|
Redaksiyamıza Suraxanı rayonu Bülbülə qəsəbəsində qəbirlərin çirkab sularla dolması ilə bağlı şikayət daxil olub.
BAKU.WS xəbər verir ki, şikayətlə bağlı Bülbülə qəsəbəsi Bələdiyyə Sədri Natiq Həsənovla əlaqə saxladıq.
Sədr BAKU.WS-ə açıqlamasında bildirib ki, ərazidəki sulardan nümunə götürülüb və içməli su olduğu təsdiqlənib.
Bələdiyyə sədri bildirib ki, qəbiristanlıqdan keçən içməli su borusu patlayıb və "AZƏRSU" ASC-yə hadisə ilə bağlı yazılı müraciət olunub. Həmçinin N.Həsənov qeyd edib ki, Rayon İcra Hakimiyyətində məsələyə baxılır, problem bu həftə ərzində öz həllini tapacaq.