|
Ötən sayımızda paytaxtın Xətai rayonunda yerləşən, məhşur “Bakı”kinoteatrında gördüyümüz neqativ əməllərdən yazmışdıq.Müstəqilliyin ilk illərində, kecid dövründə özəlləşdirilən bu kinoteatrda artıq mədəniyyət ənənələrindən əsər əlamət qalmayıb desək yanılmarıq.Ticarət mərkəzini xatırladan bu kinoteatrının binasını görəndə fikirləşirsən ki, kinomuzun bərbad günə düşməsində günahkarlar elə də üzaqda deyil...
Həmin məqalədən sonra redaksiyamıza zəng vuran oxucularımızdan biri qeyd etdi ki, yeni mədəniyyət naziri Anar Kərimova bir qrup ziyalı müraciət etmək fikrindədir.Oxucumuz nazirdən özəlləşdirilən kinoteatların özəlləşdirilməsinin ləğv olunması ücün hökümət qarşısında təklif irəli sürməyi və bu istiqamətdə hərəkətə kecməyin vaxtı olduğunu bildirdi.
Bu məsələ ilə bağlı redaksiyamızın iqtisadcı- eksperti Vəkil Rüstəmov bildirdi ki, hökümət özəlləşdirilən kinoteatrların və digər mədəniyyət binalarının özəlləşməsini ləğv edə bilər. Cünki həmin obyektləri özəlləşdirən işbazlar yalnız özlərini fikirləşirlər, gəliri gizlədirlər.Əgər belə hallar aşkarlanarsa büdcəyə xeyli vəsaitin daxil olması təmin edilmiş olar.
Qeyd edim ki,ötən yazımızda məhz bu məsələni işıqlandırdığımız ücün ictimayyət tərəfindən rəğbətlə qarşılanmışdır.Adını iş adamı qoyan “Bakı” kinoteatrının rəhbərliyinin əməllərini görmək ücün adiyyəti orqanların əməkdaşlarının hec də uzağa getməsi məsləhət deyil.Necə olur bir jurnalistin gördüyünü cavabdeh təşkilatlar görməzdən gəlir? Hökümət adamlarından,səlahiyyət sahiblərindən xahişimiz odur ki, həmin ərazini ziyarət etməklə bizim dediklərimizin nə dərəcədə həqiqət olub-olmadığını aşkara cıxarmaq lazımdır.
Bizə hədə-qorxu gələn,özünü “Bakı”kinoteatrının rəhbəri kimi qələmə verən Adəm kimilər dövlətdən gizlətdikləri vəsaitləri büdcəyə qaytarmalıdır.Müharibədən təzə cıxmış bir dövlətin sahibkarı niyə qara mühasibatlıqdan iştifadə etməlidir? Yəqin Adəm müəllim isti otaqda əyləşəndə unudub ki, qışın sazağında səngərdə düşmənlə üz-üzə dayanan əsgər onun kimilərin dövlətə ödədiyi verginin hesabına qidalanır,məvacib alır.Əgər Adəm kimilərə ciddi nəzarət olsa,qara kassa əməliyyatı ifşa olunsa büdcəyə daxilolmalar xeyli artar,belə işbazlar danışıq tərzini öyrənər.
“Bakı” kinoteatrının rəhbərliyinin Bakı şəhər icra hakimiyyətinin və Xətai rayon rəhbərliyindən niyə qorxmadığını Adəmin oturuşundan bilmək olur.Deyilənə görə “Bakı” kinoteatrında icarədən yığılan milyonlarla manat vəsait kinoteatrın binasının saxlanmasından cox başqa məqsədlər ücün istifadə olunur.Hec bir qruplaşmaya daxil olmayan Adəm müəllim işini elə qrub ki,ilk baxışdan elə bilirsən burada elə bir gəlir yoxdur. Adəm demiş,köhnə,ücüq-sökük binada nə gəlir? Və belə görkəmlə kinoteatrın ərazisində o məhşur cayxana tikdirəndə şəhər rəhbərliyinin hec xəbəri olmayıb. Əhsən,Adəm sənə!
Sonda qeyd edim ki,kinoteatrın əsl sahibi kimi İslam Babayevin də adı cıkilir.Babayev qardaşlarının Azərbaycan kinosuna necə xidmət etdiyini araşdırmaq ücün kecmişə nəzər salmaq lazımdır.Bu məsələnin araşdırmasını saxlayaq gələn sayımıza.İndi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları bizə cavab versinlər ki,bu kinoteatrın əsl sahibi kimdir?Və burada icarəyə verilən obyektlərdə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi hansı vəziyyətdədir? Burada calışanların əmək müqavilələri varmı?Yoxsa,əmək müfəttişləri elə Adəm müəllimin hədə-qorxusuna “uyub” buralara gəlmirlər. Burada işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi necə tənzimlənir? İşçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlillərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə və əmək qanunvericiliyinin tələblərinə uyğun digər istiqamətlərdə dövlət nəzarətini elə Adəm müəllim həyata kecirirmi?Yəqin ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları bu ərazidə monitorinq aparsalar bir cox qaranlıq məsələlərin üstü acılacaq.
Gələn sayımızda Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının bu əraziyə niyə gəlmədiklərinin səbəblərini araşdıracağıq.
Araşdırmamız davam edir,ətraflı gələn sayımızda.
Əks tərəfin mövqeyini dərc etməyə hazırıq.
Araz Elsəs