|
Bakıda Binəqədi rayonu ərazisində yerləşən Biləcəri qəsəbəsində dünəndən etibarən bir qrup sakin problemlə üzləşib.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Belə ki, Yəhya Hüseynov küçəsində su borularından biri partlayıb. Nəticədə ətrafda çay axınına bənzər vəziyyət yaranıb.
Sakinlər iddia ediblər ki, mövcud vəziyyətlə bağlı dünəndən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə müraciət etsələr də problemin həlli istiqamətində heç bir iş görülməyib.
Məsələ ilə bağlı "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən BAKU.WS-ə bildirilib ki, həmin ərazidə dünən axşam saatlarında daşıyıcı xətdə qəza baş verib. Hazırda qurumun əməkdaşı qəza baş verən yerdə işləyir və 1 saat ərzində təmir işləri yekunlaşacaq.