|
Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evindən şikayət var.
Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Orada qalan uşaqlardan biri iddia edib ki, müəssisədə uşaqlara quru çörək verirlər:
“Uşaq evinə gələn ərzağı aparırlar. Ətin sümüyünü bişirirlər, özünü aparırlar. Meyvələri, südü aparırlar”.
O qeyd edib ki, direktor onun ömürlük psixi sağlamlıq mərkəzinə yerləşdirilməsi üçün polis bölməsinə müraciət edib və telefonunu əlindən alıb.