu etməyibsə, vicdanlı deyil, edibsə, deməli, ümumiyyətlə, cinayət əməlində iştirakçıdır.WhatsApp Image 2022 01 18 at 18.22.19
Digər tərəfdən, “XalqBank” “Yasmin”i girov götürərkən, oradan alınmış obyektlərin xeyli hissəsi artıq təmir olunmuş, bəzilərində isə, vergi kodu alınaraq, sahibkarlıq fəaliyyəti həyata keçirilməyə başlamışdı. “Banklarda kreditlərin verilməsi Qaydaları”na əsasən, bank girov götürdüyü obyektə baxış keçirməli idi. Keçirsəydi, obyektlərin satıldığını müəyyən edə bilərdi. Bank bunu da etməyib, bir daha vicdanlı olmadığını ortaya qoymuş olub və bunu bilə-bilə edərək, deməli, ümumiyyətlə, cinayət əməlində iştirakçı olduğuna imza atıb.
Ümumiyyətlə, kreditin verilməsi çox şübhəli şəraitdə həyata keçirilib və “Banklarda kreditlərin verilməsi Qaydaları”nın tələbləri dəfələrlə pozulub. Belə ki, bank krediti filialının mənfi Qərarına zidd olaraq verib. Filial “Mars -- M”-in problemli və zərərlə işləyən borc alan hesab etdiyi üçün, kreditin əleyhinə olub. Əlimizdə bu barədə rəsmi protokol da var. Bir də ki, “Mars -- M” əvvəlki krediti ödəməsə də, ona yeni kredit verilib -- özü də, açıq-aşkar bankın devalvasiya risklərini ötürmək məqsədilə. Bu zaman kreditin təyinatı da dəyişməz qalıb: Binanın tikintisi və təmiri. Yəni açıq-aşkar saxta və formal təyinat. Əksinə, həmin dövrdə bu işlər artıq bitmək üzrə idi. Bankın qəsdən ödəniş qabiliyyəti olmayan borc alana kredit verməsi o deməkdir ki, o, tamamilə girov predmetinə tutmaya arxalanıb. Halbuki, “Banklarda kreditlərin verilməsi Qaydaları”na görə, təminat kreditin qaytarılmasının yeganı mənbəyi ola bilməzdi.WhatsApp Image 2022 01 18 at 18.22.20
Nəhayət, “Banklarda kreditlərin verilməsi Qaydaları”na əsasən, belə iri kredit üzrə girov azı iki kənar qiymətləndirici tərəfindən dəyərləndirilməli və yoxlanılmalı idi. Amma yalnız bir qiymətləndirici tərəfindən rəy verilib. Belə olduğu halda, bankın vicdanlı olmasını necə iddia etmək olar?! Üstəlik, bank həmin Qaydalarla tələb olunan bir sıra sənədi “Mars -- M”-dən götürməyib: Biznes-plan, tikinti sənədləri, borc alanın qiymətləndirilməsi hesabatı və s., və i.a. Bu yerdə, qanunvericiliyə riayət etmədən kredit vermiş bank vicdanlı hesab oluna bilməz.
Bütün bunlara baxmayaraq, bank iddia edir ki, nəinki vicdanlıdır, hətta, guya, “Mars -- M”-in sahibi və rəhbəri Mərhəmət Bəşirov tərəfindən alçaldılib. Bu ittihamın da irəli sürülməsi məqamı bankın rəhbərliyinə dair şübhələri artırır. Bank yalnız Konstitusiya Məhkəməsinin 2018-ci il tarixli Qərarından sonra, Baş prokurorluğa Mərhəmət Bəşirov barədə şikayət edib. Həmin vaxtadək, bank, artıq, 2 il idi və bilirdi ki, sahibkarlar obyektlərin onlara daha əvvəl satıldığını iddia edirlər. Amma, nədənsə, bank, açıq-aşkar Bəşirovu himayə edərək, şikayət etmirdi. Yalnız başa düşəndən sonra ki, biz haqqımızı tələb edəcəyik, bank, Mərhəmət Bəşirovu qurban verdi. Amma tam da qurban vermədi və bu işdə prokurorluq da banka kömək əli uzatdı. Belə ki, Mərhəmət Bəşirova qarşı, əvvəlcə, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (külli miqdarda ziyan vurmaqla dələduzluq, maksimal cəza – 10 il müddətinə azadlıqdan məhrumetmə) ilə cinayət işi açıldı. Halbuki, bizlərə, birgə olaraq, milyonlarla ölçülən zərər dəyişmişdi. Deməli, Mərhəmət Bəşirova qarşı 178.4-cü maddə (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq, maksimal cəza – 14 il müddətinə azadlıqdan məhrumetmə) ilə iş açılmalı idi. Bunu başa düşəndən sonra, prokurorluq, ümumiyyətlə, dələduzluq ittihamından imtina etdi və onu qanunsuz kredit almaqda (Cinayət Məcəlləsinin 195.2-ci maddəsi, maksimal cəza – 5 il müddətinə azadlıqdan məhrumetmə) ittiham etdi. Guya, Mərhəmət Bəşirov girovun hissələrini satdığı haqda banka məlumat verməyib və nəticədə, bank yox, biz sahibkarlar zərərə məruz qalmışıq. Maraqlı məntiqdir: Aldadılan, guya, bankdır, zərər çəkən isə, biz!
Yasamal Rayon Məhkəməsində də, Bəşirova qarşı bu ittiham üzrə cinayət prosesi gedib. Nədir bu “humanistliyin” səbəbi?! Bu, açıq-aşkar onu göstərir ki, cinayətkar qrup öz üzvünü himayə edir, ona yardım edir. Məhz buna görə də, cinayət prosesində heç bir vəsatətimiz təmin edilmir. Kredit dosyesi, bankın daxili kredit qaydaları təqdim edilmir, kredit haqda qərar vermiş “Xalq Bank”ın vəzifəli şəxsləri dindirilmir və s. Açıq-aşkar qurama məhkəmə işi gedir.WhatsApp Image 2022 01 18 at 18.22.20 1
Belə bir yanaşmanın məqsədi də aydındır. Əgər Mərhəmət Bəşirov 195.2-ci maddə ilə cəza alsaydı, deməli, bankı aldadıbmış. Guya, bank özü qanunsuz kredit verməyib, Bəşirov ondan qanunsuz kredit alıb. Aldadılan bu bank isə, vicdanlı hesab olunacaq. Deməli, biz də pulumuzu bankdan deyil, adına heç bir rəsmi əmlak olmayan Mərhəmət Bəşirovdan tələb etməliyik. Eyni zamanda, M. Bəşirova da çox yüngül cəza veriləcək -- elə, verildi də! Beləliklə, yekunda itirən biz sahibkarlar olacağıq -- olduq da!
Əlimizdə 2009-cu ildə “Yasmin” Biznes Mərkəzindən əmlak almağımız barədə maliyyə arayısları, dövlətin notariusunda təsdiq olunmuş alqı-satqı müqavilələri də var. Biz sahibkarlar da, Azərbaycan dövlətinin vətəndaşlarıyıq. Notarius – dövlət qurumudur, Ədliyyə nazirliyinə aiddir. "Xalq Bank"ın nümayəndəsi və vəkili bizi təhqir edib, deyir ki, guya, "kol dibində" təsdiq etdirmişik bu müqavilələri -- “filkina gramota”. "Xalq Bank"ın rəhbərliyi isə başa düşmək istəmir ki, saxta kredit müqaviləsi, sahibkarlar əmlak alandan beş il sonra bağlanıb.
Bir də ki, kredit verərkən bank bir sıra məqamlara diqqət yetirməlidir. Öncə,
kredit vermək üçün, ortada, gəlir haqqında məlumat olmalıdır -- olmayıb! Kredit vermək üçün müştərinin fəaliyyətini qiymətləndirmə prosedurası aparılmalıdır -- aparılmayıb! Kredit vermək üçün müştərinin etibarlı şəxs olub-olmaması yoxlanılmalıydı -- yoxlanılmayıb! Kredit vermək üçün, kreditgötürən tanınmış özəl şilkətdirsə, onun yüksək ödəmə qabiliyyəti olmasının qiymətləndirilməsi olunmalıydı -- olunmayıb! Kredit vermək üçün rəsmi əmək haqqı (maaş) araşdırılmalıydı -- araşdırılmayıb! Kredit vermək üçün, kredit tarixiçəsi öyrənilməliydi -- öyrənilməyib! Əqər müştəri birinci krediti vaxtında ödəyibsə, deməli, bank ikinci krediti də verə bilər. Deməli, kredit tarixçəsi Mərhəmət Bəşirova aid olmayıb, çünki hamı bilib ki, yaxşı tarixi yoxdur! Ən əsası, kredit vermək üçün zaminlər olmalıdır. Belə bir zamin olubmu?l Əgər həmin zaminlər olubsa, onların, gərək, yaxşı ödəmə qabiliyyəti olaydı. Di gəl ki, bunlar da olmayıb.WhatsApp Image 2022 01 18 at 18.22.20 2
Ümumiyyətlə, bankdan kredit almaq çətindir, adamın az qala tumanının rənginəcən yoxlayırlar, əsasən də böyuk kredit -- dollarla 17 milyon götürəndə! Belə bir krediti verən “Xalq Bank”, daha ətraflı məlumat toplamalıydı müştərisi haqqında. Onun da, böyük kredit almaq üçün, ya ideal kredit tarixçəsi, ya da Müşahidə Şurası ilə yaxınlığı olmalıydı. Bu sirr deyil ki, “Xalq Bank”ın Müşahidə Şurası ilə Mərhəmət Bəşirov qabaqcadan sövdələşib və birləşərək, sahibkarlara qarşı bu cinayəti törədiblər.
Bir daha deyirik, "Xalq Bank”la Mərhəmət Bəşirovun aralarında nə olubsa, özləri bilməli, problemlərini özləri həll etməliydirlər. Sahibkar əmlakını zəbt etməyə isə, heç bir Azərbaycan qanunu yol vermir. Vətəndaşın əmlakı kiminsə etdiyi cinayətə görə, necə mənimsənilməliydi?! Dövlətə, xalqa, hökumətə sadiq olan insanlar, qanunpərəst vətəndaşlar, başını aşağı salıb işləyən adamlar buna görə niyə əziyyət çəksinlər ki?! Obyekt və ofislərimiz bizə qaytarılmalıdır. “Xalq Bank” isə, bütün binanı mənimsəyib və bizi içəri buraxmır. Belə biabırçılıq harda görünüb?!
Cənab Prezident!
Sizdən bir daha xahiş edirik ki, bu ciddi məsələni şəxsi nəzarətinizə götürüb, haqq-ədalətin bərpa olunmasında bizə kömək əlinizi uzadasınız! Çünki "Xalq Bank" "Yasmin" Biznes Mərkəzini, məhkəmələr gedə-gedə hərraca çıxarmaqla, biz sahibkarlara hərtərəfli ciddi zərbələr vurdu! Buna qarşı isə, biz, həmişə, kəskin etirazlar etmişik. Lakin bizə qanunlarımız çərçivəsində kömək əli uzadan olmayıb. Köməyi yalnız Sizdən gözləyirik!".
WhatsApp Image 2022 01 18 at 18.22.21Bəli, iddiaçı mülk sahibləri Akif Mahmudovun, Tahirəxanım Əfəndiyevanın (Məmmədovanın), Afət Ağazadənin, Yalçın Məlikovun, Qalib Məmmədovun, Elçin Əliyevin, Azər Mahmudovun, İlqar Məhərrəmovun, Ruhiyyət Məmmədovanın, Sahib Quliyevin, Anar Hüseynovun, Ədalət Zamanovun, Zülfüqar Kazımovun, Natəvan Bağırovanın, Fuad Ramazanovun, Könül Hacıyevanın, eləcə də iddiaçıların nümayəndəsi, vəkil Əkrəm Həsənovun ölkə başçısına, Birinci vitse-prezidentə, aidiyyatı dövlət qurumlarının rəhbərlərinə ünvanladıqları çoxsaylı digər müraciətlərindən, şikayət məktublarından, eləcə də məhkəmə çıxışlarından açıq-aydın görünür ki, onlar “Mars -- M” MMC-nin və “Xalq Bank”ın iştirakçıları olduğu tikinti fırıldağının qurbanlarıdır. Ən dəhşətlisi odur ki, bu fırıldaqda aidiyyatı dövlət qurumlarının da əlləri var. Hüquq-mühafizə orqanları və məhkəmələr də, törədilmiş bu qatı cinayəti ört-basdır etmək üçün, 5 milyon manatdan çox ziyana düşmüş zərərçəkən əmlak sahiblərini öz investisiyalarından məhrum etməyə iyrənc yollar axtarıblar həmişə. Beləcə, "Yasmin" Biznes Mərkəzi də, ölkəmizdə, milyonlarla manat vəsaitin havaya sovrulması anlamına gətirən maddi maraqlar uğrundakı daxili intriqaları, səs-küylü qalmaqalları ilə gündəmdən düşməyən biznes müəssisələri sırasında özünə xüsusi yer alıb. Bu yerdə onu da qeyd etməyi vacib bildik ki, bu ciddi məsələ, ömür boyu yığdıqları bu yolla əllərindən alınan iş adamlarına olduqca pis təsir etdiyindən, hətta, onların arasında dünyasını dəyişənlər, insult keçirərək, ağır yataq xəstəsi olanlar da var. Özlərinin ürək ağrısı ilə dedikləri kimi, doğrudan da, haqqlarının bu cür pozulmasına heç cür tab gətirə bilmirlər; Axı, insan taleyi ilə belə oynamaq olmaz!WhatsApp Image 2022 01 18 at 18.22.21 1 
Bəli, bu bankdan qanun çərçivəsində kredit alınmayıb. Elə, "Yasmin" olaylarında baş verənlərin qısa xülasələrində göstərilənlər də, yuxarıda deyilənlərin inkaredilməz təsdiqi kimi ona işarə vurur ki, ortada dələduzluq faktı var. Bank da, burada zərərçəkmiş şəxs deyil. Böyük ehtimalla, bankı idarə edənlər və onların öz işçiləri də bu cinayətdə əlbir şəxslərdir. Bütün göstərilənlər araşdırılmalıdır, deyilmi?!.
Bu iş üzrə iddiaçıların nümayəndəsi, vəkil Əkrəm Həsənovun Bakı İnzibati Məhkəməsinə ünvanladığı və aşağıda qısa xülasəsini verdiyimiz Mülahizələrdən də, "Yasmin" olaylarında yalanın həqiqəti və reallığı üstələməsi, bu zaman qatı cinayət törədildiyi aydın görünür və ortaya bir çox ciddi suallar çıxarır:
"İddiaçı mülk sahibləri, Cavabdeh -- Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 24 dekabr, 2010-cu il tarixində "Hüquqların qabaqcadan qeydiyyatı barədə" daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Arayışın ləğv edilməsi öhdəliyinin, Cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət ediblər. İddia tələbi həmçinin onunla əsasandırılıb ki, sözügedən qeydiyyat, qanunların tələbləri pozulmaqla, yəni, tələb olunan sənədlər təqdim olunmadan qabaqcadan həyata keçirilib. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 147-ci maddəsinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin əmri ilə təsdiq edilən Qaydaların tələblərinə əsasən, tikintisi başa çatdırılmamış daşınmaz əmlak və onun hissələri üzərində hüquqların qabaqcadan dövlət qeydiyyatının aparıla bilməsi üçün, hüquqi şəxsin rəhbər tərəfindən imzalanan və möhürlə təsdiq edilən Ərizəsi və bələdiyyələrin Müraciəti, dövlət rüsumunun ödənilməsi barədə sənəd, plan-cizgi, tikintiyə icazə sənədləri tələb edilir. Lakin Cavabdeh, ondan dəfələrlə tələb edildikdəndən sonra, nəhayət ki, sözügedən daşınmaz əmlakla bağlı sənədlər qovluğunu məhkəməyə təqdim edib. Həmin qovluğun araşdırılması zamanı isə, məlum olub ki, qovluqda, yalnız, “Mars -- M” firmasının rəhbəri Mərhəmət Bəşirov tərəfindən qabaqcadan qeydiyyatın həyata keçirilməsi ilə bağlı, əllə şirkət blankında yazdığı ərizə var. Bəşirov digər məhkəmə proseslərində iddia edir ki, belə bir ərizə göndərməyib və ümumiyyətlə, həmin dövrdə Azərbaycanda olmayıb. Buna görə də, onun bu prosesdə izahat verməsi barədə vəsatət vermişdik, lakin təmin edilmədi. Halbuki, həbsdə olsa da, onu aidiyyatı məhkəmə proseslərinə çağırıb, şahid kimi dindiriblər. Qovluqda 25.12.2010-cu il tarixli ödəniş qəbzinin surəti də var. Halbuki daşınmaz əmlakın dövlət reyestri Arayışından görünür ki, qabaqcadan qeydiyyatın tarixi 24.12.2010-cu ildir. Yəni qeydiyyat dövlət rüsumu ödənilmədən aparılıb. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində isə deyilir ki, “Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Yəni qeydiyyat anında hüquq əmələ gəlirsə, dövlət rüsumu hansı əsasla ondan sonra ödənilib? Başqa sözlə, qeydiyyat qanunsuz aparılıb.WhatsApp Image 2022 01 18 at 18.22.22
Qovluqda “Plan-cizgi” adlı sənəd də yoxdur. Cavabdeh plan-cizgi kimi “Mars -- M” firmasının imza və möhürü belə olmayan hansısa eskiz layihəsini qələmə verməyə çalışır. Hətta həmin sənədi plan-cizgi hesab etsək belə, onu “Mars -- M” təqdim etməli idi. Niyə, firma rəhbərinin imza və möhürü orada yoxdur? Digər tərəfdən, qovluqda həmin eskiz layihəsinin əsli də yoxdur, adi kserosurətidir.
Qovluqda Cavabdehin özünün əməkdaşlarının imzası olan “Tikilinin planı” adlı sənəd də var. Orada da, “Mars -- M” firmasının imza və möhürü yoxdur. Belə çıxır ki, bu sənədi Cavabdeh özü tərtib edib, “Mars -- M” tərəfindən təqdim edilmiş plan-cizgi deyil. Ümumən isə, sənəd “plan-cizgi” adlanmırsa, biz, niyə, onu plan-cizgi kimi qəbul etməliyik? Niyə, dövlət orqanı qabaqcadan qeydiyyatı plan-cizgi adlı sənəd təqdim olunmadan həyata keçirib? Deməli, qeydiyyat qanunsuz aparılıb.
Tikintiyə icazə sənədləri kimi, Cavabdeh, Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 09.07.2008-ci il tarixli 327 saylı Sərəncamını qələmə verir. Halbuki, Qanunda “sənəd” sözü cəm halda işlədilib. “Memarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən, “tikintiyə icazə – memarlıq layihəsi mövcud qaydalar əsasında təsdiq edildikdən və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdikdən sonra, həmin orqan tərəfindən sifarişçiyə verilən rəsmi icazə sənədi”dir. Əvvəla, memarlıq layihəsinin qabaqcadan təsdiqi barədə heç bir məlumat yoxdur. Daha sonra, “Memarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” AR Prezidentinin Fərmanının 2.2-ci bəndinə əsasən, tikintiyə icazəni verməli olan “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyəti hüdudlarında həyata keçirirlər. Onda, bəs, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazə sənədləri hanı? Yerli icra hakimiyyəti orqanları dedikdə isə, yalnız Nərimanov Rayon İcra Hakimiyyəti ehtiva edilmir, ilk növbədə, Bakı Şəhəri İcra Hakimiyyəti nəzərdə tutulur. Belə ki, həmin dövrdə qüvvədə olmuş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin (AR Prezidentinin 16 iyun 1999-cu il tarixli 138 saylı Fərmanı ilə təsdiq edilmişdir) 7-ci maddəsinin 3-cü bəndində qeyd edilir ki, rayon bölgüsü olan şəhərin icra hakimiyyəti başçısı, həmin Əsasnamə ilə, müəyyən edilən bütün vəzifələri həyata keçirir. Əsasnamənin 31-ci maddəsinin 1-ci bəndinin 1-ci hissəsinə görə isə, o, həmçinin şəhərin ərazisində aparılan tikintilərin layihələrini təsdiq edir. Onda, bəs, layihənin təsdiqi barədə sənədlər hanı? Sərəncam nəyə əsasən verilib? Yerli icra hakimiyyəti başçısının belə səlahiyyəti nəzərdə tutulmayıb axı! O, yalnız layihəni təsdiq etməlidir.
Qovluqda, həmçinin, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 12.11.2008-ci il tarixli rəyi də var. Necə ola bilər ki, rəy, Sərəncamdan sonra verilib? Bəs, onda Sərəncam nəyə əsasən verilib? Həm də, Sərəncamda söhbət “əsaslı bərpa”dan, rəydə isə, tikintidən gedir. Sərəncamın 1-ci bəndində “razılaşdırılmış layihə” xatırlanır. Bəs, o sənəd hanı? Niyə, qovluqda yoxdur? Ümumiyyətlə, mövcüddurmu?
Sərəncamın 4-cü bəndində “Mars -- M” firmasına tövsiyə edilmişdir ki, “bərpa işləri başa çatdıqdan sonra, obyektin texniki pasportunun və digər müvafiq sənədlərin tərtib olunması məqsədilə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə” müraciət etsin. Bəs, onda, niyə, Cavabdeh işlər bitməmiş, qabaqcadan qeydiyyatı həyata keçirib? Niyə, tikintiyə icazə sənədi hesab etdiyi Sərəncama əməl etməyib? Qeyd edilənləri nəzərə alaraq, yalnız bu nəticəyə gəlmək olar ki, qabaqcadan "baş tutan" belə qeydiyyatlar qanunsuz həyata keçirilib. Qanunsuz da olsa, Biznes Mərkəzinin binasını banka girov qoyub, yüksək məbləğdə kreditlər götürmək üçün...".WhatsApp Image 2022 01 18 at 18.22.22 1

Bu yazının sərlövhəsində də qeyd etdiyimiz kimi, "Yasmin" qalmaqalı getdikcə daha da böyüyür. İndi də, "Xalq Bank" adıyla, Biznes Mərkəzindəki qapıları bayıra açılan obyekt və ofislərin sahiblərinin başlarına oyun açılır. Beləcə, “İlin sahibkar düşməni” adını alan “Xalq Bank” ASC-ni kölgədən idarə edənlər, qanunsuz əməlləriylə, "Yasmin" olaylarında yalanla həqiqət arasındakı sərhədi daha da dumanlandırırlar.
Aptek sahibi olan iş adamı Qalib Məmmədovun "Xalq Bank" ASC-nin İdarə Heyətinin sədri K. N. Məcidova ünvanladığı etiraz məktubunda yazdıqları da, deyilənlərin daha bir təsdiqidir:
"Tərəfinizdən, ötən ilin aprel ayının 28-də, Bakı şəhəri, Nərimanov rayonu, S. Vurğun küçəsi, 20 ünvanında yerləşən, ümumi sahəsi 16100,5 kv.m olan əmlak kompleksinin 1-ci mərtəbəsində 70 kv.m qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair Ağayeva Təranə Razim qızı ilə, qeyri-yaşayış sahəsinin icarəsi haqqında Müqavilə bağlanıb. 2021 -ci ilin noyabr ayının 22-də isə, 2062 saylı məktubla ona Müqaviləyə birtərəfli qaydada xitam verməniz barədə xəbərdarlıq göndərmisiniz. Lakin bağladığınız Müqavilə qanunsuzdur. Əvvəla, ona görə ki, Təranə Ağayeva sahibkar deyil. Bank fəaliyyətində də, müştərilərinizi belə eyniləşdirirsinizsə, vay, bankınıza pul etibar edənlərin halına! Yəqin ki, dövlətimizin aidiyyatı qurumları belə qanunsuz əməllərinizin, eləcə də işdə təcrübəsizliyinizin araşdırılması ilə tezliklə məşğul olacaq.
Ən əsası isə, sözügedən sahə 2010-cu ildən mənim mülkiyyətimdədir. Bu barədə, binanı tikən şirkətlə müqaviləm və maliyyə arayışım da var. 2013-cü ildən yüksək səviyyədə orada fəaliyyət göstərən apteki işlədirəm. Bu barədə, müvafiq vergi kodu və Səhiyyə Nazirliyindən alınmış lisenziya da mövcuddur. Sahə, "Azsığorta" ASC tərəfindən, hər il icbari sığorta və DİN-in mühafizə xidməti tərəfindən mühafizə olunur. Bu barədə də, müvafiq müqavilələr var.
Siz kiminlə nə əqd bağlamısız, kimə nə qədər və necə kredit vermisiniz, bunun mənə dəxli yoxdur. Mülkümü ələ keçirmək üçün, son vaxtlar əməkdaşlarınızın mənə hədə-qorxu gəlməsi isə, sadəcə terrorçuluqdur. Dərəbəylik dövrü 90-cı illərin əvvəllərində qalıb. Şükürlər ki, indi güclü dövlətimiz və onun güclü qanunları var. Mən sahədə, öz mülkümdə qanuni fəaliyyət göstərirəm. Məni oradan zorla heç kəs çıxara bilməz. Çıxaran cinayətkar və terrorçu olacaq. Belə qərarı ancaq məhkəmələrimiz verə bilər. Sizsə, adınızı "Xalq Bank" qoyub, anti-xalq, anti-milli, anti-dövlət xarakterli qanunsuz əməllərlə məşğul olursunuz. Odur ki, bir daha xəbərdarlıq edirəm: Zorakı fəaliyyətinizə son qoyun, haqlısınızsa, məhkəməyə müraciət edin! Əks halda, yəni, mənə qarşı hər hansı zor tətbiq edilsə, dövlətimizin öz vətəndaşına verdiyi bütün hüquqlardan istifadə edəcək, terrorçu əməllərinizin ifşası üçün, hətta, bu ciddi məsələnin işıqlandırılmasına və ictimailəşdirilməsinə yerli və xarici mətbuatı da cəlb edəcəyəm!".
Qalib Məmmədov kimi, digər zərərçəkənlər də hədsiz dərəcədə narahatdırlar. Həyəcan içində onu deyirlər ki, Vətənin igid övladları qudurğan düşmənlərimizi zəbt etdikləri halal torpaqlarımızdan çıxara bildilər, onlarsa, "Xalq Bank"ın başında duranların göstərişi ilə, paytaxt Bakıdakı halal mülklərini zəbt edənlərlə bacarmırlar! Çünki onların təqsiri ucbatından baş verən "Yasmin" olaylarında yalanın həqiqəti və reallığı üstələməsinin səbəbləri, bir ucu da onlara dirənən gizli çox məqamlardan xəbər verir!

Sonda, bir daha, "Yasmin" olaylarındakı qanunsuzluqlarla bağlı fakt və dəlillərin, bu istiqamətdə apardığımız araşdırmalar zamanı rastlaşdığımız saysız-hesabsız xoşagəlməz məqamların, yuxarıda qeyd etdiyimiz digər vacib məsələlərə dair sənəd-sübutların sayı əlimizdə çox olduğundan, bu mövzunu daim diqqətdə saxlayıb, jurnalist araşdırmalarımızı davam etdirəcəyimizi və yazılarımızın davamlı olacağını bildiririk. Qabaqcadan onu da bildiririk ki, haqqın tezliklə öz yerini tapacağı ümidi və zərərçəkənlərin dərd-sərlərinə şərik olmaq istəyi ilə hazırlayacağımız növbəti yazılarımızın mövzu ana xəttində, əsasən, jurnalist araşdırmalarımızla, "Yasmin" olaylarındakı gizli məqamları açaraq, ortaya çıxaracağımız həqiqət və reallıqların duracağını planlaşdırmışıq.

Məhi ELSEVƏR,
Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbirləri.

Yararsız qida məhsulları məhv edildi

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Ardını oxu...

"Susmaq qızıldır" deyiminin təsdiqləndiyi o an: - "Azəriqaz"dan lətifə kimi açıqlama







Azərbaycanda bir aydan çox evdə olmayan abunəçi “Azəriqaz”a bu barədə məlumat verməlidir”. Bu barədə “Açıq qapı” aksiyasında Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Hüquq Departamentinin rəisi Vüqar Eyvazov deyib. Birlik rəsmisi bunu təhlükəsizliklə izah edib.
Çox gülməli bir vəziyyətdir. Yadıma keçmiş sevgilimin tapşırıqları düşdü: “Bir yerə gedəndə xəbər ver, bu sənin təhlükəsizliyin üçündür”...

Ardını oxu...

Xətai rayonu Yeni ili yeni “gecəqondu”larla qarşıladı



 

Ötən ilin son günlərində paytaxtın Xətai rayonunda müşahidə olunan bir problem haqqında, rayon ərazisində az qala kütləvi hal almış  “gecəqondu” obyektlərin yerləşdirilməsi tendensiyası barədə yazı dərc etmişdik. Təəssüflər olsun ki, yaşıllıqların qırılması ilə müşayiət olunan bu problem nəinki öz həllini tapmayıb, əksinə yeni ilə daha yüksək dinamika ilə transfer olunub...

 

        Belə məlum olur ki, Xətai rayonunda bu gün onsuz da qənaətbəxş hesab edilə biləcək səviyyədə olmayan ekoloji vəziyyətin bəzi işbazlar tərəfindən yaşıllıqların qırılıb məhv edilməsi ilə daha bərbad hala gətirilməsi həqiqətən də heç kimi narahat etmir. Artıq bir neçə müddətdir ki, bu rayonda plastik və ya alüminium karkas əsasında quraşdırılmış ticarət obyektlərinin açılması az qala trendə çevrilib. Əlbəttə kiçik biznesin inkişafına yönələn bu tendensiya özü-özlüyündə təqdirəlayiq bir hal ola bilər. Lakin gəlin görək bu inkişaf cəmiyyətimizə nəyin bahasına başa gəlir? Təbii ki, istənilən bir obyektin yerləşdirilməsi üçün ilk növbədə nüəyyən sahədə boş ərazi tələb olunur. Xətai rayonunda da isə belə sahələr bu gün demək olar ki, yoxdur. Əlbəttə ki, söhbət periferiyadan yox, ticarət üçün əlverişli, insan kütləsinin, potensial müştərilərin, bir sözlə gediş-gəlişin çox olduğu ərazilərdən gedir. Hər bir iş adamı öz obyektini məhz belə ərazilərdə yerləşdirməyə çalışır və təbii ki, hər bir ərazi də yalnız məhdud sayda obyekt tuta bilər. Bəs onda biznesə yeni qatılanlar və ya öz biznesini genişləndirmək istəyənlər nə etməlidirlər? Hə, bax məhz elə bu məqamda işlər dolaşmağa başlayır...

        Təəssüflər olsun ki, bəzi işbazlar ekoloji fəlakətin nə olduğunu və bu qlobal problemin əslində minlərlə, milyonlarla nisbətən kiçik miqyaslı fəsadlardan törəndiyini hələ də anlamırlar. Belələri 50-60 yaşı olan bir neçə ağacı qırıb, əldə olunan boş ərazidə daha bir obyekt yerləşdirməyi bəlkə də özləri üçün növbəti uğur kimi dəyərləndirirlər. Yaxşı bəs bu ərazilərin, daha dəqiq desək bu yaşıllıqların, ağacların mühafizəsi üçün cavadeh olan qurum və şəxslər hara baxırlar? Yəni doğrudanmı Xətai Rayon İcra Hakimiyyəti rayon ərazisində baş verən, həm də davamlı baç verən bu “yaşıl soyqırımı”ndan xəbərsizdir? Yəni bu hətta nəzəri cəhətdən olsa belə, mümkündürmü? Bəs Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Axı bu baş verənlər hansısa ucqar bölgələrdən birində, deyək ki, nəzarət edilməsi müəyyən çətinliklərlə müşayiət olunan əlçatmaz bir dağ meşəsinin dərinliklərində cərəyan etmir. Söhbət Bakıda, hər gün on minlərlə insanın keçib-getdiyi ərazilərdə, həm də məhz elə bu insanların gözləri önündə baş verən ekoloji cinayətlərdən gedir! Bəs niyə heç kim bu cinayətlərin qarşısını almaq üçün hansısa bir tədbir görmür? Bəlkə bu yaşıllıqlara, şəhərimizin ağ ciyərlərinə qənim kəsilənlər bizim qanunlardan yuxarıda dururlar? Əlbəttə ki, yox. Amma görünür belə düşünənlər də var. Çünki belə olmasaydı, bu gün Xətai rayonunda yaşıllıqların məhv edilməsinə kimsə göz yummazdı.

        Amma biz yenə də həmin gözlərin açılacağına ümid edirik. Ən azından Ulu Öndərimizin bu fotosuna bir daha diqqətlə nəzər salmaları üçün...        

 

 

 

Qazax Melioservis İdarəsinin aprel ayına qədər fəaliyyəti araşdırılmalıdır

 

        Qazax Melioservis İdarəsinin rəisi Fərman Nağdalıyevin Qazax Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini işlədiyi vaxtları Qazax sakinləri yaxşı xatırlayırlar. Həmin dövrdə vətəndaşların qarşılaşmalı olduqları məmur süründürməçiliyindən tutmuş, ən müxtəlif səpkili haqsızlıq və qanun pozuntuları birbaşa məhz bu məmurun adı ilə bağlı olurdu. İş o yerə çatmışdı ki, 2016-cı ildə Ölkə Prezidentinin müvafiq Sərəncamı ilə Qazax RİH-nin başçısı vəzifəsinə təyin olunmuş Rəcəb Babaşov nə az, nə də çox düz bir il demək olar ki, rayon sakinlərinin ancaq Fərman Nağdalıyevin özbaşınalıqları ilə bağlı şikayətləri araşdırmaq məcburiyyətində qalmışdı. Deyilənə görə o vaxtlar qəbul günləırində azı 120-130 şikayətçi dinlənilirdi ki, həmin şikayətlərin də əgər hamısının olmasa, hər halda böyük əksəriyyətinin artıq 3 icra başçısı ilə işləmiş müavin Fərman Nağdalıyevin yaratdığı vurğulanırdı. Bu məmur 2016-cı ilə qədər də vətəndaşların eyni mövzulu şikayətlərini bəlkə də, 100 dəfə dinləyib, amma heç bir tədbir görməyib. Halbuki, 10 ildən artıq Qazax RİH-nin başçısının müavini işləyən Fərman Nağdalıyev özünü rayonda əsas səlahiyyət sahibi kimi aparırdı, hətta  deyilənə görə onun ən çox işlətdiyi söz “rayonun taleyinə mən cavabdehəm” ifadəsi idi.

        Hər halda hər şeyin bir sonu olduğu kimi, Fərman Nağdalıyevin də ən azından başçının müavini kimi törətdiyi özbaşınalıqlara nəhayət ki, 2017-ci ildə son qoyuldu. Həm də maraqlıdır ki, rəsmi olaraq onun öz ərizəsi ilə işdən çıxdığı bildirilsə də, əslində Fərman Nağdalıyevin nalayiq, bütün icra strukturunun adına ləkə gətirə biləcək hərəkətlərə yol verməsi səbəbindən vəzifədən uzaqlaşdırıldığı güman edilir. Amma bununla belə, keçmiş müavin karyerasının növbəti mərhələsindən də qətiyyən narazı olmamalıdır. Əksinə, deyilənə görə Qazax Melioservis İdarəsinin rəisi vəzifəsinə təyin olunandan sonra Fərman Nağdalıyevin kefi bir az da kökəlib. Əlbəttə ki, tək bir traktorla on minlərlə manat pul silən rəis, təsəvvür edin ki, ixtiyarında olan bütün resurslarla nələr edə bilər. Xüsusən də əgər bu rəis Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyinin (keçmiş rəhbərliyinin – red.) xüsusi himayəsində olarsa...

Bu məsələni Qazax rayon prokuroru araşdırsa hər .şey aydın olar.

        Ən azından demək olar ki, Fərman Nağdalıyevin bütün əməllərinin ifşa olunması üçün Meliorasiya və Su Təsərrüfatı ASC-yə Ə.Əhmədzadənin rəhbərlik etdiyi dövrdə Qazax Melioservis İdarəsinin hesabına köçürülən dövlət vəsaitlərinin nə dərəcədə məqsədyönlü şəkildə xərclənməsi məsələsi araşdırılarsa, bir çox sual doğuran məqamlar üzə çıxar.

 

Xəbər lenti