Xəzərdə nərə balıqlarına rast gəlinməməsinin səbəbi nədir?



İranın şimalında yerləşən Mazandaran vilayətində, Xəzər dənizində uzunluğu 3 metr, çəkisi isə 210 kq olan nərə balığı (beluqa) tapılıb.

 

Nərə balıqlarının dünya üzrə olan ehtiyatlarının 80 faizinin Xəzərdə cəmləşməsinə baxmayaraq bu balığın ölçüləri nadir hadisə kimi qiymətləndirilib.

Xəzər dənizində bu ölçüdə balıqlara davamlı olaraq rast gəlinməməsinin səbəbləri barədə Zoologiya İnstitutunun aparıcı elmi işçisi Süleyman Süleymanov məlumat verib.

Onun sözlərinə görə, müasir dövrdə bu balıq növlərinin sayı Xəzərin orta və cənub hissələrinə nisbətən, şimal hissəsində qismən də olsa üstünlük təşkil edir. Bunun səbəbi onların buradan Ural çayına miqrasiya etmək imkanlarının olması ilə bağlıdır.

Ural çayında təbii şəraitin saxlanıldığını deyən S.Süleymanov bildirib ki, nərə balıqları bu yerlərə miqrasiya edərək kürülərini tökür, çoxala bilirlər.

“Azərbaycanda isə təbii çoxalma yerlərinin sayı demək olar ki, yox dərəcəsindədir”, - deyə bildirən tədqiqatçı son dövrlərdə Azərbaycan ərazisində böyük ölçüyə malik nərə balıqlarına rast gəlinmədiyini vurğulayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru, biologiya üzrə elmlər doktoru, professor Mehman Axundov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, son 30 ildə Xəzər dənizində son nərəkimilərin sayı 30 dəfəyə kimi azalıb:

“Bu iqlim dəyişikliyi, brakonyerlik və çayların suyunun azalması ilə əlaqədardır. Kür çayına tökülən suyun həcmi 40-50 faiz azalıb ki, buna görə də, balıq kürü tökmək üçün həmin yerə girə bilməyərək başqa yerə miqrasiya edir. Nəticədə  Ural çayı daha əlverişlidir.

Əgər Kürdə suyun səviyyəsi artarsa, balıqların kürüləməsinə şərait yarana bilər. Son məlumatlara görə, kürün dərinliyi təxminən 2 metr aşağı düşüb. Xəzərin şimal hissəsində böyük balıqlara daha çox rast gəlinməsinin səbəbi kürü tökməyə gedən balıqların olmasıdır”.

Bölmənin digər xəbərləri

29 Mart 2023 İnterneti, xəstəxanası olmayan kəndin sakinləri etiraza qalxdılar - VİDEO
16 Mart 2023 Qubada kənd sakinləri AYAĞA QALXDI: ”BU İŞİ DAYANDIRIN CƏNAB NAZİR” – REPORTAJ
16 Mart 2023 Quba meşələrində DƏHŞƏTLİ GÖRÜNTÜLƏR:”Nəfəsimizi belə kəsirlər”
15 Mart 2023 “XXI əsrdə Bakının mərkəzində hamamı olmayan uçuq-sökük evdə yaşayırıq” - ŞİKAYƏT
13 Mart 2023 İcra başçısı tibb işçilərinə küçədəki tullantıları təmizlətdirdi - FOTO
09 Mart 2023 Quruyan təkcə Kür deyil....
07 Mart 2023 Abşeronda 37 yaşayış binası “sahibsiz” qalıb - VİDEO
20 Fevral 2023 Bakıda bina su quyusunun üstündə tikilib? - Su basmış həyətin sakinləri şikayətçidir - FOTO/VİDEO
03 Fevral 2023 Apteklərdə bəzi dərmanlar niyə tapılmır? - VİDEO
02 Fevral 2023 Qubadakı küçənin acınacaqlı vəziyyəti ilə bağlı AÇIQLAMA - FOTO/VİDEO
31 Yanvar 2023 Hövsanda yollar bərbad vəziyyətdədir - VİDEO
30 Yanvar 2023 Xəzər dənizinin suyunun azalması ilə bağlı ŞOK AÇIQLAMA - RƏSMİ +VİDEO
24 Yanvar 2023 Günlərdir qalaqlanan məişət tullantıları - VİDEO
20 Yanvar 2023 Qanlı 20 Yanvar faciəsindən 33 il ötür
16 Yanvar 2023 Xırdalanda əhalinin üzləşdiyi acınacaqlı MƏNZƏRƏ - VİDEO
10 Yanvar 2023 Xətai rayonunda 35 ailənin həyatı təhlükədədir -
09 Yanvar 2023 " Bakı qışa tam hazırdır"
09 Yanvar 2023 Bakı istiqamətində uzunluğu 1 km-ə çatan tıxac yarandı - VİDEO
06 Yanvar 2023 Hökməlidə hökm sürən antisanitariya - VİDEO
06 Yanvar 2023 İtlərin hücumuna məruz qalan 41 yaşlı qadın öldü - Video

Xəbər lenti