Küləyin zərər vurduğu şəhid məzarları ilə bağlı açıqlama



Ötən gün Bakıda müşahidə olunan güclü külək Zığ qəsəbəsində yerləşən “Dədə Qorqud” qəbiristanlığında iki şəhid məzarına zərər vurub. 

 

Yenikirpi.az “Qafqazinfo”-a istinadən  xəbər verir ki, bununla bağlı sosial şəbəkədə fotolar yayılıb. Görüntülərdən də məlum olur ki, Vətən müharibəsi şəhidlərinin məzar daşları küləyin təsirindən bir neçə yerə bölünüb. Dağılan məzarlardan biri Xətai, digəri isə Nərimanov rayonundan cəbhəyə yollanmış şəhidlərə məxsusdur. 

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya bildirilib ki, artıq Xətai rayonundan olan şəhid Şükran Şüküraninin məzar daşı yenidən hazırlanır: “Dünən şəhidimiz Şükran Şüküraninin qardaşı qəbiristanlıqda olub və bizə məzarın dağılması barədə məlumat verib. Həmin dağılmış məzar daşı ərazidən götürülüb. Hazırda yeni məzar daşı hazırlanır və yaxın günlərdə şəhidin məzarının üzərinə qoyulacaq”. 

Nərimanov Rayon İcra Hakimiyyətindən də şəhidin məzar daşının bərpa olunduğu bildirilib: “Ötən gün gecə saatlarında bizə şəhidin məzarını küləyin dağıtması ilə bağlı məlumat verilib. Əməkdaşlarımız gecə həmin əraziyə yollanıb və dağıntılar təmizlənib. Hər iki məzar qəbiristanlıqda birinci məzarlardır, ona görə də külək onlara zərər vurub. Şəhidin ailəsinə də bu barədə məlumat verdik. Məzarın başdaşının eskiz layihəsi hazırlanıb, ailəsi ilə razılaşdırılıb və hazırlanması üçün sifariş verilib. Hazırda sinədaşı bərpa olunur”.




Bölmənin digər xəbərləri

29 Mart 2023 İnterneti, xəstəxanası olmayan kəndin sakinləri etiraza qalxdılar - VİDEO
16 Mart 2023 Qubada kənd sakinləri AYAĞA QALXDI: ”BU İŞİ DAYANDIRIN CƏNAB NAZİR” – REPORTAJ
16 Mart 2023 Quba meşələrində DƏHŞƏTLİ GÖRÜNTÜLƏR:”Nəfəsimizi belə kəsirlər”
15 Mart 2023 “XXI əsrdə Bakının mərkəzində hamamı olmayan uçuq-sökük evdə yaşayırıq” - ŞİKAYƏT
13 Mart 2023 İcra başçısı tibb işçilərinə küçədəki tullantıları təmizlətdirdi - FOTO
09 Mart 2023 Quruyan təkcə Kür deyil....
07 Mart 2023 Abşeronda 37 yaşayış binası “sahibsiz” qalıb - VİDEO
20 Fevral 2023 Bakıda bina su quyusunun üstündə tikilib? - Su basmış həyətin sakinləri şikayətçidir - FOTO/VİDEO
03 Fevral 2023 Apteklərdə bəzi dərmanlar niyə tapılmır? - VİDEO
02 Fevral 2023 Qubadakı küçənin acınacaqlı vəziyyəti ilə bağlı AÇIQLAMA - FOTO/VİDEO
31 Yanvar 2023 Hövsanda yollar bərbad vəziyyətdədir - VİDEO
30 Yanvar 2023 Xəzər dənizinin suyunun azalması ilə bağlı ŞOK AÇIQLAMA - RƏSMİ +VİDEO
24 Yanvar 2023 Günlərdir qalaqlanan məişət tullantıları - VİDEO
20 Yanvar 2023 Qanlı 20 Yanvar faciəsindən 33 il ötür
16 Yanvar 2023 Xırdalanda əhalinin üzləşdiyi acınacaqlı MƏNZƏRƏ - VİDEO
10 Yanvar 2023 Xətai rayonunda 35 ailənin həyatı təhlükədədir -
09 Yanvar 2023 " Bakı qışa tam hazırdır"
09 Yanvar 2023 Bakı istiqamətində uzunluğu 1 km-ə çatan tıxac yarandı - VİDEO
06 Yanvar 2023 Hökməlidə hökm sürən antisanitariya - VİDEO
06 Yanvar 2023 İtlərin hücumuna məruz qalan 41 yaşlı qadın öldü - Video

Xəbər lenti