"UŞAĞINA GÜN AĞLA!" NECƏ OLUR?




Hz. Adəmin Allah dərgahında qurbanı qəbul edilməyən oğlu Qabil qurbanı qəbul edilən qardaşı Habili qısqanclıq zəminində qətlə yetirir. Bu, bəşər tarixində ilk qətl hadisəsidir. Qurani-Kərim bu barədə deyir: “Nəfsi Qabili qardaşını öldürməyə sövq etdi, onu öldürdü və ziyana uğrayanlardan oldu” (5/30). Peşman olan Qabil ölmüş qardaşının cəsədi ilə nə edəcəyini bilmirdi. Bu, bəşər tarixində həm də ilk insan ölümü idi. Qabil, yeri eşib ölmüş həmcinsini torpağa quylayan qarğadan nümunə götürür və qardaşını dəfn edir. Qurani-Kərim olayı belə təsvir edir: “Allah qardaşının cəsədini necə basdırmağı ona göstərmək üçün yer eşən bir qarğa göndərdi. Qabil dedi: “Vay halıma! Bir qarğa qədər olub qardaşımın cəsədini basdıra bilmərəm?” (5/31).
Bəli, ibrət almağımız üçün dünyada və kainatda saysız-hesabsız əlamətlər var. Bəşər övladı, təəssüf ki, çox vaxt bunlardan bəhrələnmir.
Bu gün ölkəmizdə Qabillər nəfsani istəklərinə uyub mal-dövlət hərisliyi, korrupsiya, rüşvət, oğurluq və talançılıq zəminində Habilləri yaralayır, onların haqqını yeyir və ya qətl edirlər.
Təəssüf ki, XXI əsrdə cahilliyin Qabil dönəmini yaşayırıq. Aparıcı bir dəb düşüb: "Uşağına gün ağla!" Nədir bu "uşağına gün ağla"? Cavab:
"Əlinə vəzifə, fürsət keçdimi, dayanma, rola gir, iş görüntüsü yarat, mədhiyyələr söylə, sonra saxtakarlıq et, çap, tala, aldat, rüşvət al, milli maraqları sat və s., yaxud rüşvət vermək üçün ək, becər, dana saxla, qoyun otar, onu da bacarmırsansa, get Rusyetə, Türkiyəyə, killer ol, oğurluq elə, əlinə pul dolaşdır, gəl puldan bas, uşağını qoy ədəbli universitetlərin nüfuzlu fakültələrindən birinə, qurtarsın, yenə puldan bas, keçir vəzifəyə, pul yığsın, verib keçsin tərbiyəli və möhtərəm rektor vəzifəsinə, həyatı gözəl görən məsum tələbələrin sevgisini qazansın, ağlatsın bu millətin anasını. Bəs necə? Uşağına gün ağlamalısan, ya yox?! İstərsən uşağına şərab zavodu açdırarsan, istərsən Kataloniyada Anitaların ağuşunda 2-3 milyonluq saat kolleksiyaları düzəltdirərsən. Bəs necə, uşağına gün ağla!"
Əfsus! Belə xəstə təfəkkür tərzi hakimdir! Allahın bir xalq kimi bizə verdiyi fürsəti dəyərləndirə bilmədik. Ölkənin gəlirlərini dağıtdıq, nəhəng vergilərdən yayındıq, ayrılan milyon və milyardları mənimsədik, dövlətin büdcəsini viran qoyduq. Bununla, özümüzün də, "gün ağladığımız" uşaqlarımızın da başına yekə bir daş saldıq, amma fərqinə varmadıq!
Ey ibtidai təfəkkürlü, heyvan xislətli bədbəxt məxluq! Müasir dünyada uşağına gün ağlamaq istəyirsənsə, hüquqi dövlətin oturuşmasına, onun zəngin, sarsılmaz olmasına çalış, dövlət büdcəsinə əl uzatma, onu göz bəbəyi kimi qoru ki, o da səni və övladlarını qorusun!
Sarsılmaz dövləti olmayan vətəndaşın milyardları da olsa, sonda özü də, pulu da qurd-quşa yem olacaq. Məsələn, Rövnəq Abdullayevin oğlu 2 milyonluq saatı oğurladır, bankirin arvadı Zamirə Hacıyeva London küçələrində Azərbaycan xalqından oğurladığı milyonlar cibində o marketdə, bu məhkəmədə, künc-dalanda oğru qismində saxlanılır, alçaldılır, əri türmədə, özü küçədə. "N" qədərdir belə nümunələr və bundan da pisləri. Lənət qabına çevriliblər. Pis olan odur ki, özləri cəhənnəm, bir dövlət, bir xalq bu yaramazların əməllərindən əziyyət çəkir.
Vaxtında tədbir görülsəydi, onları da, xalqın və dövlətin maraqlarını da xilas etmək olardı. Birinin övladı qızıldan olan unitazını götürüb Amerikaya qaçır, başqa vəzifəlilər dünya ölkələrində milyardlıq villalar salır, saunalar, basseynlər düzəldir, bir sözlə, ölkəni dağıdır, xalqın varidatını viran edirlər. Bəşər adına ləkə olan bu məxluqların sayı çox, fəaliyyət miqyasları genişdir.
Əslində, müvafiq qanun qəbul edib bu qəbildən olan insanlıq düşmənlərini güllələmək, yaxud edam hökmü ilə zərərsizləşdirmək ən effektli yol olardı. Əks təqdirdə, onlar insanlıq adına olan bütün dəyərləri məhv edəcəklər. Millətin faciəsi çəyirtkə sürüsü kimi insanlıq üzərinə şığıyan bu canlıların fəaliyyəti ilə bağlı deyildirmi?! Erməni quldurları 44 gün ərzində zərərsizləşdirildilərsə, bütöv bir milləti və dövləti hədəf almış daxili banditlərin zəzərsizləşdirilməsi daha çox vaxt tələb edir.
Dövlətinə yox, "uşağına gün ağla"nın acı aqibəti budur. Halbuki uşağını düşününən kəs ilk növbədə dövlətini düşünər. Görünən odur ki, bu ziyanvericilər heç vaxt özlərini və uşaqlarını düşünə bilməyiblər, çünki dövləti talan edib ciblərinə yığmaqla əbədi xəyanət ediblər. Bunu yalnız düşmən edə bilər. İbrət götürənlər isə çox azdır. Bəlkə də, adekvat cəzanın olmaması buna rəvac verir.
PS. Əgər bu kütləvi məhvetmə şəbəkəsinə qarşı səfərbər olunmasaq, inanın ki, ölkə əldən gedə bilər. Bu iş tək bir nəfərin işi deyil, yəni Prezidentin Sərəncam verib işdən azad etməsi ilə iş bitmir və təhlükə sovuşmur. Hər kəs vətəndaşlıq borcunu yerinə yetirməlidir.

İdris Abbasov
filologiya elmləri doktoru, professor

Bölmənin digər xəbərləri

29 Mart 2023 Gəncədə aptekdə çaytikanı adı altında günəbaxan yağı satılırmış - FOTO
27 Mart 2023 Bakıda kilosu 195 manata alça satılır - FOTO
07 Mart 2023 ŞOK: Uşaq bağçası adı altında yaşayış binası tikilir - Burası AZƏRBAYCANDIR!
22 Fevral 2023 Azərbaycanda görünməmiş oğurluq - Kəndin körpüsünü söküb apardılar
14 Fevral 2023 Azərbaycanda eşşək piyada keçidindən keçdi - VİDEO
31 Yanvar 2023 Mağazadan çörək aldı, içindən görün nə çıxdı - VİDEO
12 Yanvar 2023 Sürücüdən ağlasığmaz addım: Sərnişinlərin həyatını təhlükəyə atdı - VİDEO
09 Yanvar 2023 Taksilərin qiymətini kəskin qaldırdı - 3 manatdan, 18 manata - FOTO
27 Dekabr 2022 Bakıda falçı fırıldağı: “500 manat verməsən, oğlun öləcək”
08 Sentyabr 2022 Məktəb, yoxsa qadağan olunan zona? - VİDEO
29 Avqust 2022 “JEK”lər də xidmət haqlarını artırdı: Əvvəlki illərin artımı da tələb edilir
10 Avqust 2022 Masazırda zibil problemini qoyunların köməyilə “həll edirlər” - VİDEO
19 İyul 2022 Yaşıllıqları məhv edən maşının hansı quruma məxsus olduğu BİLİNDİ - YENİLƏNİB + FOTO
03 İyun 2022 İçki qabında xəstəyə sistem köçürülür? - Foto
04 May 2022 Bakıda Nəbatat Bağında ağaclar kəsilir? - VİDEO
26 Aprel 2022 Motosikletçini döyən "Lexus" sürücüsünün vəzifəsi MƏLUM OLDU
05 Aprel 2022 Bakının bu rayonunda binalara "paraşok"lu su verilib - ŞOK GÖRÜNTÜ - VİDEO
26 Yanvar 2022 DSMF-nin 4 aydır "öldürdüyü" yaşlı qadın: "Mənim haram ölüb?" - VİDEO
28 Dekabr 2021 Xətai rayonunda “gecəqondu” obyektlərə yer ayırmaq üçün yaşıllıqlar məhv edilir
02 Dekabr 2021 Elmar Məmmədyarov üzə çıxdı - FOTO

Xəbər lenti