|
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
________ 8 SAYLI ƏRAZİ MALİYYƏ HESABLAŞMA MƏRKƏZİ_____
AZ 2010, Azerbaycan Respublikası Tel:+99422 256 09 35
Gence şeheri, Atatürk prospekti-246, E-mail: 8mhm@edu.gov.az ___________________________________________________________________________
“_____”____________20 21-ci il № ______________
Azərbaycan Respublikası Təhsil Nazirliyinə
Hörmətli Həmkarlar!
Vətəndaş Həsənov Ilham Musa oğlunun çalışmanın yaş həddinə çatması ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən dövlət təltiflərinin, kollektivdə və cəmiyyətdə yüksək nüfuza malik olmasının, məktəbin keyfiyyət göstəricilərinin nəzərə alınmaması barədə Təhsil Nazirliyinə daxil olmuş müraciəti 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən araşdırılmışdır.
Bildiririk ki, Həsənov Ilham Musa oğlu 1976-cı ildən tarix müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır. 1995-ci ildən YAP-nın üzvüdür.
Həsənov Ilham Musa oğlu 1981-ci ilin sentyabr ayından həmin ilin dekabr ayına kimi məktəbdə direktor müavini, 1981-1992-ci illərdə Gəncə şəhər Nizami rayon Təhsil Şöbəsində inspektor vəzifəsində işləmişdir.
1992-1997-ci illərdə Gəncə şəhər 31 nömrəli tam orta məktəbdə direktor, 1997-2011-ci illərdə həmin məktəbdə müəllim işləmişdir.
2011-ci ildən 2020-ci ilin dekabr ayına qədər Gəncə şəhər 30 nömrəli tam orta məktəbdə direktor vəzifəsində işləmişdir. 2011-ci ildə 30 nömrəli tam orta məktəbdə 19 sinif komplekti üzrə 333 nəfər şagird təhsil almışdır. Hal-hazırda isə həmin məktəbdə 46 sinif komplekti üzrə 1150 nəfər şagird təhsil alır.Son 3 ildə tam orta təhsil səviyyəsi üzrə ali təhsil müəssisələrinə qəbul səviyyəsi məzunların 50%-ni təşkil etmişdir.
Həsənov Ilham Musa oğlu 1981-ci ildə SSRİ Ali Sovetinin qərarı ilə “Əmək igidliyinə görə" medalı ilə təltif olunmuşdur. Həmin medal 1981-ci ilin oktyab ayının 16-də İlham Həsənova Ulu Öndər Heydər Əliyev tərəfindən təqdim olunmuşdur.
2016-cı ildə Təhsil Nazirliyinin müvafiq əmri ilə Fəxri Fərmanı" ilə təltif olunmuşdur.
2017-ci ildə şair kimi Prezident mükafatına layiq görülmüşdür.
2018-ci ildə ölkə Prezidentinin müvafiq Sərəncamı ilə "Əməkdar müəllim" fəxri adı ilə təltif olunmuşdur. Həmin ildə Azərbaycan müəllimlərinin XV qurultayında nümayəndə kimi iştirak etmişdir.
2019-cu ildə Gəncə şəhərində fəaliyyət göstərən Rus İcması tərəfindən "Fəxri Fərman"la təltif olunmuşdur.
Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Aşıqlar Birliyinin, Şəhər-Veteranlar Şurasının üzvü və "Qızıl Qələm" mükafatı laureatıdır.
2011-ci ildən 39 saylı DSK-nin 8 saylı MnSK-nın sədri vəzifəsində çalışır. Fəaliyyəti dövründə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli dövlətçilik ənənələrinin qorunub saxlanılması xüsusi yer almışdır.
Xahiş edirik nəzərə alasınız.
Hörmətlə,
8 saylı ƏMHM-nin rəisi: Fəraid Qəhrəmanov