Evdə olmayan vətəndaşlara nə üçün artıq su sərfiyyatı yazılır? - AÇIQLAMA


Yay mövsümündə istirahətlə əlaqədar bölgələrə və ya xaricə üz tutan vətəndaşlar istirahətdən qayıtdıqda artıq su sərfiyyatı yazıldığı ilə qarşılaşırlar. Belə olduğu təqdirdə vətəndaşla su idarəsinin işçiləri arasında mübahisə yaranır.

 

Bu barədə açıqlama verən “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı məsələyə aydınlıq gətirib.

Bildirib ki, sudan istifadə qaydalarına əsasən mexaniki su sayğacları evin içində olan abonentlərə, vətəndaş evdə olmadıqda, müəyyən səbəblərdən qapı açılmadıqda və ya sayğac məlumatları göndərilmədikdə, orta aylıq sərfiyyata uyğun hesabat yazılır:

“Orta aylıq sərfiyyat son 12 ayın sərfiyyatı əsasında çıxarılır. Amma növbəti ay həmin ünvana gedib sayğac göstəricisini oxuyanda, proqramsal olaraq informasiya sistemləri üzərindən insan amili olmadan dürüstləşmə aparılır. Əgər, siz bir ay ərzində 10 kubmetr su işlətmisinizsə və orta aylıq sərfiyyat 15 kubmetrdirsə, deməli 5 kub artıq sərfiyyat hesablanıb. Belə olduqda, növbəti ayda proqram onu avtomatik olaraq 10 kub kimi nəzərə alır”.

Qurum rəsmisi bildirib ki, bu istiqamətdə vətəndaşlar mütəmadi məlumatlandırılırlar:

“Hazırda yay mövsümü ilə əlaqədar insanlar müxtəlif yerlərə gedirlər. Evdə olmadıqlarından və ya az müddət qaldıqlarından, yazılan orta sərfiyyat real sərfiyyatdan yüksək ola bilər. Vətəndaşlar bilsinlər ki, dediyim kimi sonradan proqramsal olaraq avtomatik qaydada dürüstləşmə aparılır. Proqram təminatı elə qurulub ki, 1 kubmetr belə artıq və əskik sərfiyyat hesablana bilməz.

Bizim mexaniki sayğac göstəricilərinin təqdim olunması və hesab bildirişinin alınması ilə bağlı elektron xidmətimiz də var. Vətəndaşlar öz sayğaclarının şəklini çəkib, sayğac nömrəsini yazmaqla, “Azərsu” ASC-nin saytından, elektron hökumət portalından, elektron xidmətlərimizdən, həmçinin “Azərsu” ASC-nin “Facebook” səhifəsinin messencer bölməsindən də göstəriciləri rahatlıqla təqdim edə bilərlər ki, kənarlaşmalar olmasın”.

Bölmənin digər xəbərləri

29 Mart 2023 İnterneti, xəstəxanası olmayan kəndin sakinləri etiraza qalxdılar - VİDEO
16 Mart 2023 Qubada kənd sakinləri AYAĞA QALXDI: ”BU İŞİ DAYANDIRIN CƏNAB NAZİR” – REPORTAJ
16 Mart 2023 Quba meşələrində DƏHŞƏTLİ GÖRÜNTÜLƏR:”Nəfəsimizi belə kəsirlər”
15 Mart 2023 “XXI əsrdə Bakının mərkəzində hamamı olmayan uçuq-sökük evdə yaşayırıq” - ŞİKAYƏT
13 Mart 2023 İcra başçısı tibb işçilərinə küçədəki tullantıları təmizlətdirdi - FOTO
09 Mart 2023 Quruyan təkcə Kür deyil....
07 Mart 2023 Abşeronda 37 yaşayış binası “sahibsiz” qalıb - VİDEO
20 Fevral 2023 Bakıda bina su quyusunun üstündə tikilib? - Su basmış həyətin sakinləri şikayətçidir - FOTO/VİDEO
03 Fevral 2023 Apteklərdə bəzi dərmanlar niyə tapılmır? - VİDEO
02 Fevral 2023 Qubadakı küçənin acınacaqlı vəziyyəti ilə bağlı AÇIQLAMA - FOTO/VİDEO
31 Yanvar 2023 Hövsanda yollar bərbad vəziyyətdədir - VİDEO
30 Yanvar 2023 Xəzər dənizinin suyunun azalması ilə bağlı ŞOK AÇIQLAMA - RƏSMİ +VİDEO
24 Yanvar 2023 Günlərdir qalaqlanan məişət tullantıları - VİDEO
20 Yanvar 2023 Qanlı 20 Yanvar faciəsindən 33 il ötür
16 Yanvar 2023 Xırdalanda əhalinin üzləşdiyi acınacaqlı MƏNZƏRƏ - VİDEO
10 Yanvar 2023 Xətai rayonunda 35 ailənin həyatı təhlükədədir -
09 Yanvar 2023 " Bakı qışa tam hazırdır"
09 Yanvar 2023 Bakı istiqamətində uzunluğu 1 km-ə çatan tıxac yarandı - VİDEO
06 Yanvar 2023 Hökməlidə hökm sürən antisanitariya - VİDEO
06 Yanvar 2023 İtlərin hücumuna məruz qalan 41 yaşlı qadın öldü - Video

Xəbər lenti