“Baydenin bəyanatı Zəngəzur dəhlizinə qarşı yönəlmiş addımdır”

“Baydenin bəyanatı Zəngəzur dəhlizinə qarşı yönəlmiş addımdır”
 

 

“ABŞ prezidenti Cozef Baydenin “erməni soyqırımı”nı məhz indi tanıması sırf geosiyasi addımdır və xüsusilə 44 günlük Vətən müharibəsindən sonra regionda mövqeləri xeyli zəifləmiş Vaşinqtonun ehtiyaclarından irəli gəlir. Bu bəyanat lokal miqyasda Ermənistandakı parlament seçkilərinə təsirsiz ötüşməyəcək. Regional anlamda isə təbii ki, Zəngəzur dəhlizinə qarşı yönəlmiş addımdır”.

 

Bu sözləri Milli Məclisin deputatı Elnur Allahverdiyev ABŞ prezidentinin “erməni genosidi”ni tanımasını şərh edərkən deyib.

Millət vəkilinin sözlərinə görə, “erməni genosidi” iddiasının heç bir hüquqi əsası yoxdur, çünki məhkəmə vasitəsilə sübuta yetirilməyib. Üstəlik, erməni tərəfi məsələni məhkəməyə çıxarmaqdan və arxivlərini açmaqdan qorxur. “Türkiyə ABŞ üçün artıq İkinci Dünya Müharibəsindən sonrakı ölkə deyil. Türkiyə müstəqil xarici siyasət yeridən, güclü hərbi-siyasi vahiddir. Türkiyə ilə geniş geosiyasi arealda hesablaşmaq lazımdır. Ona görə də qardaş ölkə ABŞ-ın ehtiyacları baxımından maraqlı deyil. Çox güman ki, biz Vaşinqtonun prioritetlərinin praktiki dəyişilməsini müşahidə edirik. Məsələn, ABŞ-ın Ermənistan paytaxtında ən iri səfirliklərindən birini açmasına da bu qəbildən baxmaq lazımdır” – deyə deputat bildirib.

E.Allahverdiyev hesab edir ki, Yerevanda eyforiya sürsə də, ermənilər bir müddət sonra bu qərarın onları dalana saldığını hiss edəcəklər: “Parlament seçkiləri ərəfəsində Rusiya hər vəchlə çalışır ki, nəticələri xeyrinə çevirsin. Dağlıq Qarabağda rus sülhməramlılarının narazılığımıza səbəb olan davranışları, Ermənistanda eks-prezident Robert Koçaryanın qismində köhnə qvardiyanı reabilitasiya cəhdləri bu qəbildəndir. Hətta hakimiyyətə Qərbpərəst qüvvə kimi gələn Paşinyan da Moskvaya doğru reveranslar etmək məcburiyyətindədir. Bu baxımdan, şübhə yoxdur ki, ABŞ da geri qalmaq istəmir. Vaşinqtonda anlayırlar ki, bölgədə Rusiyaya məğlub olsalar, mövqelərini uzun müddət bərpa edə bilməyəcəklər”.

Deputatın fikrincə, “soyqırımı”nın tanınması eyni zamanda, Zəngəzur dəhlizinə qarşı yönəlmiş hərəkətdir. Çünki indi yaranmış vəziyyət Ermənistanla Türkiyənin perspektiv münasibətlərinə kölgə salır. “Baydenin nitqindən bir neçə saat əvvəl rəsmi Yerevanın XİN səviyyəsində “hər hansı şərtsiz” Türkiyə ilə münasibətlər qurmağa hazır olduqlarını bəyan etməsi də təsadüfi deyil. Ermənilər iki odun arasında qalıblar. 10 noyabr bəyanatının bəndlərindən biri Zəngəzur dəhlizini ehtiva edir. Bu dəhlizin təhlükəsizliyi Rusiyanın Federal Təhlükəsizlik Xidməti tərəfindən təmin olunmalıdır. Rusiya bu yolla Türkiyəyə və ardınca da Ərəb dünyasına açılmaq istəyir. ABŞ-ın müdaxiləsi bu niyyətin reallaşmasını əngəlləyən amildir. Ermənistan nə edəcək? Yaxın gələcəyin ən maraqlı və cavabı axtarılacaq suallarından biri məhz budur. Çünki 10 noyabr bəyanatının altında Rusiya prezidentinin imzası var” – deyə E.Allahverdiyev vurğulayıb. 

Millət vəkilinin qənaətinə görə, ABŞ-ın bu gedişi Türkiyəni ondan tamamilə uzaqlaşdıracaq və istisna deyil ki, Vaşinqton bununla geosiyasi va-banka gedir: “44 günlük müharibənin nəticələri ABŞ-ı regiondan kənarda qoyub. Baydenin problemə birbaşa təsir rıçaqları yoxdur, Vaşinqton faktiki olaraq nizamlama prosesində iştirak etmir, Minsk qrupu fəaliyyətsizdir. Postmüharibə dövrünün məhsulu olan iqtisadi layihələrin reallaşması Amerikanın təsir imkanlarını heçə endirir. Bu baxımdan, Bayden administrasiyasının kəmhövsələ hərəkəti anlaşılandır”

Bölmənin digər xəbərləri

29 Mart 2023 İnterneti, xəstəxanası olmayan kəndin sakinləri etiraza qalxdılar - VİDEO
16 Mart 2023 Qubada kənd sakinləri AYAĞA QALXDI: ”BU İŞİ DAYANDIRIN CƏNAB NAZİR” – REPORTAJ
16 Mart 2023 Quba meşələrində DƏHŞƏTLİ GÖRÜNTÜLƏR:”Nəfəsimizi belə kəsirlər”
15 Mart 2023 “XXI əsrdə Bakının mərkəzində hamamı olmayan uçuq-sökük evdə yaşayırıq” - ŞİKAYƏT
13 Mart 2023 İcra başçısı tibb işçilərinə küçədəki tullantıları təmizlətdirdi - FOTO
09 Mart 2023 Quruyan təkcə Kür deyil....
07 Mart 2023 Abşeronda 37 yaşayış binası “sahibsiz” qalıb - VİDEO
20 Fevral 2023 Bakıda bina su quyusunun üstündə tikilib? - Su basmış həyətin sakinləri şikayətçidir - FOTO/VİDEO
03 Fevral 2023 Apteklərdə bəzi dərmanlar niyə tapılmır? - VİDEO
02 Fevral 2023 Qubadakı küçənin acınacaqlı vəziyyəti ilə bağlı AÇIQLAMA - FOTO/VİDEO
31 Yanvar 2023 Hövsanda yollar bərbad vəziyyətdədir - VİDEO
30 Yanvar 2023 Xəzər dənizinin suyunun azalması ilə bağlı ŞOK AÇIQLAMA - RƏSMİ +VİDEO
24 Yanvar 2023 Günlərdir qalaqlanan məişət tullantıları - VİDEO
20 Yanvar 2023 Qanlı 20 Yanvar faciəsindən 33 il ötür
16 Yanvar 2023 Xırdalanda əhalinin üzləşdiyi acınacaqlı MƏNZƏRƏ - VİDEO
10 Yanvar 2023 Xətai rayonunda 35 ailənin həyatı təhlükədədir -
09 Yanvar 2023 " Bakı qışa tam hazırdır"
09 Yanvar 2023 Bakı istiqamətində uzunluğu 1 km-ə çatan tıxac yarandı - VİDEO
06 Yanvar 2023 Hökməlidə hökm sürən antisanitariya - VİDEO
06 Yanvar 2023 İtlərin hücumuna məruz qalan 41 yaşlı qadın öldü - Video

Xəbər lenti