|
Kürdəmirin Sor-Sor kəndinin sakinləri yaşadıqları ərazidə yerləşən körpünün yararsızlığından gileylənir.
Hələ sovetlər dönəmindən sakinlərin otlaq sahələrinə gedib-gələ bilmələri üçün su arxının üzərində eni 1, uzunluğu isə təxminən 15 metr olan körpü salınıb. Həmin körpü vasitəsilə kənd camaatı öz mal-qarasını örüşə aparıb-gətirir, eyni zamanda əkin sahələrinə gedir.
Hazırda isə sözügedən körpü yararsız vəziyyətə düşüb. Bu hal sakinlərin işinə xeyli çətinlik yaradıb.
Kənd camaatının əkin sahələrinə gedən ən qısa yol məhz bu körpüdən keçir. Gediş-gəlişi təmin edə biləcək alternativ yol olsa da, həmin yol məsafə baxımından çox uzaq olduğundan sakinlər üçün əlverişli deyil.
Məsələ ilə bağlı Baş Şirvan Kollektoru İdarəsinin rəisi Əhmədağa İbrahimov cavab olaraq Baku TV-yə bildirib ki, sözügedən keçid dağıldığından sakinlər müraciətinə əsasən və onların razılığı ilə 5 il öncə həmin körpüdən 800 metr aralı məsafədə başqa bir keçid düzəldilib. Həmin körpü isə onların balansından çıxarılıb.
Ətraflı süjeti təqdim edirik: