İlkin hesablamalara görə, bir məktəblinin xərci məktəbli geyimi də daxil olmaqla orta hesabla 155 manata başa gəlir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.
Bildirilib ki, məktəb ləvazimatları, çanta, məktəbli geyimi daxil olmaqla xərclər orta hesabla hesablanıb. Lakin bu xərc az və çox da ola bilər. Əgər valideynlər bahalı çanta və digər ləvazimatlar alarlarsa bu xərc təbii ki, artacaq. Lakin xərclər bir qədər az da ola bilər.
Məktəbli geyimi 40-46 manat, çanta 20-50 manat (orta qiymət, 100 manatdan baha çantalar da var), dəftərlər, rəsm albomları üzlüklər və s - 25-60 manat, rəngli, adi karandaşlar, flamaster, qələm, pozan, xətkeş, karandaş yonan və s.- 35-60 manat Su qabları- 7-25 manat təşkil edir.
Qeyd edək ki, yeni qərara əsasən, 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər əyani təhsilə başlayacaq. Ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq.