|
“2021-ci ildə yaşıllığın məhv edilməsi ilə bağlı 1699 fakt müəyyən edilib”.
Yenikirpi.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.
Tətbiq edilən ziyan və cərimənin məbləği təxminən 1 milyon 170 min manat təşkil edib:
“Əvvəlki illərlə müqayisə qanunsuz ağac kəsmələrin sayında azalma var. Çalışırıq ki, qanunsuz ağac kəsiminin qarşısını alaq”.
O qeyd edib ki, 2017-2018-ci ildə Azərbaycanda qanunsuz meşə qırıntısının həcmi 55 min kubmetr olub:
“Ötən il bu rəqəm 8 min kubmetr olub. Bu da dörd il ərzində 6 dəfə azalma deməkdir”.