|
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Axar.az-a verilən məlumata görə, Foodini MMC-nin müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş, ümumi çəkisi 4227,71 kiloqram müxtəlif növ ərzaq məhsulları Təmiz Sumqayıt-Kənan MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.