Bakıda Sabunçu rayonu ərazisində yerləşən Ramanı südçülük savxozu adlanan ərazidə acınacaqlı mənzərə hökm sürür.

 

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Məlumata görə, ərazidə mövcud olan kanal yerli sakinlər tərəfindən zibillik mənbəyinə çevrilib. Üstəlik ərazidə həm də üfunət iyindən də dayanmaq olmur.

Mövcud vəziyyətlə bağlı iki həftədən bir kanal təmizlənsə də, oranı təmiz görmək müşkül məsələyə çevrilib.

Görüntüləri olduğu kimi təqdim edirik:

 
BAKU.WS
VİDEO