|
Artıq bir-neçə gündən sonra yeni tədris ilinə start veriləcək. Ancaq hələ də yararsız halda olan məktəblərə gedəcək şagirdlərimiz var. Elə Şəkinin mərkəzində yerləşən 18 saylı təhsil ocağının şagirdləri kimi.
1947-ci ildə İkinci Dünya müharibəsindən sonra alman əsirləri tərəfindən hospital kimi inşa edilən bina indi məktəb kimi fəaliyyət göstərir. Uzun müddət istismar olunduğundan bina artıq qəzalı vəziyyətə düşüb və bu vaxta qədər bir dəfə də olsun təmir olunmayıb.
Məktəbin acınacaqlı vəziyyəti ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, bu tədris ilindən məktəbin tikintisinə start veriləcək.
İndi 18 saylı məktəbin 700-ə yaxın şagirdi və müəllim heyəti səbirsizliklə verilən vədin reallaşacağı günü gözləyirlər.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik: