“Bakı” kinoteatrının rəhbərliyi ölkə başcısının cıxışından xəbərsizdir

“Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım”

 

Bir vaxtlar  Bakıda 20-yə yaxın kinoteatr fəaliyyət göstərirdi. "Araz", "Vətən", "Dostluq", "Sevinc", "Azərbaycan", "Şəfəq", "Sülh", "Moskva", "Pioner", "Bakı", "Nizami" kimi  kinoteatrlarında filmlərə baxmaq üçün insanlar saatlarla növbə gözləyirdilər.

Müstəqillik əldə olunandan sonra kecid dövrü ilə əlaqədar olaraq insanların  gündəlik qayğıları o qədər artdı ki, mədəni istirahətə-kinoteatralara getməyə nə imkan, nə də vaxt olmadı.Belə olan halda tamaşaçı üzünə həsrət qalan bəzi kinoteatrların rəhbərləri bundan məharətlə istifadə edib kinoteatrları özəlləşdirdilər.Şəhərin mərkəzində yerləşən bəzi kinoteatr binaları yerlə-yeksan edildi, yerində çoxmərtəbəli binalar tikdilər.

Paytaxtın Əhmədli qəsəbəsində yerləşən "Bakı" kinoteatrının rəhbəri İslam Babayev kecid dövrünün cətinliklərindən məharətlə istifadə edənlərdəndi. Həmin vaxt İslam müəllim özəlləşdirdiyi kinoteatr binasını zaman-zaman ticarət obyektlərinə icarəyə verməklə sərvətini artırmaqla məşğuldur. Düzdür, Pandemiya ilə əlaqədar olaraq kinoteatrlar işləməsə də İslam müəllimin icarəyə verdikləri obyektlərin hamısı işlək vəziyyətdə olublar. Kecmiş mədəniyyət naziri Polad Bülbüloğlunun dövründə özəlləşdirilən "Bakı" kinoteatrının rəhbərliyi bü gün icarədarlardan nə qədər rüsüm yığıb vergi verir?Bu suala cavab tapmaq ücün kinoteatrın rəhbərliyi ilə görüşmək istədik. Dedilər ki,bura Adəm adlı bir şəxs rəhbərlik edir.Adəm müəllim suallarımızı eşidən kimi əsəbləşdi.Söhbət zamanı Adəm müəllim bildirdi ki, Sizə nə var mən nə qədər vergi verirəm.Onu Vergilər Nazirliyi məndən soruşa bilər.

Kinoteatrın ərazisində yerləşən və sonradan tikilən cayxananın sənədlərin olub-olmadığını,İcra Hakimiyyətindən tikinti ücün nə vaxt sərəncam verilib-verilmədiyini öyrənmək cəhdimiz isə baş tutmadı.Adəm müəllim elə əsəbləşdi ki,suallarımıza cavab almadan təhlükəsizlik naminə ərazini tərk etməli olduq.

Dəfələrlə öz cıxışlarında “jurnalistlər mənim dostumdur” deyən ölkə başcısı İlham Əliyevin dediklərindən xəbərsiz Adəm müəllim hətta bizə hədə-qorxu gəlməkdən belə cəkinmədi.Bir də ki,niyə də gəlməsin.Belə yerdə atalarımız yaxşı deyiblər: “Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım”.Deyilənə görə, arxalarında böyük bir qruplaşmanın durduğu “Bakı”kinoteatrının rəhbərliyi hec Xətai rayon icra hakimiyyətinin işcilərini də saymır.

Öyrəndik ki,kinoteatr özəlləşəndə mədəniyyətimizin bu sahəsindəki ənənələri qoruyub saxlamaq ücün sahibkarlara xüsusi tapşırıq verilib.Düzdür,”Bakı” kinoteatrının rəhbərliyi bu ənənələrə sadiq qalıb.Amma rəhbərlik bu ənənələri əlində əsas götürərək digər qanunsuzluqlara imza atlr.Belə ki,aldığımız məlumata görə, kinoteatrın binasında fəaliyyət göstərən icarədarlardan icarələr ikili mühasibatlıq sistemi ilə yığılır.Məsələn,bağlanmış müqavilədə bir rəqəm,Adəm müəllimin dəftərində isə başqa rəqəm mövcuddur. Hətta ötən ildən başlayan pandemiya dövründən bu günə qədər hec bir icarədara güzəşt edilməyib.Hətta bəzi icarədarlar kinoteatr rəhbərliyinin belə rəhmsiz hərəkətlərinə dözməyib müqavilələrini ləğv ediblər.Bütün bunlara baxmayaraq rəhbərlik Vergilər Nazirliyinə pandemiya dövründə icarə haqqı verilmədiyini bildirib. Amma bizim apardığımız araşdırmalar bir daha göstərir ki,burada icarədarlara hec bir güzəşt olunmayıb.Yəqin ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları bu məsələləri araşdırsalar yaxşı olar.Cünki hal-hazırda “Bakı”kinoteatrına cavabdeh Adəm müəllim nədənsə onların suallarına cavab verəcəyini bildirdi.Görəsən NİYƏ?

Araşdırmamız davam edir,ətraflı gələn sayımızda.

Əks tərəfin mövqeyini dərc etməyə hazırıq.

Araz Elsəs


Xəbər lenti