Xətai rayonu Yeni ili yeni “gecəqondu”larla qarşıladı



 

Ötən ilin son günlərində paytaxtın Xətai rayonunda müşahidə olunan bir problem haqqında, rayon ərazisində az qala kütləvi hal almış  “gecəqondu” obyektlərin yerləşdirilməsi tendensiyası barədə yazı dərc etmişdik. Təəssüflər olsun ki, yaşıllıqların qırılması ilə müşayiət olunan bu problem nəinki öz həllini tapmayıb, əksinə yeni ilə daha yüksək dinamika ilə transfer olunub...

 

        Belə məlum olur ki, Xətai rayonunda bu gün onsuz da qənaətbəxş hesab edilə biləcək səviyyədə olmayan ekoloji vəziyyətin bəzi işbazlar tərəfindən yaşıllıqların qırılıb məhv edilməsi ilə daha bərbad hala gətirilməsi həqiqətən də heç kimi narahat etmir. Artıq bir neçə müddətdir ki, bu rayonda plastik və ya alüminium karkas əsasında quraşdırılmış ticarət obyektlərinin açılması az qala trendə çevrilib. Əlbəttə kiçik biznesin inkişafına yönələn bu tendensiya özü-özlüyündə təqdirəlayiq bir hal ola bilər. Lakin gəlin görək bu inkişaf cəmiyyətimizə nəyin bahasına başa gəlir? Təbii ki, istənilən bir obyektin yerləşdirilməsi üçün ilk növbədə nüəyyən sahədə boş ərazi tələb olunur. Xətai rayonunda da isə belə sahələr bu gün demək olar ki, yoxdur. Əlbəttə ki, söhbət periferiyadan yox, ticarət üçün əlverişli, insan kütləsinin, potensial müştərilərin, bir sözlə gediş-gəlişin çox olduğu ərazilərdən gedir. Hər bir iş adamı öz obyektini məhz belə ərazilərdə yerləşdirməyə çalışır və təbii ki, hər bir ərazi də yalnız məhdud sayda obyekt tuta bilər. Bəs onda biznesə yeni qatılanlar və ya öz biznesini genişləndirmək istəyənlər nə etməlidirlər? Hə, bax məhz elə bu məqamda işlər dolaşmağa başlayır...

        Təəssüflər olsun ki, bəzi işbazlar ekoloji fəlakətin nə olduğunu və bu qlobal problemin əslində minlərlə, milyonlarla nisbətən kiçik miqyaslı fəsadlardan törəndiyini hələ də anlamırlar. Belələri 50-60 yaşı olan bir neçə ağacı qırıb, əldə olunan boş ərazidə daha bir obyekt yerləşdirməyi bəlkə də özləri üçün növbəti uğur kimi dəyərləndirirlər. Yaxşı bəs bu ərazilərin, daha dəqiq desək bu yaşıllıqların, ağacların mühafizəsi üçün cavadeh olan qurum və şəxslər hara baxırlar? Yəni doğrudanmı Xətai Rayon İcra Hakimiyyəti rayon ərazisində baş verən, həm də davamlı baç verən bu “yaşıl soyqırımı”ndan xəbərsizdir? Yəni bu hətta nəzəri cəhətdən olsa belə, mümkündürmü? Bəs Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Axı bu baş verənlər hansısa ucqar bölgələrdən birində, deyək ki, nəzarət edilməsi müəyyən çətinliklərlə müşayiət olunan əlçatmaz bir dağ meşəsinin dərinliklərində cərəyan etmir. Söhbət Bakıda, hər gün on minlərlə insanın keçib-getdiyi ərazilərdə, həm də məhz elə bu insanların gözləri önündə baş verən ekoloji cinayətlərdən gedir! Bəs niyə heç kim bu cinayətlərin qarşısını almaq üçün hansısa bir tədbir görmür? Bəlkə bu yaşıllıqlara, şəhərimizin ağ ciyərlərinə qənim kəsilənlər bizim qanunlardan yuxarıda dururlar? Əlbəttə ki, yox. Amma görünür belə düşünənlər də var. Çünki belə olmasaydı, bu gün Xətai rayonunda yaşıllıqların məhv edilməsinə kimsə göz yummazdı.

        Amma biz yenə də həmin gözlərin açılacağına ümid edirik. Ən azından Ulu Öndərimizin bu fotosuna bir daha diqqətlə nəzər salmaları üçün...        

 

 

 

Bölmənin digər xəbərləri

29 Mart 2023 İnterneti, xəstəxanası olmayan kəndin sakinləri etiraza qalxdılar - VİDEO
16 Mart 2023 Qubada kənd sakinləri AYAĞA QALXDI: ”BU İŞİ DAYANDIRIN CƏNAB NAZİR” – REPORTAJ
16 Mart 2023 Quba meşələrində DƏHŞƏTLİ GÖRÜNTÜLƏR:”Nəfəsimizi belə kəsirlər”
15 Mart 2023 “XXI əsrdə Bakının mərkəzində hamamı olmayan uçuq-sökük evdə yaşayırıq” - ŞİKAYƏT
13 Mart 2023 İcra başçısı tibb işçilərinə küçədəki tullantıları təmizlətdirdi - FOTO
09 Mart 2023 Quruyan təkcə Kür deyil....
07 Mart 2023 Abşeronda 37 yaşayış binası “sahibsiz” qalıb - VİDEO
20 Fevral 2023 Bakıda bina su quyusunun üstündə tikilib? - Su basmış həyətin sakinləri şikayətçidir - FOTO/VİDEO
03 Fevral 2023 Apteklərdə bəzi dərmanlar niyə tapılmır? - VİDEO
02 Fevral 2023 Qubadakı küçənin acınacaqlı vəziyyəti ilə bağlı AÇIQLAMA - FOTO/VİDEO
31 Yanvar 2023 Hövsanda yollar bərbad vəziyyətdədir - VİDEO
30 Yanvar 2023 Xəzər dənizinin suyunun azalması ilə bağlı ŞOK AÇIQLAMA - RƏSMİ +VİDEO
24 Yanvar 2023 Günlərdir qalaqlanan məişət tullantıları - VİDEO
20 Yanvar 2023 Qanlı 20 Yanvar faciəsindən 33 il ötür
16 Yanvar 2023 Xırdalanda əhalinin üzləşdiyi acınacaqlı MƏNZƏRƏ - VİDEO
10 Yanvar 2023 Xətai rayonunda 35 ailənin həyatı təhlükədədir -
09 Yanvar 2023 " Bakı qışa tam hazırdır"
09 Yanvar 2023 Bakı istiqamətində uzunluğu 1 km-ə çatan tıxac yarandı - VİDEO
06 Yanvar 2023 Hökməlidə hökm sürən antisanitariya - VİDEO
06 Yanvar 2023 İtlərin hücumuna məruz qalan 41 yaşlı qadın öldü - Video

Xəbər lenti