ABŞERON SUVARMA SİSTEMLƏRİ İDARƏSİNDƏ TALANÇILIQ

 

Məlum olduğu kimi, ötən il iyulun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə su təsərrüfatında mövcud olan problemlər və görüləcək işlər müzakirə edilərkən, dövlətimizin başçısı öz nitqində Ona hər gün 10-dan çox məktublar gəldiyini qeyd etmişdi: “Mən Prezident Administrasiyasına, Nazirlər Kabinetinə tapşırıq verirəm. Onlar baxırlar, operativ şəkildə həll edirlər. Axı, bu, onların demək olar ki, əsas işi deyil. Bunu aidiyyəti qurumlar etməlidirlər. Nə üçün bu məktublar mənə yazılır? Ona görə ki, aidiyyəti qurumlara yazılanda onlar əhəmiyyət vermirlər, başdan edirlər. Nə qədər belə faktlar var. Biz nə qədər buna dözməliyik?.. Hər bir məktuba çox diqqətlə yanaşmaq lazımdır və həlli bilavasitə qısa müddət ərzində mümkün olan məsələlər dərhal həll olunmalıdır...”

Şükürlər olsun ki, ölkəmizin ərazi bütövlüyü uğrunda Böyük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun cəbhədə bir-birinin ardınca qazandığı qələbələr çox keçmədən düşmən üzərində tam zəfərlə başa çatdı və indi çəkdiyimiz əziyyətlərin bəhrəsini görürük. Torpaqlarımızın işğaldan azad olunması bir çox problemlərimizin də avtomatik olaraq həllinə, hətta sosial-iqtisadi planda inkişafın sürətlənməsinə yönəlik bəzi regional layihələrin vaxtından tez gerçəkləşməsinə gətirib çıxaracaq. Necə ki, yağı tapdağından azad olunmuş Suqovuşan su anbarından buraxılan suların nizamlanması nəticəsində Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi, eyni zamanda ekoloji tarazlıq təmin olunmuşdur. Uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi ilə gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə təminat yaranmışdır.

Lakin işğaldan azad edilmiş torpaqlar, o cümlədən, içməli və suvarma suyu mənbələri ölkəmizin Qərb bölgəsinə aiddir. Di gəl, qələbənin bəxş etdiyi bu qazanclar məsələn, respublikanın ən Şərq istiqamətində yerləşən Abşeron rayonunda suvarma təsərrüfatında mövcud olan çatışmazlıqları kompensasiya edə bilməz və zəfərdən duyduğumuz fərəh hissinə qapılıb Abşeron Suvarma Sistemləri İdarəsinin fəaliyyətindəki nöqsanları (yumşaq ifadədir – müəllif.) görməzdən gələ bilmərik. İdarə rəisi Yusif Ələsgərovun rəvac verdiyi qanunsuzluqlar barədə indiyədək mətbuatda xeyli tənqidi yazılar dərc olunub. Həmin məqalələrin əksəriyyəti konkret şəxslərin şikayətlərinə əsaslanıb. Çox güman ki, Prezidentin məlum 23 iyul müşavirəsində haqqında söz açdığı şikayət məktubları arasında Yusif Ələsgərovdan edilənlər də vardır. Onu da bilirik ki, ölkəmizin başçısı cənab İlham Əliyev toxunduğu problemlərin, o cümlədən, rəqəmlərin “şişirdilməsi” məsələsinin  həllini, qarşıya qoyduğu vəzifələrin icrasını gec-tez özü yoxlayır. Bu nöqteyi-nəzərdən, əminik ki, tezliklə Yusif Ələsgərovun da “vida zəngi” çalınacaq. Bu yazdıqlarımızla çalışırıq ki, idarə rəisinin rəvac verdiyi neqativ halların həqiqi miqyası barədə təsəvvürlər dəqiqləşsin. Həm də təkcə onun özünün deyil, başına yığdığı qohum-əqrəbasının da qanunazidd əməllərinə hüquqi qiymət verilsin.

Yusif Ələsgərovun həyata keçirdiyi talana şərik etdiyi yaxınları sırasında başda yaxın qohumu Hidayət Rəcəbov gedir. İdarə rəisi satınalmalar məsələsini yada deyil, məhz qardaşına etibar edib ki, bu da korrupsiyanın qohumbazlıq növünün aşkar sübutudur. SSİ-də bütün işlək mexanizmlərin və mal-material qiymətlilərinin, su nasoslarının cari təmiri işlərinin yerinə yetirilməsi üçün ehtiyat hissələrinin  satınalınması üzrə keçirilən bütün LOT-lar üzrə tenderlərdə qutudan “qalib”i məhz Hidayət bəy çıxarır. O da layiqli namizədə deyil, qabaqcadan sövdələşdiyi şəxslərə üstünlük verir. İştirakçı şirkətlərə münasdibətdə ədalətli meyarlar deyil, Hidayət bəyin şərtlərinə boyun əyənlər nəzərə alınır. Bu səbəbdəndir ki, tender və kotirovka iştirakçıları arasında həmişə mübahisələr düşür, nəticədən narazılıqlar yaranır.

Onu da qeyd edək ki, tender qanunsuzluqları Ələsgərovların əldə etdikləri haram qazanc üsullarından yalnız biridir. İdarə rəhbərliyinin Abşeron rayonunun Fatmayi və Görədil qəsəbələri ərazisində SSİ ilə suvarılan hektarlarla torpaq sahəsini vətəndaşlara satması ayrı söhbətin mövzusudur ki, oxucularla növbəti görüşlərimizdə bu məsələ barədə də ətraflı söhbət açacağıq.

2019-cu ilin satınalmaları haqqında gələn sayımızda...

Səhmdar cəmiyyətin sədri çox hörmətli Əhməd Əhmədzadə yəqin ki, bu işlərə öz münasibətini bildirəcək. 
Qarşı tərəfin mövqeyini də dərc eləməyə hazırıq.

 

 

Bölmənin digər xəbərləri

29 Mart 2023 İnterneti, xəstəxanası olmayan kəndin sakinləri etiraza qalxdılar - VİDEO
16 Mart 2023 Qubada kənd sakinləri AYAĞA QALXDI: ”BU İŞİ DAYANDIRIN CƏNAB NAZİR” – REPORTAJ
16 Mart 2023 Quba meşələrində DƏHŞƏTLİ GÖRÜNTÜLƏR:”Nəfəsimizi belə kəsirlər”
15 Mart 2023 “XXI əsrdə Bakının mərkəzində hamamı olmayan uçuq-sökük evdə yaşayırıq” - ŞİKAYƏT
13 Mart 2023 İcra başçısı tibb işçilərinə küçədəki tullantıları təmizlətdirdi - FOTO
09 Mart 2023 Quruyan təkcə Kür deyil....
07 Mart 2023 Abşeronda 37 yaşayış binası “sahibsiz” qalıb - VİDEO
20 Fevral 2023 Bakıda bina su quyusunun üstündə tikilib? - Su basmış həyətin sakinləri şikayətçidir - FOTO/VİDEO
03 Fevral 2023 Apteklərdə bəzi dərmanlar niyə tapılmır? - VİDEO
02 Fevral 2023 Qubadakı küçənin acınacaqlı vəziyyəti ilə bağlı AÇIQLAMA - FOTO/VİDEO
31 Yanvar 2023 Hövsanda yollar bərbad vəziyyətdədir - VİDEO
30 Yanvar 2023 Xəzər dənizinin suyunun azalması ilə bağlı ŞOK AÇIQLAMA - RƏSMİ +VİDEO
24 Yanvar 2023 Günlərdir qalaqlanan məişət tullantıları - VİDEO
20 Yanvar 2023 Qanlı 20 Yanvar faciəsindən 33 il ötür
16 Yanvar 2023 Xırdalanda əhalinin üzləşdiyi acınacaqlı MƏNZƏRƏ - VİDEO
10 Yanvar 2023 Xətai rayonunda 35 ailənin həyatı təhlükədədir -
09 Yanvar 2023 " Bakı qışa tam hazırdır"
09 Yanvar 2023 Bakı istiqamətində uzunluğu 1 km-ə çatan tıxac yarandı - VİDEO
06 Yanvar 2023 Hökməlidə hökm sürən antisanitariya - VİDEO
06 Yanvar 2023 İtlərin hücumuna məruz qalan 41 yaşlı qadın öldü - Video

Xəbər lenti