|
30 noyabr 2018-ci il tarixində “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna edilən dəyişikliyə əsasən, bu günə qədər mənzillərdən yığılan xidmət haqlarına tətbiq edilən vahid tarif ləğv edilib. Bu o deməkdir ki, Mənzil İstismar Sahələri (MİS) əhalidən mənzil pulu yığa bilməzlər. Amma MİS-lər hələ də sovet dövründən qalmış sistemlə çalışaraq, fəaliyyətlərini mənzil idarəçiliyi ilə bağlı müxtəlif istiqamətlərdə davam etdirirlər.
Bu azmış kimi, Azərbaycanda heç bir funksiyası olmayan Mənzil İstismar Sahələri (MİS) - “JEK”lər “fəaliyyət”lərini genişləndirərək qanunsuz pul yığımına da başlayıb.
Modern.az xəbər verir ki, 2022-ci il üçün mənzillərdən xidmət haqları yığan “JEK” əməkdaşları tariflərin artırıldığını elan ediblər.
Suraxanı rayonu Qaraçuxur qəsəbəsində fəaliyyət göstərən “JEK” əməkdaşı illik ödənişin 10 manat artırıldığını bildirib. Bu azmış kimi artımın 2020-2021-ci illərə də şamil olunduğunu diqqətə çatdırıb və əvvəlki iki ilin ödənişini də tələb edib. Məsələni öz aləmində sakinlərə izah edən “JEK” əməkdaşı artımın pandemiya zamanı edildiyini, amma bunun narahatlıq doğurmaması üçün insanlara açıqlanmadığını deyib. Buna rəğmən, əvvəlki iki ilin də artımının ödənilməli olduğunu vurğulayıb.
Ümumiyyətlə, ödənişlərin nəyə sərf edildiyini soruşduqda “JEK” əməkdaşı bunun işçilərin maaşına xərcləndiyini bildirib.
Heç bir xidməti olmayan əməkdaşlara vətəndaşın maaş üçün pul ödəməsi isə ayrı bir problemdir.
Məsələ burasındadır ki, tələb edilən əvvəlki ilin artımları tam qanunsuzdur. Qanunvericiliyə əsasən, qəbul edilən hər hansı yeni qərar geriyə şamil edilmir.
Qeyd edək ki, uzun illərdir Azərbaycanda heç bir işə yaramayan və fəaliyyət sahəsi olmayan “JEK”lərin ləğvi gündəmdədir. Bir müddət əvvəl “Azərbaycan Respublikasında milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”nin 2017-2021-ci illər üzrə monitorinq və qiymətləndirmə hesabatına dair mətbuat konfransında çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı 2022-2026-cı illər üzrə Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında ölkədə mənzil-kommunal istismar sahələrinin (MKİS) ləğvinin yer aldığını deyib.
Abşeron rayonunun Masazır qəsəbəsində küçə zibilliyə çevrilib.
Şəmkir Rayon İcra Hakimiyyəti Bakı şəhərində avtomobilin yaşıllıqlar üzərində park edilməsi ilə bağlı xəbərə aydınlıq gətirib.
Sosial şəbəkədə qazlı içki şüşəsində xəstəyə sistem qoşulması ilə bağlı görüntü yayılıb.
Görüntünün 1 saylı Kliniki Tibbi Mərkəzdə çəkildiyi iddia olunur.
“Qafqazinfo” məsələ ilə bağlı 1 saylı Kliniki Tibbi Mərkəzlə əlaqə saxlayıb. Tibb müəssisəsindən sorğumuza cavab olaraq bildirildi ki, məsələ araşdırılıb və təsdiqini tapmayıb.
Bakıda Mərkəzi Nəbatat Bağında ağacların kəsilməsi barədə məlumat yayılıb.
Bakıda Yasamal rayonu ərazisində yerli əhaliyə "paraşok"lu su verilib.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə şikayət daxil olub.
Bildirilir ki, dünən axşam Mirəli Seyidov küçəsində yerləşən 18-ci binanın sakinləri kranı açarkən yararsız su ilə rastlaşıblar. Vətəndaşlardan biri "paraşok"lu suyu lentə alaraq bunu sübut kimi saxlayıb.
İddiaya əsasən, ardınca "Azərsu" ASC ilə əlaqə saxlayan sakinlərdən birinə deyilib ki, borular yuyulduğu üçün belə bir vəziyyət yaranıb. Lakin əvvəlcədən vətəndaşlara heç bir xəbərdarlıq edilməyib.
67 yaşlı qadın sağ olduğu halda ölmüş kimi qeydiyyata alınıb.
Bir müddət bundan əvvələ qədər kütləvi informasiya vasitələrinə, habelə aidiyyatı olan bütün dövlət qurumlarına mövcud ekoloji problemlərlə əlaqədar ən çox şikayət xarakterli məktub və ərizələrin daxil olduğu paytaxt rayonlarından biri Xətai rayonu idi. Daha dəqiq desək bu müraciətlərdə ekoloji problemlərdən daha çox rayonun ekologiyasına vurulan ziyandan, bu xüsusda törədilən qanun pozuntularından məlumatlar təqdim olunurdu. Rayon ərazisində müxtəlif ünvünlarda davamlı olaraq ağacların kəsilməsi, yaşıllıqların məhv edilməsi ilə bağlı açıqlamalar verilirdi.
Nəhayət, 2019-cu ilin sonlarına yaxın Xətai Rayon İcra Hakimiyyətinin rəhbərliyində baş verən məlum dəyişiklikdən sonra sakinlərdə belə bir əminlik yaranmışdı ki, artıq bu problem öz həllini tapacaq. Lakin cərəyan edən hadisələr göstərir ki, bu gözləntilər hələ də özünü doğrultmayıb. Bəzi mənbələrin rəyinə görə Xətai rayonu ağacların qanunsuz kəsilməsinə görə paytaxt rayonları arasında arzuolunmaz birinciliyi hələ də özündə saxlayır.
Bu gün Xətai rayonu ərazisində fundamental tikililər üçün böyük sahələrdə yaşıllıqların qırılması təcrübəsi bir qədər səngisə də, eyni prosesin daha kiçik miqyaslarda, lakin daha böyük intensivliklə həyata keçirildiyi müşahidə olunur. Məsələ bundadır ki, hazırda bu rayonda fəaliyyət göstərən bir çox dırnaqarası “iş adamları” biznes fəaliyyətlərini həyata keçirmək üçün xalq arasında “gecəqondu” adlandırılan obyektlərə üstünlük verirlər. Bir zamanlar bu ifadə ilə qanunsuz tikilmiş həyət evlərinə işarə edərdilər. Çünki bu evlər son dərəcə yığcam həcmdə olmaqla bir və ya iki gecə ərzində tikilib hazır olurdular. Amma bu gün Xətai rayonu ərazisində bir gecə ərzində peyd olan ticarət obyektləri kənarda, hansısa ixtisaslaşmış müəssisə və ya sexlərdə plastik (və yaxud da alüminium) karkas əsasında yığılıb hazır edilir və sonradan gətirilərək müəyyən edilmiş ərazidə quraşdırılırlar. Əlbəttə ki, bu obyektin yerləşdirilməsi üçün rayon ərazisində boş yerlər artıq çoxdan tükənib. Buna görə də hər növbət belə “gecəqondu”ya yer ayırmaq üçün bir neçə ağac kəsilir. Sakinlərin də gördükləri bu olur ki, dünən yanından ötüb keçdikləri yaşıllıq sahəsinin yerində bu gün artıq yeni bir “gecəqondu” obyekti fəaliyyət göstərir. Məsələn, son quraşdırılmış belə obyektlərdən biri də bu günlərdə rayonun Məhəmməd Hadi küçəsində fəaliyyətə başlayıb...
Yaxşı bəs görəsən sakinlərin gördükləri bu mənzərəni Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin və ən nəhayət Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşları niyə görmürlər? Bəlkə sakinlər arasında “qarabasma” sindromu yayılıb? Amma yox, mən hardasa oxumuşam ki, “qarabasmalar” kütləvi şəkildə baş vermir. Onda belə çıxır ki, qarşı tərəfin gözlərini nə iləsə bağlayıblar..?
Sabiq xarici işlər naziri Elmar Məmmədyarov vəzifədən çıxarıldıqdan sonra ilk dəfə görünüb.