“JEK”lər də xidmət haqlarını artırdı: Əvvəlki illərin artımı da tələb edilir



30 noyabr 2018-ci il tarixində “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna edilən dəyişikliyə əsasən, bu günə qədər mənzillərdən yığılan xidmət haqlarına tətbiq edilən vahid tarif ləğv edilib. Bu o deməkdir ki, Mənzil İstismar Sahələri (MİS) əhalidən mənzil pulu yığa bilməzlər. Amma MİS-lər hələ də sovet dövründən qalmış sistemlə çalışaraq, fəaliyyətlərini mənzil idarəçiliyi ilə bağlı müxtəlif istiqamətlərdə davam etdirirlər.

Bu azmış kimi, Azərbaycanda heç bir funksiyası olmayan Mənzil İstismar Sahələri (MİS) - “JEK”lər “fəaliyyət”lərini genişləndirərək qanunsuz pul yığımına da başlayıb.

Modern.az xəbər verir ki, 2022-ci il üçün mənzillərdən xidmət haqları yığan “JEK” əməkdaşları tariflərin artırıldığını elan ediblər.

Suraxanı rayonu Qaraçuxur qəsəbəsində fəaliyyət göstərən “JEK” əməkdaşı illik ödənişin 10 manat artırıldığını bildirib. Bu azmış kimi artımın 2020-2021-ci illərə də şamil olunduğunu diqqətə çatdırıb və əvvəlki iki ilin ödənişini də tələb edib. Məsələni öz aləmində sakinlərə izah edən “JEK” əməkdaşı artımın pandemiya zamanı edildiyini, amma bunun narahatlıq doğurmaması üçün insanlara açıqlanmadığını deyib. Buna rəğmən, əvvəlki iki ilin də artımının ödənilməli olduğunu vurğulayıb.

Ümumiyyətlə, ödənişlərin nəyə sərf edildiyini soruşduqda “JEK” əməkdaşı bunun işçilərin maaşına xərcləndiyini bildirib.

Heç bir xidməti olmayan əməkdaşlara vətəndaşın maaş üçün pul ödəməsi isə ayrı bir problemdir.

Məsələ burasındadır ki, tələb edilən əvvəlki ilin artımları tam qanunsuzdur. Qanunvericiliyə əsasən, qəbul edilən hər hansı yeni qərar geriyə şamil edilmir.

Qeyd edək ki, uzun illərdir Azərbaycanda heç bir işə yaramayan və fəaliyyət sahəsi olmayan “JEK”lərin ləğvi gündəmdədir. Bir müddət əvvəl “Azərbaycan Respublikasında milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”nin 2017-2021-ci illər üzrə monitorinq və qiymətləndirmə hesabatına dair mətbuat konfransında çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı 2022-2026-cı illər üzrə Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında ölkədə mənzil-kommunal istismar sahələrinin (MKİS) ləğvinin yer aldığını deyib.

Bölmənin digər xəbərləri

29 Mart 2023 Gəncədə aptekdə çaytikanı adı altında günəbaxan yağı satılırmış - FOTO
27 Mart 2023 Bakıda kilosu 195 manata alça satılır - FOTO
07 Mart 2023 ŞOK: Uşaq bağçası adı altında yaşayış binası tikilir - Burası AZƏRBAYCANDIR!
22 Fevral 2023 Azərbaycanda görünməmiş oğurluq - Kəndin körpüsünü söküb apardılar
14 Fevral 2023 Azərbaycanda eşşək piyada keçidindən keçdi - VİDEO
31 Yanvar 2023 Mağazadan çörək aldı, içindən görün nə çıxdı - VİDEO
12 Yanvar 2023 Sürücüdən ağlasığmaz addım: Sərnişinlərin həyatını təhlükəyə atdı - VİDEO
09 Yanvar 2023 Taksilərin qiymətini kəskin qaldırdı - 3 manatdan, 18 manata - FOTO
27 Dekabr 2022 Bakıda falçı fırıldağı: “500 manat verməsən, oğlun öləcək”
08 Sentyabr 2022 Məktəb, yoxsa qadağan olunan zona? - VİDEO
10 Avqust 2022 Masazırda zibil problemini qoyunların köməyilə “həll edirlər” - VİDEO
19 İyul 2022 Yaşıllıqları məhv edən maşının hansı quruma məxsus olduğu BİLİNDİ - YENİLƏNİB + FOTO
03 İyun 2022 İçki qabında xəstəyə sistem köçürülür? - Foto
04 May 2022 Bakıda Nəbatat Bağında ağaclar kəsilir? - VİDEO
26 Aprel 2022 Motosikletçini döyən "Lexus" sürücüsünün vəzifəsi MƏLUM OLDU
05 Aprel 2022 Bakının bu rayonunda binalara "paraşok"lu su verilib - ŞOK GÖRÜNTÜ - VİDEO
26 Yanvar 2022 DSMF-nin 4 aydır "öldürdüyü" yaşlı qadın: "Mənim haram ölüb?" - VİDEO
28 Dekabr 2021 Xətai rayonunda “gecəqondu” obyektlərə yer ayırmaq üçün yaşıllıqlar məhv edilir
02 Dekabr 2021 Elmar Məmmədyarov üzə çıxdı - FOTO
30 Noyabr 2021 AMEA-nın obyektində əxlaqsızlıq yuvası aşkarlanıb

Xəbər lenti