|
2019-cu il martın 26-da dəhşətli yanğın nəticəsində yararsız hala düşən “Diqlas” ticarət mərkəzi həmin ilin avqustunda sökülmüşdü. Lakin ticarət mərkəzinin söküntüsü başa çatsa, hələ də yerində heç bir obyekt tikilməyib.
Axar.az xəbər verir ki, 2020-ci ilin əvvəlində sözügedən ərazidə yaşayış binası, “Bravo” market və s. tikiləcəyi ilə bağlı söyləntilər olsa da, məlumat təsdiqini tapmadı.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu saytımızın sorğusuna cavab olaraq bildirib ki, həmin ərazidə hansısa tikinti işlərinin aparılması ilə bağlı 3 ildə komitəyə rəsmi müraciət daxil olmayıb.
Qeyd edək ki, “Diqlas” ticarət mərkəzi 8-ci kilometr qəsəbəsində yerləşirdi.