|
![]() |
![]() |
![]() |
Bir neçə gün əvvəl peşə bayramlarını qeyd edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir qrup əməkdaşı Prezident İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif edildi. Bir tərəfdən, peşə bayramının, digər tərəfdən isə sözügedən mükafatlandırmanın sevincini yaşayan nazirlik əməkdaşları yəqin ki, Bakının Nizami rayonunda böyük bir yaşıllıq sahəsinin məhvolma təhlükəsi ilə üz-üzə qalmasından xəbərsizdirlər. Əks təqdirdə, bu rəzalətə laqeyd qalmazdılar. Məsələ burasındadır ki, Şərifli-25 ünvanında, Nəsimi küçəsi ilə kəsişən yerdə böyük bir ağaclıq sahəsi xeyli vaxtdır ki, dəmir hasara alınıb. Bunun da nəticəsində həmin ağacların sulanması məsələsi mümkünsüz olub. Belə davam edərsə, bir müddət sonra ərazidəki ağacların tamamilə quruyub məhv olması qaçılmaz olacaq. Görünür ki, ağacları dəmir hasarda mühasirəyə alanların da məqsədi elə budur.
Susuzluqdan qurumaq ərəfəsində olan ağaclar sanki haray qopararaq dil açmaq istəyir, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə üz tutaraq “bizi girovluqdan qurtarın” deməyə çalışırlar.
Ağacları amansızcasına dəmir hasara alanlar, çox güman ki, Bakı şəhər İcra Hakimiyyətinin və digər aidiyyatı qurumların “saqqalı”nın altından keçiblər. Yoxsa ki, kim belə bir iş görməyə cəsarət edərdi?
Onu da qeyd edək ki, yaxınlıqda yaşayan sakinlərin dediyinə görə, həmin ərazidəki ağaclar ötən əsrin 70-ci illərində, ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi ilk vaxtlarda əkilib və hər zaman əraziyə lazımi qulluq göstərilib. Ulu Öndərimizin təbiətə, yaşıllığa necə qiymət verməsi, ağaclar haqqında hansı məşhur ifadələri işlətməsi isə yəqin ki, heç kəsin yadından çıxmayıb. Təkcə sözügedən yadından çıxmayıb. Təkcə sözügedən ərazidəki ağacları məhv etməyə çalışan bəzi “işbaz”lardan başqa…