Bakı-Qazax yolundan 4 km məsafədə yerləşən Kürdəmirin Muğanlı kəndinə sonuncu dəfə asfalt örtüyü sovet dövründə salınıb.

 

O vaxtdan bu günə qədər bu yolda bir dəfə də olsun təmir-bərpa işləri aparılmayıb. Sakinlər dəfələrlə problemlə bağlı aidiyyəti qurumlara müraciət etsə də, onlara cavab verilməyib.

Kənd camaatının daha bir dərdi poçtla bağlıdır. Sakinlər 10 manatlıq işıq və ya qaz pulunu ödəmək üçün əlavə 10 manat da xərc çəkərək, rayon mərkəzindəki poçta getmək məcburiyyətindədir.

Məsələ ilə bağlı Kürdəmir Rayon İcra Hakimiyyətindən bildirilib ki, 2022-ci ildə kəndin yolunun asfaltlanması nəzərdə tutulur.

Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi Rasim Əzizovun sözlərinə görə, Muğanlı kəndindəki tibb məntəqəsinin qəzalı vəziyyətdə olmasından xəbərdardırlar. Bununla bağlı aidiyyəti üzrə məlumat verilib və həmin tibb məntəqəsi nəzarətə götürülüb.

Kürdəmir Rayon Mərkəzi Poçtundan isə şifahi olaraq bildirilib ki, yaxın vaxtlarda yeni poçt şöbəsinin açılması nəzərdə tutulmayıb.

Daha ətraflı BAKU.TV-nin süjetində:

 
BAKU.WS
VİDEO