|
![]() |
![]() |
![]() |
Bu yaxınlarda Goranboyun Xoylu kəndində yaşayan valideynlərim bağı sulamaq üçün yolu 40-sm qazıb 25-lik kapron boruyla axar çaydan su çəkiblər .
Yolu qazıb kapron borunu basdırdıqdan sonra yolu tam təmir ediblər.
Yolların mühafizə xidmətinin əməkdaşı Elmir adlı şəxs 20 AE 230 nömrəli maşınla gəlib atamdan pul tələb edir ki, mənə şirinlik verməlisən.
Pulnan şirinlik olur?
Çox maraqlıdır ki, kimi hansı vəzifəyə qoyurlar deyir bura mənim dədəmin idarəsidir. Özümə pul yığmalıyam. İşə girəndə bir ətək pul verib işə girmişəm.
Cənab prezident sizdən xahiş edirəm ki, prezidentin ehtiyyat fondundan mənə 200-manat pul verəsiniz yolların mühafizə idarəsinin əməkdaşına verim.
Hörmətlə Elnur Baxış
Yazıçı Jurnalist